LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   12   13   14   15   16   17   18   19   ...   53


D
rəylərin  obyektivliyini,  düzgünlüyünü  təmin  etmək  məqsədilə  nəzarət 
orqanlarının  və  onların  işçilərinin  sərbəstliyi;  nəzarətin  daha  yüksək 
keyfiyyətlə  həyata  keçirilməsi  üçün  nəzarət  orqanları  işçilərinin 
peşəkarlığı;  dövlət  sirlərinin,  habelə  qanunla  qorunan  digər  sirlərin 
məxfiliyinin  təmin  olunması  ilə  aşkarlıq;  dövlətin  maliyyə  sferasının 
bütün istiqamətlərinin nəzarət tədbirləri ilə daha geniş əhatə olunması 
məqsədilə  dövlət  maliyyə  nəzarəti  orqanlarının  işində  sistemlilik  və 
planlaşdırma.
Dövlət  maliyyə  nəzarətinin  təşkili  prinsipləri  (principles  of 
organization of public finance control)  dövlət maliyyə nəzarətinin 
təşkili  aşağıdakı  prinsiplərə  əsaslanır:  dövlət  maliyyə  nəzarəti 
orqanlarının  fəaliyyət  dairəsinin  Azərbaycan  Respublikasının 
qanunvericilik və icra hakimiyyəti orqanlarının vəzifə və səlahiyyətlərinin 
müəyyən  edilməsi  barədə  mövcud  qanunvericiliyə  uyğun  olaraq 
vəzifə  və  səlahiyyətlərinin  bölgüsü;  dövlət  maliyyə  nəzarətini  həyata 
keçirən  orqanlar  arasında  onların  fəaliyyət  dairələrinə  uyğun  olaraq 
vəzifə və səlahiyyətlərin bölgüsü; öz vəzifələrinin sərbəst və obyektiv 
icrasını  təmin  etmək  məqsədilə  dövlət  maliyyə  nəzarəti  orqanlarının 
və  onların  vəzifəli  şəxslərinin  nəzarət  obyektlərindən  şəxsi  və 
funksional  asılı  olmaması;  dövlət  maliyyə  nəzarəti  orqanlarının 
fəaliyyətlərində  təkrarçılığa  yol  verilməməsi  və  dövlət  hakimiyyətinin 
bütün  səviyyələrində  dövlət  maliyyə  nəzarəti  orqanlarının  vahid 
sisteminin  təmin  edilməsi  məqsədilə  həmin  orqanların  fəaliyyətlərinin 
koordinasiya  olunması;  nəzarətin  həyata  keçirilməsi  zamanı  əldə 
olunan  məlumatların  qorunub  saxlanılması  və  onlardan  istifadənin 
məhdudlaşdırılması ilə məxfiliyin təmin olunması.
Dövlət maliyyəsi (public finance) – dövlətin vergiqoyma, borclanma və 
xərc siyasətini analiz edən iqtisadiyyatın bir sahəsidir. Dövlət maliyyəsi 
dövlətin yaşamasının və onun fəaliyyət göstərməsinin maddi cəhətdən 
təmin  edilməsinə  xidmət  göstərən  dövlət  pul  vasitələri  fondlarının 
yaranması,  bölgüsü  və  istifadə  edilməsində  cəmiyyətin  iqtisadi 
münasibətləri  məcmusu.  Dövlət  maliyyəsi  iqtisadi  münasibətlərin 
məcmusudur. Bunun əsasında pul resursları fondu yaradılır və geniş 
təkrar istehsal prosesi üçün istifadə olunur.
Dövlət məvacibi (public salary) – dövlət qulluqçusuna pul ilə ödənilən 
haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət 
dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq 
stajından asılıdır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və 
vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, 
qulluq  stajına  və  s.  görə  verilən  əlavələr)  ibarətdir.  Xüsusi  hallarda 
vəzifə  maaşları  üçün  müxtəlif  əmsallar  (məsələn,  yerli  əmsallar) 
müəyyən edilə bilər.



D
Dövlət  mülkiyyəti  (public  property)  –  xüsusi,  yerli  özünüidarəetmə 
mülkiyyəti ilə yanaşı mövcud olan, müəyyən iqtisadi obyektlər üzərində 
dövlətin  sərəncamvermə,  sahibolma  və  idarəetmə  hüquqlarının 
məcmusunu  əhatə  edən  mülkiyyət  növü.  Ölkənin  bütün  vətəndaşları 
eyni  dərəcədə  bu  mülkiyyətin  sahibləridir.  Bunu  dövləti  təmsil  edən 
orqan idarə edir. Ölkədə torpaq, yerin təki, sular və meşələr dövlətin 
müstəsna mülkiyyətidir. Sənayedə, tikintidə və kənd təsərrüfatında əsas 
istehsal vasitələri, nəqliyyat və rabitə vasitələri, dövlət bankları dövlət 
tərəfindən  təşkil  edilmiş  ticarət  və  kommunal  müəssisələrinin,  başqa 
müəssisələrin əmlakı, şəhərlərin mənzil fondunun bir qismi, məktəblər, 
xəstəxanalar,  eləcə  də  dövlətin  vəzifələrinin  həyata  keçirilməsi  üçün 
lazım olan başqa əmlak dövlət mülkiyyətidir.
Dövlət  nəzarəti  (public  control)  –  dövlət  hakimiyyətinin  həyata 
keçirilməsinin  elə  bir  formasıdır  ki,  dövlət  orqanları  tərəfindən  qəbul 
edilən normativ-hüquqi aktlara tam riayət olunmasını təmin edir.
Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar (foreign debts with 
no public responsibility) – rəsmi qanunvericiliyə əsasən Azərbaycan 
rezidentlərinin  onun  qeyri-rezidentləri  qarşısında  cari  şərtsiz,  dövlət 
öhdəliyi  yaratmayan,  xarici  valyutada  olan  borc  öhdəlikləri  dövlət 
borcu hesab edilmir və Azərbaycan Respublikası bu borc üzrə heç bir 
məsuliyyət daşımır. Ölkənin tədiyə balansını tərtib etmək üçün müvafiq 
icra  hakimiyyəti  orqanı  hər  rübün  yekunları  üzrə  bankların  dövlət 
öhdəliyi yaratmayan xarici borcalmaları barədə məlumatları Azərbaycan 
Respublikasının  Milli  Bankına  təqdim  edir.  Belə  məlumatların  tərkibi 
və  təqdim  olunma  qaydası  Azərbaycan  Respublikasının  Milli  Bankı 
tərəfindən müəyyənləşdirilir.
Dövlət-özəl  sektor  əməkdaşlığı  (public-private  partnership)  – 
dövlət  agentlikləri  ilə  mənfəət  güdən  korporasiyalar  arasında  elə  bir 
razılaşmadır  ki,  bütövlükdə  cəmiyyətin  və  ya  razılaşma  tərəflərinin 
ümumi  xidmətlərdən  optimal  yararlanması  üçün  bacarıqların  və 
aktivlərin səfərbər edilməsinə imkan verir.
Dövlət  proqramı  (state  program)  –  ümumdövlət  əhəmiyyətli  sosial-
iqtisadi,  ekoloji,  elmi-texniki  istiqamətlərin  inkişaf  strategiyasını 
müəyyən edən sənəddir. Burada məqsədəçatmanın başlıca vəzifələri, 
bu  vəzifələr  çərçivəsində  nəzərdə  tutulan  konkret  tədbirlər,  onların 
həyata  keçirilməsi  müddəti  (başlanğıc  və  son)  və  icraçı  subyektlər 
təsvir edilirlər. Dövlət proqramında nəzərdə tutulan tədbirlər layihələr 
şəklində  rellaşdırılır.  Məhz  bu  mərhələdə  resurslardan  istifadə  və 
nəticəlilik  məsələləri  gündəmə  gəlir.  Dövlət  proqramları  adətən 
nazirliklər,  komitələr,  agentliklər  və  digər  dövlət  orqanları  tərəfindən 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə