B
müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur. Dövlət büdcəsinin
icrası barədə illik hesabat müvafiq qanun layihəsi təsdiq olunmaq üçün
növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
olunur.
Büdcə prinsipləri (budgetary principles) – büdcə həyata keçirilərkən
istinad olunan prinsiplər. Həmçinin bu prinsiplərə diqqət yetirin: dəqiqlik,
büdcə prosesi dövrü, tarazlıq, səs maliyyə sistemi, spesifikasiya,
şəffaflıq, hesab vahidliyi, vahidlik, universallıq.
Büdcə prosesi dövrü (annuality) – büdcə prinsipinə uyğun olaraq
yanvarın 1-də başlayır, dekabrın 31-də sona çatır.
Büdcə prosesində iştirakçılıq (participatory budgeting) – büdcə
prosesində iştirakçılıq yerli icmaların dövlət büdcəsi və ya bələdiyyə
büdcəsi ilə bağlı qərarqəbuletmə prosesinə yerli hakimiyyət orqanları
tərəfindən cəlbini nəzərdə tutan mexanizmdir. O, “demokratiya defisiti”
problemini həll etmək üçün istifadə edilən alətdir. Büdcə prosesində
iştirakçılığın əsas məqsədləri bunlardır:
• İctimai təlim (savadlılıq) və fəal vətəndaşlığı stimullaşdırmaq;
• Təkmilləşdirilmiş siyasətlər və resursların bölgüsü vasitəsilə
sosial ədalətə nail olmaq;
• İnzibati aparatda islahatlar aparmaq;
• Yerli hökumətin maliyyəsinin düzgün hesablanmasını təmin
etmək və fərdlər tərəfindən həm sistemdaxili, həm də sistemdən
kənarda sui-istifadə potensialını azaltmaq;
• Şəhərin aşağı gəlirli təbəqələrini özündə birləşdirən birliklərin
(icmaların) prioritetin müəyyən olunmasına və büdcə prosesinə
cəlb olunması;
• Lokal demokratik mədəniyyəti gücləndirmək, vətəndaş öhdəliyini
tərbiyə etmək və sosial kapitalın inkişafını stimullaşdırmaq.
Büdcə riskləri (budget risks) – daha sıx qarşılaşılan və geniş yayılmış
büdcə riskləri bunlardır
: (a) xarici risklər (external risks) – neftin qiymət
dəyişkənliyinin büdcənin gəlir və xərclərinə fluktual təsiri; (b) əməliyyat/
təşkilati risklər (operational/organisational risks) – təşkilatlararası
disbalans; ləngimələr; (c) maliyyə riskləri (financial risks) – xərclərin
süni şişirdilməsi ehtimalı, gəlir və xərc proqnozlarının tam yerinə
yetirilməməsi; (d) kənarlaşma riskləri (fiduciary risks) – büdcə
xərclərinin ümumi iqtisadi inkişaf məqsədlərindən kənarlaşma meyli.
Büdcə sistemi çatışmazlıqları (budget system failures) – bir çox
ölkədə, xüsusilə tranzitiv ölkələrdə rast gəlinən büdcə sisteminin əsas
çatışmazlıqları aşağıdakılardır:
B
- vaxt horizontu uyğunsuzluğu, yəni ləngimələr və s.;
- büdcə prosesinə xüsusi maraqların müdaxiləsi;
- ayrılan resurslar üzrə qeyri-adekvat mexanizmlər;
- yerli ehtiyacların büdcədə zəif əks olunması;
- effektiv olmayan idarəetmə və nəzarət sistemi;
- hesabatlılıq və şəffaflığın tam təmin edilməməsi;
- donorlarla effektiv olmayan qarşılıqlı əlaqələr.
Büdcə təsnifatının beynəlxalq standartları (international standarts
on budget classification) – büdcə təsnifatlarının beynəlxalq
standartları da mövcuddur. Xüsusən bir çox milli təsnifatların
formalaşmasında əsas kimi qəbul edilən Birləşmiş Millətlər Təşkilatının
hökumət funksiyalarına uyğun xərc təsnifatını (COFOG) göstərmək
olar. COFOG 10 bölmədən ibarətdir:
1.
Ümumi dövlət xidmətləri;
2.
Müdafiə;
3.
İctimai intizam və təhlükəsizlik;
4.
İqtisadi əlaqələr;
5.
Ətraf mühitin qorunması;
6.
Məskunlaşma və icma məsələləri;
7.
Səhiyyə;
8.
Rekreasiya, mədəniyyət və din;
9.
Təhsil;
10.
Sosial müdafiə;
Göründüyü kimi, bu təsnifat hökumətin baza funksiyalarına uyğun olaraq
və çox lakonik tərtib edilmişdir. Milli büdcə sistemimizi təkmilləşdirərkən
BMT-nin həmin təsnifat sistemindən yararlanmaq mümkündür. Bir sıra
ölkələr UN COFOG təsnifat sistemini olduğu kimi (məsələn, Slovakiya)
və ya modifikasiyalı milli versiyası ilə birgə (məsələn, Latviya) qəbul
etmişlər. Beynəlxalq büdcə təcrübəsində büdcə xərcləri elastik olan və
elastik olmayan xərclərə bölünür. Azərbaycanda tətbiq edilən dövlət
büdcəsinin təsnifat sistemində iqtisadi, funksional və inzibati təsnifatdan
istifadə edilir. Proqram əsaslı təsnifata keçid isə planlaşdırılır.
Büdcə təsnifatının tərtibində və büdcənin ümumi sistemləşdirilməsində
nəzərə alınmalı digər mühüm bir sistem isə Beynəlxalq Valyuta
Fondunun 2001-ci ildə işlənib hazırlanmış “Hökumət Maliyyəsi
Statistikası”dır (GFS). Bu sənəd maliyyə axınının hərəkətini izləməyə
və korporativ mühasibatlığın üstünlüklərinin büdcələşdirmə fəaliyyətinə
tətbiqinə imkan verir. Həmçinin bu, makroiqtisadi və fiskal statistikanın
daha təkmil forması hesab edilə bilər. Bu sistemin təqdim etdiyi fiskal
statistika dövlət sektorunun ölçülərini, onun məcmu tələbə, investisiya
və yığıma təsirini, fiskal siyasətin iqtisadiyyata, resurslardan istifadəyə,
monetar şərtlərə və borclanmaya təsirini, habelə vergi yükü, tarif
siyasəti və sosial müdafiə sistemini təhlil etməyə imkan verir. GFS
B
sektorların və təşkilatların geniş təsnifatı ilə başlayır. Bu belə bir iqtisadi
məntiqdən irəli gəlir ki, dövlət maliyyə sisteminin bütün komponentləri
və bu sistemin bütün oyunçularının rolu bəlli olmalıdır.
Büdcə təşkilatı (budget organization) – büdcə smetası əsasında
fəaliyyəti tamamilə və ya qismən büdcə vəsaiti hesabına
maliyyələşdirilən, hesablaşma hesabı olmayan qeyri-kommersiya
təşkilatıdır.
Büdcə tətbiqi aktı (budget enforcement act) – konkret olaraq Avropa
Birliyi üçün 1990-cı ildə ilkin variantı qüvvəyə minmiş illik dövlət
xərclərini və federal büdcə gəlirlərini təyin edən akt.
Büdcəyə ödəmələr (payments to budget) – müəssisənin öz vəsaiti
və borc vəsaiti hesabına dövlət büdcəsinə ödəmələrdir. Belə vəsaitlərə
mənfəətdən (gəlirdən) vergi, əmlak vergisi, təbii resurslardan istifadəyə
görə vergi, torpaq vergisi, əlavə dəyər vergisi, aksizlər, gəlir vergisi
və mövcud dövlət qanunvericiliyinə uyğun olan digər ödəmə və vergi
növləri aiddir.
Bürokratik korrupsiya (bureaucratic corruption) – bürokratik
və ya xırda korrupsiya siyasəti. Bürokratik korrupsiya iri və siyasi
korrupsiyadan fərqlənir.
Bütün mənbələrdən sosial-mədəni tədbirlərə çəkilən xərclər (social-
cultural expenses from all sources) – dövlət büdcəsi, büdcədənkənar
fondlar, müəssisələr (təşkilatlar) və xüsusi şəxslər tərəfindən təhsilə,
mədəniyyətə, səhiyyəyə çəkilən xərcləri əks etdirir.
Dostları ilə paylaş: |