9
İntensiv istifadə olunan sərvətlərdən biri olan torpaqlar bəşəriyyət üçün
həlledici rol oynayan təbii komponentlərdəndir. Torpaq sahələrindən səmərəli
istifadə olunmaması nəticəsində eroziya, təkrar şorlaşma, tikinti hesabına və başqa
səbəblərdən 7 milyon hektardan çox məhsuldar torpaq sahəsi sıradan çıxır. Bu
səbəbdən əkinçilik dövründən bu günədək 2 milyard hektar əkinə yararlı torpaq
sahəsi təsərrüfatın dövriyyəsindən çıxmışdır.
Müasir dövrdə torpaqların çirklənərək sıradan çıxması adi hala
çevrilmişdir. Torpaqlar istifadə müddətində mexaniki, fiziki, kimyəvi, bioloji
çirklənməyə məruz qalırlar. Bu çirklənmənin hər biri öz səviyyəsində təhlükəli
sayılır. Lakin sənaye müəssisələrinin istehsal tullantıları nəticəsində torpaqları
çirklənməyə məruz qoyan kimyəvi tullantılar daha təhlükəli sayılır. Uzun müddət
pestisidlərdən istifadə torpaqlardan onların canlı orqanizmlərə keçməsinə səbəb
olmuş, müxtəlif xəstəliklərin yaranması ilə nəticələnmişdir.
Göründüyü kimi 6 milyarddan yuxarı olan əhalinin ərzaq məhsullarına
olan tələbatını ödəmək üçün bu kifayət qədər böyük olmadığına görə digər
komponentlər kimi torpağın da mühafizəsi edilməsinə, mümkün hallarda
meliorativ tədbirlər aparmaqla təsərrüfatın dövriyyəsinə qaytarılmasına böyük
ehtiyac vardır.
Son illərdə təbiətin mühafizəsi istiqamətində dünya dövlətlərinin
əksəriyyəti təbiəti mühafizə istiqamətində müəyyən işlər görmüş, bu sahədə əsərlər
yazmışlar. H.Ə.Əliyevin (1982), A.S.Əsgərovun (1982), M.Salmanovun (1993),
İ.B.Xəlilovun (2004) bu istiqamətdə yazdıqları əsərlər təbiətin mühafizəsi
istiqamətində atılmış addımlardır. Bu əsərlər təbii komponentlərdə meliorativ
tədbirlərin aparılması baxımından mühüm əhəmiyyətə malikdirlər.
Ekoloji gərginlikdən meydana gəlmiş müxtəlif təzadları aradan qaldırmaq
və təbii komponentləri qorumaq məqsədilə meliorativ tədbirlərin aparılması yerli
təşkilatlarla yanaşı, təbiətin mühafizəsi istiqamətində bir çox beynəlxalq təşkilatlar
– YUNESKO, FAO, YUNEP, TMBİ fəaliyyət göstərir. Lakin təbiətin
çirklənməsində insanlar əsas rol oynadıqları kimi, onun aradan qaldırılmasında
daha mühüm amilə çevrilməsi sıradan çıxmış və çıxmaqda olan təbii
10
komponentləri təsərrüfatın dövriyyəsinə qaytarmaq üçün aparılacaq meliorativ
tədbirlərin həyata keçirilməsini dünya miqyasında problem kimi qarşıya
qoymalıdırlar.
Problemlərin həll olunması meliorativ coğrafiyanın müxtəlif sahələrinin
yaranması və onun inkişaf etdirilməsi zərurətini yaradır. Çünki meliorativ
coğrafiya ekoloji problemlərin aradan qaldırılması, təbii komponentləri
yaxşılaşdırmaqla təsərrüfatın dövriyyəsinə qaytarılması yollarını müəyyən etməkdə
insanları düzgün istiqamətləndirir.
Bu baxımdan meliorativ coğrafiyanın ali təhsil ocaqlarında tədris edilməsi
xüsusi əhəmiyyət kəsb edir.
MDB ölkələri arasında “Meliorativ coğrafiya” xüsusi kurs kimi ilk dəfə
Rusiyada tədris olunmağa başlanılmışdır. 1961-ci ildə tədris olunmağa başlamış
kurs 1966-1968-ci illərdə Belorusiya, Xarkov, Odessa, Saratov universitetlərində
mənimsənilməyə başlandı.
Universitetlərdə keçilmiş mühazirələrə əsasən Rusiyada 1972-ci ildə ilk
dəfə olaraq “Meliorativ coğrafiya” dərsliyi işıq üzü gördü. Dərslikdən az sonra
yeni materiallar nəşr olunmağa, ekspedisiyaların nəticələri hesabat şəklində
meydana çıxmağa və Minsk, Xarkov, Lvov kimi şəhərlərdə meliorasiya
istiqamətində simpoziumlar keçirilməyə başlandı.
1980-ci ildə yeni materiallar və məlumatlara əsaslanmış Rusiyada
“Meliorativ coğrafiya” dərsliyinin ikinci nəşri başa çatdı. Təkrar nəşr dolğunluğu,
metodik göstərişlərinin prinsipallığı və kompleks meliorativ tədbirlərin aparılma
istiqamətlərini müəyyənləşdirməsi ilə fərqlənirdi.
Meliorasiya latın sözü olub - yaxşılaşdırma, yararlı hala salma mənasını
verir. Ümumiyyətlə meliorativ coğrafiya fiziki coğrafiyanın yeni sahələrindən biri
olub, təbii komponentlərin maksimum istifadəsi üçün yararlı olmayan və ya az
yararlı olan şəraitin yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlər
sistemidir.
Meliorasiya həmçinin təbii fəlakətlərin nəticələrini aradan qaldırmağa
imkan verir. İnsanlar təbii sərvətlərdən istifadə etməklə onu bu və ya digər
11
dərəcədə dəyişir. Təbii sərvətlərdən kortəbii istifadə insanların özlərini
qarşısıalınmaz təhlükə qarşısında qoyur. Nəticədə meliorativ tədbirlərin həyata
keçirilməsi belə faydasız olur. Onsuz da torpaqların kifayət qədər hissəsi torpaq –
iqlim şəraitindən, relyefdən, ifrat rütubətlənmə şəraitindən, çoxillik donuşluq
şəraitinə malik olmasından və s.asılı olaraq təbii halda təsərrüfata tam yararlı halda
deyildir. İldə baş verən quraqlıq və ifrat yağıntı, sürüşmələr, qar çovğunları,
şaxtalar da nəzərə alınarsa meliorativ tədbirlərin həyata keçirilməsinin nə dərəcədə
əhəmiyyətli olmasını aydın təsəvvür etmək çətin deyil.
Meliorativ tədbirlərin aparılması qədim tarixə malik olub, bir neçə minillik
tarixi vardır. Bu tədbirlərin qədim əkinçilik mədəniyyətinə malik olan Çin,
Mesopotamiya, Misir və Hindistanda eramızdan əvvəl 5-3-cü minilliklərdə həyata
keçirilməsi haqqında dəqiqləşdirilmiş məlumatlar mövcuddur. Belə ki, əkinçiliyin
inkişafı ilə əlaqədar olaraq bu ölkələr öz ərazilərində irriqasiya sistemləri yaratmış,
bataqlıqları qurutmaqla geniş əkin sahələrinə nail olmuşlar. İlk dəfə olaraq
Misirdə torpaqları keyfiyyət baxımından yaxşılaşdırmaq məqsədilə Nil çayı
sahillərinin allüvial torpaqlarından kübrə kimi istifadə etmişlər. Eramızdan əvvəl
4-2-ci minilliyə aid meliorasiyaya məxsus suvarma sistemləri Orta Asiya və
Zaqafqaziya ərazilərində də arxeoloqlar tərəfindən aşkar edilmişdir.
Təbii komponentlərin meliorativ tədbirlərin aparılmasına olan ehtiyacı
1972-ci ildə Rusiyada ilk dəfə olaraq “Meliorativ coğrafiya” əsərinin yazılması ilə
nəticələndi.
Dostları ilə paylaş: |