LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   13   14   15   16   17   18   19   20   ...   53


D
formalaşdırılsa da, texniki və informasiya təminatını istənilən mülkiyyət 
formasında olan təsərrüfat subyektlərinin iştirakı və dəstəyi ilə həyata 
keçirmək olar. Dövlət proqramları adətən 1-5 illik müddəti əhatə edir.
 
Dövlət  reyestri  (public  register)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
Azərbaycan  Respublikasının  vətəndaşları,  habelə  Azərbaycan 
Respublikasında  daimi  yaşayan  əcnəbilər  və  vətəndaşlığı  olmayan 
şəxslər  barədə  sənədləşdirilmiş  informasiyanı  əks  etdirən  dövlət 
informasiya  ehtiyatı.  Geniş  mənada  istənilən  obyektin  xüsusi  dövlət 
qeydiyyat  sistemində  qeydə  alınmasını  və  müvafiq  məlumatların 
mərkəzləşdirilməsini nəzərdə tutur.
Dövlət  reyestrinin  aparılmasının  məqsədi  (purpose  of  public 
register)  –  dövlət  reyestrinin  aparılmasının  əsas  məqsədləri 
aşağıdakılardır: əhalinin yerləşməsinə və tərkibinə, miqrasiyanın əhatə 
dairəsinə  və  istiqamətinə,  demoqrafiya  məsələlərinə,  eləcə  də  digər 
məsələlərə dair məlumatlar toplamaq, onları daim təzələmək; müəyyən 
edilmiş hallarda və qaydada dövlət və yerli özünüidarəetmə orqanlarını, 
habelə fiziki şəxsləri həmin məlumatlarla təmin etmək; əhalinin müxtəlif 
kateqoriyaları üzrə informasiya sistemlərini aparan dövlət orqanlarının 
qarşılıqlı fəaliyyətinin səmərəliliyini artırmaq.
Dövlət  reyestrinin  informasiya  sistemi  (informational  system  of 
public  register)  –  dövlət  reyestrinin  fəaliyyətini  təmin  edən  xüsusi 
proqram,  texniki,  telekommunikasiya,  linqvistik,  hüquqi  və  təşkilati 
vasitələrin nizama salınmış məcmusu.
Dövlət  reyestrinin  istifadəçiləri  (users  of  public  register)  –  öz 
səlahiyyətlərinə  uyğun  olaraq  dövlət  reyestrinin  məlumatlarından 
istifadə  edən  dövlət  və  yerli  özünüidarəetmə  orqanları,  Azərbaycan 
Respublikasının  vətəndaşları,  habelə  Azərbaycan  Respublikasında 
daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
Dövlət  reyestrinin  tərkibi  (contents  of  public  register)  –  rəsmi 
qanunvericiliyə  görə,  dövlət  reyestri  aşağıdakılardan  ibarətdir: 
Azərbaycan  Respublikasının  vətəndaşları  barədə  məlumatlar; 
Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilər  barədə 
məlumatlar; Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı 
olmayan  şəxslər  barədə  məlumatlar;  dövlət  reyestrinin  aparılması  ilə 
bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular 
barədə məlumatlar).
Dövlət rüsumu (state duty) – müvafiq dövlət orqanlarının göstərdikləri 
xidmətlərə  və  hüquqi  hərəkətlərə  görə  müəssisə,  təşkilat  və  fiziki 



D
şəxslərin  dövlət  büdcəsinə  ödədikləri  məcburi  ödənişdir.  Məsələn, 
notarial xidmətlərə görə ödənilən rüsumlar. Ayrı-ayrı xidmətlər və hüquqi 
hərəkətlər üzrə ödənilməli olan dövlət rüsumunun dərəcələri xidmətin 
dəyərinə görə faizlə, yaxud şərti maliyyə vahidi ilə təyin edilə bilər. Dövlət 
rüsumu müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşların marağını qoruyan 
xidmətə və hüquqi əhəmiyyət kəsb edən sənədlərin verilməsinə görə 
onlara xüsusi səlahiyyətə malik olan (məhkəmə, polis, dövlət arbitrajı 
və s.) dövlət idarələri tərəfindən alınan pul məbləği. O, qanunvericiliklə 
müəyyən  edilmiş  hallarda  və  qaydada  dövlət  orqanlarının  müəssisə, 
təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə 
görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir.
Dövlət  satınalmaları  (public  procurement)  –  dövlət  ehtiyaclarının 
ödənilməsi,  habelə  müxtəlif  təyinatlı  ehtiyatların  yaradılması  və 
artırılması  üçün  səlahiyyətli  dövlət  qurumları  tərəfindən  məhsulların 
(xidmətlərin,  işlərin)  sifarişlə  əldə  edilməsi  və  ödənilməsi  sistemidir. 
Dövlət  satınalmaları  vasitəsilə  zərurət  olduqda  strateji  ehtiyatlar, 
xüsusilə neft və neft məhsullarının ehtiyatı, ərzaq ehtiyatı və s. yaradılır 
və  genişləndirilir.  İri  məbləğlərlə  ifadə  olunan  dövlət  satınalmaları 
zamanı tender (müsabiqə) elan edilir.
Dövlət  sektoru  (public  sector)  –  bu  terminlə  dövlət  mülkiyyətində 
olan və dövlət büdcəsinin vəsaitləri ilə maliyyələşdirilən müəssisə və 
təşkilatlarin  məcmusu  ifadə  olunur.  Dövlət  sektorunun  ÜDM-dəki  və 
büdcə  gəlirlərinin  formalaşmasındakı  payı  aralarında  uyğunluğun  ola 
biləcəyi 2 mühüm göstəricidir. “Dövlət sektoru” anlayışı ilə yanaşı, “özəl 
sektor” və ya “xüsusi sektor” anlayışları da mövcuddur ki, bu da xüsusi 
mülkiyyətdə  olan  və  dövlət  büdcəsindən  birbaşa  maliyyələşməyən 
müəssisə və təşkilatların cəmini ehtiva edir. 
Dövlət  sifarişi  (state  order)  –  dövlətin  xüsusi  marağının  olduğu 
məhsulların istehsalı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün 
səlahiyyətli dövlət orqanları tərəfindən verilən və dövlət büdcəsi vəsaiti 
hesabına ödənilən sifarişdir. Belə sifarişlər yalnız dövlət müəssisələri 
yox, eyni zamanda digər müəssisələr tərəfindən də yerinə yetirilə bilər. 
Dövlət sifarişləri müvafiq müqavilələrlə rəsmiləşdirilir.
Dövlət  sirri  (state  secret)  –  dövlətin  hərbi,  xarici-siyasi,  iqtisadi, 
kəşfiyyat,  əks-kəşfiyyat  və  əməliyyat-axtarış  fəaliyyəti  ilə  bağlı 
olub,  dövlət  tərəfindən  mühafizə  edilən  və  yayılması  Azərbaycan 
Respublikasının  təhlükəsizliyinə  ziyan  vura  bilən  məlumatlardır. 
Dövlət sirri ilə işləməyə buraxılma vətəndaşların dövlət sirri təşkil edən 
məlumatlarla  tanış  olmağa,  müəssisə,  idarə  və  təşkilatların  isə  belə 
məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun 
rəsmiləşdirilməsi qaydasıdır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə