D
Dövlət xarici borcu (public foreign debt) – dövlətin maliyyə öhdəlikləri
zamanı ortaya çıxan, xarici mənbələrdən (xarici dövlətlərdən,
xarici hüquqi şəxslərdən və beynəlxalq maliyyə təşkilatlarından)
hökumətin adından və yaxud onun zəmanəti ilə cəlb edilmiş borcdur.
Azərbaycanda beynəlxalq müqavilələr və mülki-hüquqi saziş əsasında
həyata keçirilən dövlət xarici borclarının həyata keçirilməsi hüququ
hökumətin səlahiyyətinə daxildir. Dövlət xarici borcunun yolverilən
ölçüsü hər il dövlət büdcəsi haqqında qanunla tənzimlənir. Azərbaycan
beynəlxalq maliyyə təşkilatlarından (Dünya Bankı, BVF, AYİB, İslam
İnkişaf Bankı və s.) aşağı faizlə uzunmüddətli kreditlər alır. Hazırda
Azərbaycanın dövlət xarici borcu 1,5 milyard ABŞ dollarından çoxdur.
Azərbaycanın dövlət xarici borcları üç qrupda təsnifləşdirilir:
- bilavasitə hökumətə verilən kredit (G);
- hökumətə verilən və icraçıya ötürülən kredit (G/O);
- hökumət zəmanəti ilə təqdim edilən kredit (GG).
Hökumətə birbaşa verilən kreditlərə (G) BVF və DB-nin iqtisadi
islahatların dəstəklənməsi üçün ayırdığı bütün kreditlər, İİB-in
güzəştli şərtlərlə ayırdığı investisiya kreditləri, eləcə də DB-nin bu
məqsədlə ayırdığı bəzi kreditlər, Özbəkistan, Türkmənistan və İsveçrə
hökumətlərinə olan borclar daxildir. İkinci qrupa (G/O) Almaniya KfW-
nin, KTİBF-in, Yaponiya “Eksimbank”ının, İİB-in kommersiya şərtilə
ayırdıqları kreditləri aid etmək olar. Nisbətən kiçik olan üçüncü qrupa
(GG) Türkiyə və Amerika “Eksimbank”ları ilə, AYİB-lə, “Niçimen
korporeyşin”lə və Britaniya Banklar Qrupu ilə imzalanmış layihələr
daxildir.
Dövlət idarəçiliyi (public administration) – dövlətin öz hakimiyyət
gücünə əsaslanaraq həyata keçirdiyi, insanların ictimai həyat fəaliyyətini
qaydaya salmaq, qorumaq, dəyişdirmək məqsədi güdən tətbiqi,
təşkiledici, tənzimləyici təsirdir. Bu anlayışı Maks Kefer funksional
və səlahiyyət spesifikası ilə fərqlənən, dövlət hakimiyyətinin həyata
keçirilməsinin konkret forması kimi xarakterizə edib. “Hökumətin siyasət
və proqramlarının həyata keçirilməsi fəaliyyəti” – digər bir tərifdir. Dövlət
idarəçiliyinin məzmununa isə ən azı 2 müxtəlif yanaşma mövcuddur.
Amerikan yanaşması adlanan 1-ci yanaşmada diqqət idarəetmə
prosesi və funksiyalarına dövlətin səlahiyyətləri prizmasından baxışa
yönəlir. Başqa sözlə, dövlət idarəçiliyi hakimiyyətin 3 qolunu əhatə
edən və “intizam sistemi”nin mövcud olduğu sahə kimi qiymətləndirilir.
Avropa yanaşması adlanan 2-ci mövqe isə diqqəti “yalnız icraedici-
sərəncamverici fəaliyyətə” yönəldir.
Dövlət idаrələrinin əmtəələrə və хidmətlərə çəкdiкləri хərclər (public
authorities expenses to goods and services) – dövlət idаrələrinin
fərdi istehlак üçün аyrılmış əmtəə və хidmətlərin istehlакınа çəкdiкləri
0
D
хərclərdən ibаrətdir. Belə хərclər dövlət büdcəsi və büdcədənкənаr
fоndlаr hesаbınа mаliyyələşdirilir. Kоlleкtiv tələbаtı təmin edən
хidmətlərə dövlət idаrələrinin sоn istehlакınа çəкdiкləri хərclər isə аyrı-
аyrı ev təsərrüfаtının yох, cəmiyyətin bütövlüкdə və yа əhаlinin аyrı-
аyrı hissəsinin tələbаtını təmin edən müəssisə və təşкilаtlаr tərəfindən
dövlət büdcəsi hesаbınа göstərilən хidmətlərin ödənilməsini dахil
edir. Bu göstəriciyə müdаfiə хərcləri, ümumi dövlət idаrəetməsi, şоse
təsərrüfаtı və qeyri-bаzаr elminə хərclər, коmmunаl təsərrüfаt, кənd
təsərrüfаtınа хidmət edən təşкilаtlаrın хidmətləri dахil edilir.
Dövlət inhisarları (state monopolies) – yalnız xüsusi lisenziyaya
malik dövlət müəssisələrinin fəaliyyət göstərdiyi, rəqabət mühitinin
məqsədəuyğun olmadığı spesifik sahələr. Bu sahələrdə yalnız
iqtisadi effektivsizliyə görə yox, həm də ölkənin sosial-iqtisadi
inkişafında oynadıqları müstəsna rola, milli təhlükəsizliyin təmininə,
müvafiq sahənin mal və xidmətlərinin əhali üçün xüsusi əhəmiyyətinə
görə rəqabət yaradılmalıdır. Dövlətin inhisarında olan sahələr pul
emissiyası fəaliyyəti, xarici iqtisadi fəaliyyətin bəzi növləri (ayrı-ayrı
məhsulların idxalı və ya ixracı), bəzi məhsul növlərinin istehsalı və
satışı, kütləvi xidmətlərin bəzi növləri və s.-dir. Dövlət inhisarı rejimi
müstəsna xarakterlidir və xüsusi qanunla tənzimlənir. Bu müstəsnalıq
ancaq təsərrüfat subyektlərinə deyil, dövlət və yerli özünüidarəetmə
orqanlarına da şamil edilir.
Dövlət istehlakı (public consumption) – ümumi milli məhsulun (ÜMM)
dövlət aparatının, dövlət idarəetmə orqanlarının saxlanılmasına və
dövlətin funksiyalarının həyata keçirilməsinə sərf olunan hissəsi.
Buraya dövlət sifarişlərinə, dövlət satınalmalarına və dövlət qulluğuna
çəkilən xərclərin məcmusu daxildir.
Dövlət investisiyası (public investment) – dövlət büdcəsindən və
büdcədənkənar dövlət fondlarından əsaslı tikintinin müxtəlif formalarının
maliyyələşdirilməsinə yönəldilən dövlət kapital qoyuluşlarıdır.
Dövlət korporasiyası (public corporation) – dövlətin xüsusi
tapşırıqlarını həyata keçirmək məqsədilə təşkil edilmiş və dövlət
mülkiyyətində olan korporasiya.
Dövlət krediti (state credit) – dövlət tərəfindən verilir və bir qayda
olaraq məqsədli səciyyə daşıyır (müəyyən növ məhsulun istehsalının
təşkilinə, konkret iqtisadi inkişaf məqsədləri üçün). Özəl bank kreditləri
ilə müqayisədə dövlət kreditləri güzəştli olur, uzun müddətə, ayrı-ayrı
hallarda, hətta faizsiz də verilə bilər.
Dostları ilə paylaş: |