C
C
Cari hesab (current account) – müştərinin adına açılır və pul
vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün, pul
köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir. Hesabla
əməliyyatları yalnız onun sahibi və ya hesab sahibinin göstərdiyi
şəxslər apara bilər.
Cаri trаnsferlər (current transfers) – elə əməliyyаtlаrdır кi, bu zаmаn
bir institusiоnаl vаhid (seкtоr) bаşqа bir institusiоnаl vаhidə (seкtоrа)
əvəzində heç nə аlmаdаn əmtəə, хidmət və yа pul vəsаiti təqdim edir
və bu, акtivlərə sаhibкаrlıq hüququnun bаşqаsınа verilməsi, yахud
акtivlərin аlınmаsı və çıхdаş edilməsi ilə əlаqədаr deyildir. Trаnsferlər
pul və nаturа şəкlində verilə bilər.
Cаri trаnsferlərin аşаğıdакı əsаs növləri vаrdır:
а) gəlirlərə, əmlака və s. görə cаri vergilər;
b) sоsiаl sığоrtаyа və sоsiаl müаvinətlərə аyırmаlаr;
v) digər cаri trаnsferlər; sığоrtа müкаfаtlаrı, əvəzi ödənilməyən yаrdım,
кönüllü hаqlаr və iаnələr, cərimə və peniyаlаr, lоtereyа uduşlаrı və s.
Cəlb edilmiş borc vəsait və müəssisələrdən əmanətlər (collected
deposits and loans) – ölkə daxilində və xarici ölkələrdə qarşılıqlı
olaraq bir-birinə borc verənlərdən alınmış kreditlər və cəlb edilmiş digər
vəsait üzrə onlarla hesablaşmanın vəziyyəti haqqında informasiyanı
əks etdirir.
Ç
Ç
Çek (cheque) – bank tərəfindən hər hansı ödənişin həyata keçirilməsi
üçün hüquqi və maliyyə əsasını təşkil edən sənəd. Burada adətən
hesab sahibi kimin adına və hansı məbləğdə vəsaitin bank tərəfindən
ödənilməsini göstərir. Hal-hazırda elektron bankçılığın inkişafı kağız
çeklərdən istifadənin formasına təsir etmişdir.
“Çirkli pulların yuyulması” (money laundering) – qeyri-qanuni yolla
əldə edilmiş gəlirlərin leqallaşdırılması prosesidir. Qeyri-qanuni gəlirlər
dedikdə isə, narkotik maddələrin və silahların qeyri-qanuni alverindən,
qaçaqmalçılıqdan, korrupsiyadan, gizli iqtisadiyyatdan, şantajdan və
maliyyə dələduzluğundan əldə edilmiş vasitələr nəzərdə tutulur. “Çirkli
pulların yuyulması”na qarşı tədbirləri koordinasiya edən və mütəmadi
monitorinqlər aparan iki beynəlxaq qrup mövcuddur. Bunlar Maliyyə
Cinayətləri ilə Mübarizə üzrə Beynəlxalq Qrup (FATF) və Avropa
Şurasının “Money Wall” adlanan xüsusi ekspert qrupudur. “Çirkli
pulların yuyulması” prosesinin realizə mexanizmi konkret maliyyə-bank
əməliyyatlarından ibarətdir. Məsələn, adsız depozit sertifikatları ilə
əməliyyatlar (bu zaman qiymətli kağızın faktiki sahibi və ondan faktiki
mənfəət götürən şəxs məlum olmur) və kodlaşdırılmış bank hesablarının
açılması. Bir sözlə, “çirkli pulların yuyulması” qanuni mənbədən gələn
qeyri-qanuni mənimsənilən pulların mənbəyinin gizlədilməsidir. Pulların
“yuyulması” korrupsiyanın maskalanması prosesidir və narkotik və
insan ticarəti, kleptorat və dövlət qulluqçularının cinayətinin ört-basdır
edilməsində geniş tətbiq olunur. Bank sirləri, vergi sığınacaqları
“yuyulmuş” pulların izlənməsini çətinləşdirir. Pulların “yuyulması”nı
idarə etmək üçün bir çox təşkilatlar hüquqi səylər göstərir: BMT-nin
Korrupsiyaya qarşı Konvensiyası və BMT-nin transmilli cinayətkarlığa
qarşı konvensiya və protokolu.
D
D
Daxili audit (internal audit) – təsərrüfat subyektinin fəaliyyətinin
inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə
olunması, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsi və
inkişafına sistemli yanaşmaqla, təsərrüfat subyektinə öz məqsədlərinə
nail olmaqda köməklik edən obyektiv, təminatverici və məsləhətverici
fəaliyyətdir. Daxili audit obyekt çərçivəsində audit müstəqil sertifikatlı
ictimai mühasibdən daha çox öz heyəti tərəfindən aparılır. Daxili
auditorun (DA) funksiyası səlahiyyət verən məmurun və mühasibat
məmurunun funksiyası ilə bir araya sığmazdır. DA müstəqil institut
tərəfindən müəyyən edilir, belə ki, onlar risklərlə bağlı məsləhət verməli,
idarəetmənin və idarə sistemlərinin keyfiyyəti ilə bağlı müstəqil fikir və
inkişaf üçün məsləhətlər verməlidir.
Daxili audit xidməti (internal audit service) – təsərrüfat subyektində
daxili audit fəaliyyətini həyata keçirən struktur bölmədir (Audit Komitəsi,
departament, şöbə, bölmə, daxili auditor);
Daxili auditor (internal auditor) – daxili audit xidmətinin daxili auditi
həyata keçirən əməkdaşıdır.
Daxili Auditorlar İnstitutu (The institutions of Internal Auditors) –
daxili audit peşəsi üzrə beynəlxalq sertifikatlaşdırma, tədris, tədqiqat
işinə və xüsusi təlimatların hazırlanmasına rəhbərlik edən peşəkar
assosiasiyadır.
Daxili audit standartları (internal audit standarts) – Daxili Auditorlar
İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən
təsdiq edilən, daxili nəzarət sistemini və daxili audit xidməti fəaliyyətini
tənzimləyən normativ sənədlərdir.
Daxili dövlət borcu (domestic public debt) – Azərbaycan Respublikası
adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış
müqavilələrin öhdəlikləri üzrə borc.
Daxili kredit genişlənməsi (domestic credit expansion) – ödəmə
balansında dəyişikliklərə imkan verən monetar artımın göstəricisidir.
Bu bərabərdir: dövlət bölməsinin borc tələbatı çıxılsın daxili qeyri-bank
özəl bölməsi üstəgəl ölkədə və xaricdə daxili valyuta ilə özəl bölməyə
bank ssudası. Bunun əhəmiyyəti BVF tərəfindən təqdir edilmişdir.
Kapital və ödəmə balansının cari hesabında xarici kapital axını
tərəfindən yaradılmış pul təklifində dəyişiklikləri müəyyən edir.
Dostları ilə paylaş: |