Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

61
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
çay ətrafında iyunun 27-dən 30-na qədər davam edən dörd günlük dö-
yüş başa çatdı... Döyüşlər çox dəhşətli,  əlbəyaxa süngü hücumu ilə 
baş verdi. Dözülməz istilər və əsgərləri su ilə təmin etməyin mümkün 
olmaması onların bayılma vəziyyətinə düşməsinə səbəb olurdu.” (73)
Göyçay  döyüşləri  ərəfəsində  və  qanlı  döyüşlərin  getdiyi  vaxt 
Qafqaz  İslam  Ordusunun  və  Azərbaycan  könüllülərinin  təchizatına 
yaxından  köməklik  etmiş  Göyçayın  adlı-sanlı  şəxsiyyətlərindən  biri, 
Qaramanlı Hacı Rəhim Əfəndi (1862-1924) olmuşdu. Görkəmli din xa-
dimi, maarifçi və xeyriyyəçi kimi regionda məşhur olan Hacı Rəhim 
Əfəndi Qafqaz İslam Ordusu Göyçaya gələndə 56 yaşı ağsaqqal kimi 
yerli əhalidən könüllülərin toplanmasında, döyüşlərin təşkilində, or-
dunun ərzaq və su ilə təchizatında mühüm rol oynamışdı. O, Göyçayın 
nüfuzlu şəxsiyyətlərindən olan Sadıq ağa, Həzrət bəy kimi şəxsiyyət-
lərlə birlikdə yaralıların müalicəsi və Ucar stansiya vasitəsilə Gəncəyə 
daşınmasında, şəhidlərin dəfnində bir din xadimi kimi iştirak etmişdi. 
Hacı Rəhim Əfəndi məscidi


62
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Onun Qaraman kəndində öz hesabına, 1898-1900-ci illərdə tikdirdiyi 
məsciddə yerli əhali ilə yanaşı, qardaş türk əsgərləri də ibadətlə məş-
ğul olmuşlar. Qaramanlı Hacı Rəhim Əfəndinin Göyçayda həyata ke-
çirdiyi çoxsaylı xeyriyyəçilik işlərini yerli əhali heç zaman unutmamış, 
yaşlı nəslin yaddaşlarında qorunub saxlanmışdır.
27-28 iyunda Göyçay istiqamətində gedən gərgin döyüşlər nəticə-
sində düşmən 3 km geri oturduldu. Bu istiqamətdə Əlikənd və Veysəl-
li azad edildi. Göyçay döyüşü 16-18 iyun 1918-ci il tarixində düşmən 
tərəfindən işğal edilmiş Qaraməryəmin azad olunması üçün əlverişli 
şərait yaratdı.


63
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
II QARAMƏRYƏM DÖYÜŞÜ
 (29 IYUN -2 IYUL 1918-CI IL)
Qəza mərkəzi Göyçaydan şərqə doğru 29 iyun 1918-ci il tarixdə, 
səhər tezdən Göyçay-Qaraməryəm cəbhəsində döyüş başlandı.  Bu 
döyüşü şərti olaraq II Qaraməryəm döyüşü də adlandırmaq olar. II 
Qaraməryəm döyüşü Qafqaz İslam Ordusunun tam tərkibdə girişdi-
yi ilk döyüş idi. 5-ci Qafqaz diviziyasının komandanı Mürsəl paşanın 
verdiyi raportda 10-cu və 13-cü alayların şiddətli hücumu ilə önün-
dəki düşmənin hər tərəfdən geri çəkilməsi və dəstələrimiz tərəfindən 
təqib olunması qeyd olunurdu. Həmin gün səhər tezdən Qafqaz İs-
lam Ordusunun 10-cu və 13-cü alayının döyüşçüləri Qaraməryəmdə 
möhkəmlənən düşmənin müqavimətini qıra bildilər. (41,s.18)
İyunun  30-da  düşmən  qüvvələri  Qaraməryəmdən  şərqə  doğru 
geri oturduldu. Qafqaz İslam Ordusu qüvvələrinin irəli hərəkətinə 
uyğun olaraq 5-ci firqə qərargahı 1 iyul 1918-ci il tarixdə Göyçaydan 
Qaraməryəmə doğru şose yolu üzərindəki Qarayazı kəndinə köçü-
rüldü.  Lakin  iyulun  1-də  bolşevik-daşnak  hərbi  hissələrindən  biri 
Goyçaya soxulmağa imkan tapdı. Bu barədə erməni Əmirov iyulun 
1-i  axşam  Bakıya  S.Şaumyana  teleqram  göndərdi.  Lakin  elə  həmin 
gün Turk-Azərbaycan qoşunları yenidən Goyçayı azad etdi. Düşmən 
geri cəkilməyə məcbur oldu. (10,103-109;41,s.19-20)
Digər mənbədə bu hadisə belə şərh edilir: “İyun ayının 30-da er-
məni  Əmirovun  rəhbərliyi  altında  olan  1000  nəfərlik  silahlı  dəstə 
gözlənilmədən qoşunlarımızın arxasında olan Göyçaya daxil oldu və 
qəsəbənin şimal hissəsini işğal etdi. Hadisənin ciddi həyəcan doğu-
ran səbəbi ondan ibarət idi ki, Qafqaz İslam Ordusunun bölgədə olan 
bütün qüvvələri Qaraməryəm ətrafında idi və heç kəs gözləmirdi ki, 
bolşevik-daşnak qüvvələri gecə ikən, çətin dağ yolları ilə bu qədər 
yolu qət edərək Göyçaya girə bilər. Digər həyəcan doğuran məsələ 
isə  ondan  ibarət  idi  ki,  Qaraməryəmdən  müəyyən  qüvvələrin  geri 


64
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
çəküməsi cəbhənin boşaldılması demək olardı, bu isə xoşagəlməz fə-
sadlarla nəticələnərdi. Göyçayda vəziyyətin mürəkkəb olaraq qaldığı 
bir vaxtda Qazaxdan gəlmiş olan süvarilərin Əmirovun qüvvələrinin 
müqavimətinə davam gətirməyərək dağıldığı barədə məlumat alın-
dı. Çox güman ki, gecə ikən Göyçaya çatan və kifayət qədər istirahət 
edə  bilməyən  Qazax  süvariləri  çoxsaylı  qoşunun  qarşısını  ala  bil-
məyərək geri çəkilməli olmuşdu. Ancaq iyulun 2-də Nuru paşa Mür-
səl bəyə göndərdiyi teleqramında Qazax süvarilərinin mübarizliyini 
və əzmkarlığını təqdir edirdi. Ola bilsin ki, Qazax süvariləri sonradan 
5-ci firqənin bölmələri və Göyçaya gəlmiş Azərbaycan könüllüləri ilə 
birlikdə yenidən döyüşə girmiş və nəyə qadir olduqlarını nümayiş 
etdirmişdilər.
 Nuru paşa son günlər ərzində əldə edilmiş uğurların itirilməsinə 
yol verməmək üçün qətiyyətli tədbirlərə əl atdı. Cəbhə xətti ilə əlaqə 
saxlayaraq  vəziyyəti  ətraflı  öyrəndi,  sonra  isə  yaranmış  təhlükənin 
aradan  qaldırılması  üçün  Qafqaz  İslam  Ordusunun  qərargah  rəisi 
Nazim bəyi yenidən bölgəyə göndərdi. Nuru paşa bir daha yüksək 
çeviklik nümayiş etdirdi. Gəncə ətrafında toplaşmış olan Azərbaycan 
könüllülərıni də Nazim bəylə təcili şəkildə Ləkiyə yola saldı. Nuxa-
dakı miralay Yusif bəyə göstəriş verdi ki, orada toplamış olduğu çox-
saylı dəstəsi ilə Qumlax-Padar istiqamətində hərəkət etsin. Yusif bəy 
Nuxaya gələrək burada müdafiə dəstələrinin təşkilinə öz köməyini 
göstərdi.  Sonra  Gəncə  ətrafında  toplaşan  könüllülərə  də  Göyçaya 
doğru hərəkət etmək tapşırıldı. Bu qüvvələr hamısı azərbaycanlılar 
arasından  toplanmış  könüllü  dəstələr  idi.  Nazim  bəy  qısa  vaxtdan 
sonra Ləki stansiyasına gəlib həm Göyçayla, həm də Ucarla əlaqə ya-
ratdı. Gəncədən gəlmiş və Ucarda olan könüllü dəstələrin Göyçaya 
göndərilməsini təşkil etdi. Sonra Ağdaşa yollanaraq orada mövcud 
olan  könüllülərı  faytonlarla  Göyçaya  göndərdi.  Gördüyü  bütün  iş-
lər barədə Nazim bəy dərhal Nuru paşaya məlumat verdi. Ağdaşda 
yerli əhalidən toplanan qüvvələrin, habelə Gəncədən Ucara gətiril-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə