LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   8   9   10   11   12   13   14   15   ...   53


D
Dövlət  borcundan  və  ya  dövlət  zəmanəti  ilə  alınmış  borcdan 
istifadəyə  nəzarət  (control  over  the  use  of  public  debt  or  debt 
with  government  guarantee)  –  dövlət  borcalmaları  və  ya  dövlət 
zəmanəti yolu ilə cəlb olunan vəsaitdən istifadə edən şəxs kreditorla 
bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə bağladığı 
təkrar  müqavilə  üzrə  aldığı  vəsaitlərin  bölüşdürülməsini,  istifadəsini 
və qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan 
cəlb  olunmuş  vəsaitin  istifadəsi  və  qaytarılması  (istifadəçiyə  şamil 
olunmur),  öz  bank  hesablarının  vəziyyəti  haqqında  məlumatları  və 
digər  zəruri  məlumatları  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 
edir.  Cəlb  olunmuş  vəsaitlərin  vaxtında  qaytarılmasını  təmin  etmək 
məqsədilə   müvafiq  icra  hakimiyyəti  orqanı  bu  qanunun  8.1-ci 
maddəsində göstərilən şəxslər barəsində Azərbaycan Respublikasının 
qanunvericiliyinə  və  onlarla  bağlanmış  müqavilələrə  uyğun  olaraq 
müvafiq  tədbirlər  görür.  Göstərilən  şəxslərin  təşkilati-hüquqi  forması 
dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda onların 
borc  öhdəliklərinin  yerinə  yetirilməsi  Azərbaycan  Respublikasının 
müvafiq qanunvericiliyi ilə tənzimlənir. Dövlət borcalmaları və ya dövlət 
zəmanəti  ilə  alınmış  vəsaitlərdən  istifadəyə  nəzarəti  müvafiq  icra 
hakimiyyəti orqanı həyata keçirir. 
Dövlət  borcunun  idarə  edilməsi  (public  debt  management)  – 
dövlət  tərəfindən  uyğun  borc  mənbələrinin  tapılması,  cəlb  edilmiş 
vəsaitlərin səmərəli istifadə olunması, borcun qaytarılması məqsədilə 
pul  fondlarının  səfərbər  edilməsi  və  son  nəticədə  qaytarılmasından 
ibarət  tədbirlər  kompleksi.  Dövlət  borcu  idarə  edilərkən  həmin  borc 
prolonqasiyaya  (müddətin  uzadılması),  konversiyaya  (şərtlərin 
dəyişdirilməsi),  konsolidasiya  və  limitləşdirməyə  məruz  qala  bilər. 
Dövlət  borcunun  idarə  olunması  prosesində  aşağıdakılar  yerinə 
yetirilir:  Azərbaycan  Respublikasının  dövlət  borcalmalarının 
strategiyası hazırlanır; borc öhdəliyinin şərtləri, maliyyə bazarlarından 
vəsaitlərin  cəlb  edilməsi  imkanları  qiymətləndirilir;  dövlət  borcunun 
və  dövlət  zəmanətinin  müvafiq  il  üçün  dövlət  büdcəsi  haqqında 
Azərbaycan  Respublikasının  qanunu  ilə  müəyyənləşdirilmiş  yuxarı 
hədlərinə  (limitlərinə)  əməl  olunması  təmin  edilir;  dövlət  borcuna  və 
dövlət  zəmanəti  üzrə  yaranmış  borca  xidmət  göstərilməsi  və  onların 
vaxtında qaytarılması təmin edilir; dövlət borcunun və dövlət zəmanəti 
üzrə  yaranmış  borcun  strukturunu  təkmilləşdirmək  sahəsində  zəruri 
tədbirlər  görülür;  dövlət  borcunun  təkrar  maliyyələşdirilməsi  və  borc 
öhdəliklərinin  təkrar  strukturlaşdırılması  əməliyyatları  aparılır;  dövlət 
borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən 
edilmiş qaydada şəffaflığı təmin edilir.



D
Dövlət borcunun konversiyası (conversion of public debt) –  dövlət-
daxili borc öhdəlikləri (məsələn, istiqrazlar) üzrə ilkin müəyyənləşdirilmiş 
(onların  ödənilməsi  müddətlərinin,  faiz  dərəcələrinin,  onlara  xidmət 
qrafikinin  və  s.)  şərtlərin  dəyişdirilməsini  nəzərdə  tutur.  Konversiya 
məcburi  və  könüllü  ola  bilər.  Məcburi  konversiyada  kreditor  köhnə 
istiqraz  vərəqələrini  aşağı  faiz  dərəcəli  yeni  istiqraz  vərəqələrinə 
dəyişməyə  məcbur  edilir.  Könüllü  konversiya  zamanı  yeni  şərtlərlə 
kreditorun münasibəti mütləq nəzərə alınır, yəni kreditor həmin şərtlərlə 
razılaşmazsa,  o,  borcunu  dövlətdən  əvvəlki  şərtlərlə  geri  tələb  edə 
bilər.
Dövlət borcunun və dövlət zəmanətinin reyestri (register of public 
debt and public guarantee) – dövlət borcunun və dövlət zəmanətinin 
uçotu  və  idarə  olunması  məqsədilə  müəyyən  qaydada  aparılan 
reyestr. Azərbaycan Respublikasının borc öhdəlikləri və verilən dövlət 
zəmanətləri  müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılan dövlət 
borcunun və dövlət zəmanətinin reyestrində qeydiyyata alınır. Reyestr 
elektron və kağız daşıyıcılardan istifadə edilməklə aparılır. Azərbaycan 
Respublikasının  borc  öhdəlikləri  və  dövlət  zəmanətləri  haqqında 
məlumat  müvafiq  öhdəliyin  rəsmiləşdiyi  gündən  ən  geci  10  iş  günü 
ərzində  reyestrə  daxil  edilməlidir.  Reyestrə  öhdəliyin  yaranma  tarixi, 
qüvvədə olma müddəti, məbləği, valyutası, faiz dərəcəsi, öhdəlik üzrə 
ödənişlər,  öhdəliklərin  təminatı  formaları  və  sair  barədə  məlumatlar 
daxil  edilir.  Reyestrin  aparılması  qaydasını  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyənləşdirir. Azərbaycan Respublikasının dövlət borcunun 
həcminə  və  tərkibinə  dair  məlumat  açıqdır  və  internet  şəbəkəsində 
yerləşdirilmə yolu ilə elan olunur. Bu məlumat müvafiq icra hakimiyyəti 
orqanı  tərəfindən  dövlət  büdcəsinin  icrasına  dair  hazırlanan  və 
qanunvericiliyə uyğun dərc edilən hesabatlara daxil edilir. Məlumatların 
dərc  edilməli  olduğu  kütləvi  informasiya  vasitələrini  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir. 
Dövlət borcunun yuxarı həddi (up limits of the state debt) – müvafiq il 
üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanununda 
ölkənin  sosial-iqtisadi  inkişafını  təmin  edən  dövlət  proqramlarının 
həyata  keçirilməsi  ilə  bağlı  əlavə  maliyyələşməyə  tələbat  və  dövlət 
borcunun  digər  göstəriciləri  (borcun  ümumi  daxili  məhsula  nisbəti, 
borcun  mal  və  xidmətlərin  ixracının  həcminə  nisbəti,  borca  xidmət 
xərclərinin büdcə xərclərinə nisbəti və s.) nəzərə alınmaqla aşağıdakılar 
müəyyənləşdirilir:  büdcə  ili  ərzində  cəlb  edilən  daxili  və  xarici  dövlət 
borcunun yuxarı hədləri (limitləri); əvvəlki illərdə alınmış və cari büdcə 
ilinin  sonunadək  qaytarılması  nəzərdə  tutulan  daxili  və  xarici  dövlət 
borcunun  yuxarı  hədləri  (limitləri).  Daxili  və  xarici  dövlət  borcunun 
yuxarı  hədləri  (limitləri)  Azərbaycan  Respublikasının  milli  valyutası 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə