D
Davamlı borclanma metodu (permanent lending method) – bu
metodda xəzinədarlıq bəlirli miqdar və müddətləri əks etdirən faizli
daxili borclanma qiymətli kağızlarını davamlı satışa çıxarır.
Davamlı inkişaf (sustainable development) – ətraf mühitdə və təbii
resurslarda uzunmüddətli dövrdə çirklənmə və tükənmə olmadan əldə
edilən iqtisadi inkişaf. Davamlı inkişafın səviyyəsini qiymətləndirməyə
imkan verən indikatorlar sistemini bir nümunə kimi nəzərdən keçirək:
http://www.sustainable-development.gov.uk/progress/regional/
summaries/index.htm
1. Davamlı istehlak və istehsal (iqlim dəyişiklikləri və enerji indikatorları
daxil olmaqla): İstixana qazlarının emissiyası; Son istifadəçilərin CO2
emissiyası; Su ehtiyatlarından istifadə; Daxili su istehlakı; Tullantılar;
Ev təsərrüfatı tullantıları.
2. Təbii ehtiyatların və ətraf mühitin səmərəli istifadəsi və qorunması:
Quşların məskunlaşması; Torpaqdan istifadə; Torpaqdan təkrar istifadə;
Mənzillə təminat və məskunlaşma intensivliyi; Hava çirkləndiricilərinin
emissiyası; Çay sularının keyfiyyəti; Su təzyiqi.
3. Dayanıqlı icmaların və ədalətli mühitin yaradılması: Aktiv icma
iştirakçılığı; Qeydiyyata düşən cinayətkarlıq; Cinayətkarlıq xofu (fear
of crime); Məşğulluq; İşsiz ailələr; İqtisadi aktiv olmayanlar; Uşaqlar
arasında yoxsulluq; Təqaüdçülər arasında yoxsulluq; Təhsil xidmətləri;
Səhiyyə xidmətlərinin bərabərsizliyi; Səhhətli ömür gözləntisi (healthy
life expectancy); Ölüm səviyyəsi; Siqarət çəkilməsi səviyyəsi; Uşaqların
kökəlməsi səviyyəsi; Əhalinin mobilliyi; Məktəbə cəlbedilmə səviyyəsi;
Xidmətlərin əlçatanlığı; Yol qəzaları; Ekoloji bərabərlik; Havanın
təmizliyi və səhiyyə; Mənzil şəraiti; Yanacaq çatışmazlığı şəraitində
yaşayan ailələr; Evsizlik; Lokal ekoloji keyfiyyət; Lokal ərazidə
qaneedicilik; Beynəlxalq yardımlar; Ümumi rifah.
Digər kontekstual indikatorlar: İqtisadi buraxılış (economic output);
Məhsuldarlıq; İnvestisiya; Demoqrafiya; Ev təsərrüfatları və mənzillər.
Debet plastik kartı (debet plastic card) – debet (və ya elektron) plastik
kartı müvafiq kart hesabında faktiki olan məbləğ daxilində xərclər
aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verir.
Defisit maliyyələşdirmə (deficit financing) – gəlirdən çox xərclərin
artıqlığını maliyyələşdirmək üçün borc götürməkdən istifadə. Tez-tez
bu termin hökumətlərə şamil edilir. Onlar vergiləri qaldırmaqdan daha
çox xərcləyirlər. Bu termin normal olaraq planlaşdırılmış büdcə kəsirinə
istinad edir. Bu siyasət 1930-cu illərdə işsizlik probleminin həlli üçün
Keyns tərəfindən müdafiə edilmişdir.
0
D
Defolt (default) – iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən
qismən və ya tamamilə imtina edilməsi. Ağır maliyyə böhranları
zamanı likvidlik problemi ilə üzləşən iqtisadi subyektlər, o cümlədən
dövlət defolta əl ata bilər. Defolt adətən daha çox dövlət borcu
münasibətlərində müşahidə olunur. Aşağı inkişaf səviyyəli ölkələr fiskal
imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin
geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud
tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.
Deklarant (declarant) – gömrük sərhədindən mal keçirən və malı
gömrük rəsmiləşdirilməsi məqsədilə bəyan və təqdim edən şəxs.
Denominasiya (denomination) – köhnə pul nişanlarının qəbul edilmiş
nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya
salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul
vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də
deyilir. Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar,
təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında
olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır.
Departament xərcləri limiti (departmental expenditure limits) – bəzi
ölkələrdə (məsələn, Böyük Britaniya) dövlət xərclərindən mühüm
hökumət departamentlərinə ayrılan 3 illik maliyyə vəsaitinin maksimum
həddi.
Depozit (deposit) – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon
haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin)
tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə
tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər
hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
Depozit sertifikatı (deposit certification) – üzərində göstərilən
məbləğin bank tərəfindən əmanətə qəbul edilməsini bildirən adsız
qiymətli kağızdır.
Depozit seyfi (depositary safe) – xüsusi avadanlıqla təchiz edilmiş
otaqda yerləşən və müxtəlif qiymətlilərin və bu kimi sair əşyaların
saxlanılması üçün müştərilərə icarəyə verilən seyfdir.
Desentralizasiya (decentralization) – mərkəzi hakimiyyətdən
yerli hakimiyyətə doğru səlahiyyətlərin, vəzifələrin, məsuliyyətin
və resursların hərəkətindən ibarət müasir tendensiya. Bu zaman
müvafiq ərazi problemləri üzrə qərarqəbuletmə, planlaşdırma, resurs
fomalaşdırma funksiyaları məhz həmin ərazinin insanlarından ibarət
1
D
yerli idarəetmə strukturlarına ötürülür. Desentralizasiyanı zəruri edən
amillər: mərkəzi hakimiyyətin funksiyalarının kompleksləşməsi və
iş yükünün artması; əhaliyə göstərilən xidmətləri daha da effektiv
etmək üçün qərar qəbulu və informaiya toplanması məsuliyyətinin və
funksiyasının əhaliyə, problemli məkana yaxınlaşdırılması zərurəti.
Ölkədə desentralizasiyanın səviyyəsini müəyyən etmək üçün aşağıdakı
kriteriyalardan istifadə olunur: yerli idarəetmə orqanlarının (ilk növbədə
yerli özünüidarəetmə orqanlarının) funksiyalarının keyfiyyəti və həcmi;
yerli orqanların xərclərinin ölkədəki məcmu sosial xərclərə nisbəti;
qərarqəbuletmədə mərkəzi və yerli orqanların payı; yerli orqanların
gəlirlərinin məcmu gəlirlərdəki payı; yerli hakimiyyət orqanlarında
çalışanların ümumi məşğul əhaliyə nisbəti.
Desil əmsalı (decile coefficient) – gəlirlərin diferensiasiya göstəricisi.
Əhalinin ən yüksək təminatlı 10%-nin gəlirləri ilə ən aztəminatlı 10%-nin
gəlirləri arasındakı münasibətlə müqayisə ilə ifadə edilir. Əhali qrupları,
eyni qayda ilə məlumatlar düzülərək 10 bərabər hissəyə bölünür. Təhlil
və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.
Təqdim olunan yekunlarda əhatə olunmuş göstəricilərin əksəriyyəti
beynəlxalq standartlara uyğunlaşdırılaraq Azərbaycanda ilk dəfə tətbiq
olunmuşdur. Eyni zamanda göstəricilər ilk dəfə olaraq yüksək analitik
keyfiyyətə malik olan SPSS proqram paketindən istifadə əsasında
işlənərək yekun cədvəlləri alınmışdır. Tədqiqatda bütün seçmə
müşahidələrə xas olan bəzi göstəricilərin baş məcmudan orta məntiqi
kənarlaşması mövcuddur. Eyni zamanda bəzi göstəricilərin statistik
cəhətdən çatışmazlığı halları mövcuddur. Ev təsərrüfatları büdcələrinin
seçmə tədqiqatı əhalinin həyat səviyyəsinin dövlət tərəfindən statistik
müşahidə metodudur və “Azərbaycanda statistik işlərin reqlamenti”nə
uyğun olaraq dövlət statistika orqanları tərəfindən aparılır. Ev
təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin müxtəlif qrup və
təbəqələrinin həyat səviyyəsi haqqında iqtisadi-statistik məlumatlar
almaq üçün keçirilir. Onun məlumatlarından İstehlak Qiymətləri
İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında,
əhalinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlil edilməsi və
əhalinin sosial müdafiəsi üçün tədbirlər sisteminin hazırlanmasında
geniş istifadə olunur.
Dəqiqlik (büdcə prinsipi) (accuracy (budgetary principle)) – əsasən
büdcə xərclərinin lazım olandan çox xərclənməyəcəyini göstərir. Bu
prinsipə görə, əgər hər hansı bir xərc zəruri hesab edilməzsə, təxsisat
büdcəyə daxil olmayacaq.
Dəmir üçbucaq (iron triangle) – üç qrupdan ibarət kooperasiya: birinci
qrup səlahiyyət verir, ikinci qrup idarə edir, üçüncü qrup gəlir götürmək
marağı olan qrupdur.
Dostları ilə paylaş: |