M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə2/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   2   3   4   5   6   7   8   9   ...   81

Monoqrafiya Az
ərbaycan Milli kitabxanaşünaslıq 
elminin banisi, Əməkdar elm xadimi, BDU-nun fəxri 
professoru, BMT 
yanında İnformasiyalaşdırma 
Akademiyasının akademiki, tarix elmləri doktoru, 
professor X
ələfov Abuzər Alı oğlunun 85-illik 
yubileyin
ə ithaf olunur. 
 
 
ÖN SÖZ 
 
 
Az
ərbaycan  xalqının  çox  qədim və  zəngin kitabxa-
naçılıq tarixi vardır. Bu tarixin izləri çox qədim dövrə, bizim 
eramızdan  əvvəlki dövrlərə  gedib  çıxır.  Xalqımız  dünyanın 
sivil  xalqlarından  biri  kimi  kitab  və  kitabxana mədəniy-
y
ətinə,  onun  inkişaf  və  tərəqqisinə  yüksək qiymət  vermiş, 
h
ər  bir  yazılı  abidəni  qoruyub  saxlayıb,  onu  nəsildən-nəslə 
ötür
ən kitabxanalara həmişə hörmətlə yanaşmışdır. 
Son  zamanlar  respublikamızda  kitabxana  tarixinin  öy-
r
ənilməsinə, tədqiqinə  ciddi  fikir  verilmiş,  monoqrafiyalar, 
d
ərsliklər, namizədlik və  doktorluq  dissertasiyaları  müdafiə 
edilmişdir.  Bu  baxımdan  professor  Abuzər Xələfovun  Bakı 
Dövl
ət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsində 
yaratdığı kitabxanaşünaslıq elmi məktəbinin çox böyük uğu-
ru  olmuşdur.  Bu  məktəbin yetirmələri Azərbaycanda kitab-
xana işinin tarixinə dair onlarla məqalə, dərslik, dərs vəsaiti, 
monoqrafiyalar  y
azmış,  çap  etdirmişlər. Respublikamızda 
kitabxana tarixinin ilk t
ədqiqatçısı, kitabxana tarixinə dair ilk 
namiz
ədlik,  doktorluq  dissertasiyaları  müdafiə  edən prof. 
Abuz
ər Xələfov  respublikamızda  kitabxanaşünaslığın  elmi 
əsasını qoymuşdur. Onun kitabxana tarixinə dair nəşr etdir-
diyi 7 monoqrafiya v
ə üç cildlik 1000 səhifə həcmində olan 
d
ərsliklər Azərbaycanda  kitabxana  işinin  tarixinə  olduqca 



qiym
ətli hədiyyədir.
1
  
Prof. Abuz
ər Xələfovun tədqiqatlarında respublikamız-
da kitabxana tarixi bütövlükd
ə  sistem  halında  tədqiq edilsə 
d
ə,  respublikamızın  kitabxana  sisteminə  daxil edilən  ayrı-
ayrı  kitabxana  şəbəkələrinin  tarixinin,  inkişaf  istiqamətinin, 
t
əcrübəsinin, əhaliyə kitabxana-informasiya xidmətinin təşki-
lind
ə  rol və  əhəmiyyətinin öyrənilməsində  olan  boşluğu 
doldurmaq üçün böyük ehtiyac hiss edilm
əkdədir. 
M
əhz yuxarıda göstərdiklərimizi nəzərə alaraq respub-
likamızın  böyük  tarixə  malik olan respublika mütəxəssislə-
rinin  informasiya t
ələbatının  ödənilməsində, ümumiyyətlə, 
ölk
əmizdə  texniki  kadrların  yetişdirilməsində  elmi-texniki 
t
ərəqqidə  böyük xidmətləri olan texniki  kitabxana  şəbəkə-
sinin t
ədqiqini lazım bildik. 
Az
ərbaycanda  kitabxana  işinin  tarixinə  nəzər salarkən 
m
əlum olur ki, XX əsrin  əvvəllərinə  qədər Azərbaycanda 
müst
əqil texniki kitabxanalara az rast gəlinməsinə  baxma-
yaraq m
əscid, mədrəsə, saray, elmi və şəxsi kitabxanalarda el-
mi-texniki 
ədəbiyyat saxlanmış və istifadə edilmişdir. Xüsusi 
il
ə saray, elmi-təhsil müəssisələrinin, universitetlərin və şəxsi 
kitabxanalarda dövrün elmi h
əyatını  əks etirən elmi-texniki 
ədəbiyyatın saxlanmasına diqqət yetirilmişdir. 
Az
ərbaycanda ilk müstəqil elmi-texniki kitabxana XIX 
əsrin  axırları  və  XX  əsrin  əvvəllərindən  yaranmağa  başla-
mışdır. XIX əsrin axırlarından etibarən Bakının sənaye şəhə-
rin
ə  çevrilməsi texniki profilli müəssisələrin surətlə  inkişa-
1
 Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920). – B.: 1960. – 253 
s.; Az
ərbaycanda  kitabxana  işinin  tarixi  (1933-1958).  –  B.: Azərnəşr, 
1974. – 238 s.; Az
ərbaycanda kitabxana işinin tarixindən. – B.: 1986. – 52 
s.; Az
ərbaycanda  kitabxana  işinin  tarixi  (I).  –  B.: 2004. –  328  s.;  
Az
ərbaycanda kitabxana işinin tarixi (II). – B.: 2007. – 551 s.; Azərbay-
cand
a kitabxana işinin tarixi (III). – B.: 2010. – 431 s. və s.
 

                                                           


fına  səbəb  olmuşdur.  Nəticədə  mühəndis-texniki  işçilərə  və 
ixtisaslı fəhlələrə tələbat artmış və bu tələbatı ödəmək üçün 
Bakıda  bir  sıra  texniki  məktəblər və  ixtisas  kursları  açıl-
mışdır.  Bu məktəblərdə  ixtisas təhsili alan dinləyicilərin,  o 
cüml
ədən neft sənayesində çalışan  fəhlələrin tələbatını ödə-
m
ək məqsədi ilə  Bakı  şəhərində  texniki profilli kitabxana-
ların  açılması  zərurəti  meydana  çıxmışdır.  Bu kitabxana-
lardan biri 1895-ci ild
ə  Qaraşəhərdə  açılan  A.S.Doroşenko 
adına kitabxana – qiraətxana olmuşdur (5. 15). Neft sənayesi 
işçilərinə  xidmət edən bu kitabxana əsasən texniki ədəbiy-
yatla komplektl
əşdirilmişdir.  Texniki  xarakter  daşıyan  bu 
kitabxana  qısa  müddət  ərzində  Bakının  ayrı-ayrı  qəsəbə-
l
ərində texniki profilli qiraətxanalar açmışdır.  
 
XX 
əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin 
sur
ətli  inkişafı  şəhər  əhalisinin də  sürətlə  artmasına  səbəb 
olmuşdur. Yeni yaradılan zavod və fabriklərdə dövrün tələb-
l
ərinə  cavab verən mütəxəssislərə  ehtiyac  artdığından  bu 
ehti
yacı  ödəmək üçün hökumət  sənaye-texniki məktəblərin 
v
ə kitabxanaların açılmasında  maraqlı idi.  Bu cəhətdən XX 
əsrin əvvəllərində Azərbaycanda 1905 – 1907-ci illər burjua 
inqi
labının təsiri ilə xalq maarifi, mətbuat və kitab nəşri sa-
h
əsində canlanma baş vermiş, bu da ölkədə kitabxana işinin 
inkişafına  səbəb  olmuşdur.  Azərbaycanda xalq maarifinin 
t
ədricən  inkişafı,  Bakı  və  onun  rayonlarında  məktəblərin 
yaradılması  bu  məktəblərdə  kitabaxanaların  təşkilinə  səbəb 
olmuşdur. Prof. A.Xələfovun araşdırmalarından məlum olur 
ki,  XX 
əsrin əvvəllərində Azərbaycanda kitabxanalar dövlət 
idar
ələri ilə yanaşı xeyriyyə cəmiyyətləri tərəfindən də təşkil 
edilmişdir.  Belə  cəmiyyətlərdən biri də  XX  əsrin  əvvəl-
l
ərində Bakıda fəaliyyət göstərən Rus Texniki Cəmiyyətinin 
Bakı şöbəsi olmuşdur.  Texniki elmlərin inkişafında  mühüm 
rol oynayan c
əmiyyət ayrı-ayrı  vaxtlarda  texniki  kitabxana 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə