Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

54
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Göyçay rayonunun xəritəsi. Mənbə: Azərbaycan Respublikası Milli 
Atlası. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi. Bakı - 2014


55
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
yenidən soyqırıma məruz qalmasının, Cümhuriyyətin beşikdəcə bo-
ğulmasının qarşısı alındı. Bundan başqa bu döyüşlə Bakının düşmən-
dən azad olunmasının və Azərbaycan Xalq Cümhuriyyətinin  dünya 
ölkələri tərəfindən tanınmasının əsası qoyuldu. 
Göyçay döyüşü barədə əksəriyyətin fikri belədir ki, bolşevik-daşnak 
ordusu Bakıdan çıxaraq Bakı-Tiflis dəmiryolu xətti ilə Bakı – Hacıqabul 
– Sığırlı - Kürdəmir – Müsüslü - Ucar istiqamətində  və ona paralel tor-
paq yolla Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qaraməryəm-Göyçay istiqamə-
tində irəliləmişdir. Gəncəyə gələn Qafqaz İslam Ordusu isə dəmiryo-
lu vasitəsi ilə Ucara öz hərbi hissələrini göndərmiş, oradan da həmin 
hissələr Göyçaya gələrək düşmənlə ölüm-dirim savaşına başlamışdır. 
İlk baxışdan döyüş haqqında təəssürat bundan ibarətdir. Lakin nəzərə 
almaq  lazımdır  ki,  bu  istiqamətdə  döyüşlər  gedərkən  Gəncədə,  Qə-
bələdə (o zaman Qutqaşen), Oğuzda (o zaman Vartaşen), Şamaxıda, İs-
mayıllıda olan erməni və rus kəndlərinin bolşevik-erməni daşnakların 
təhriki ilə arxadan təxribatlar törətməsi vəziyyəti daha da gərginləşdi-
rirdi. Məsələn, 1-12 iyun 1918-ci il tarixdə S.Lalayanın və T.Əmiryanın 
başçılıq etdiyi daşnak terror qruplarının Hacıqabul-Kürdəmir, Göyçay 
ərazilərinə soxulduğu, yeddi min  dinc sakini qətlə yetirirdiyi bir vaxt-
da, 11 iyun 1918-ci il tarixdə  Gəncədə yuva salmış daşnak terror qrupu 
15 nəfər süvarini, Milli Ordu əsgərini girov götürərək tikə-tikə doğra-
mışdır. (41,s.24) Bundan başqa  iyunun 16-da  Kürdəmir, Müsüslü və 
Qaraməryəmdə qanlı döyüşlərin qızğın çağında, şimal-qərbdəki ermə-
ni kəndləri olan Sultankənd, Mollaishaqlı, Kalakert kəndlərindəki er-
məni quldurlarının Qaraməryəm-Göyçay yolunu kəsərək müqavimət 
göstərməsi, 19 iyunda arxa cəbhə hesab olunan Qəbələ ərazisində (o 
zaman Qurqaşen) ermənilərin 20-dən artıq müsəlman kəndini yandır-
maları haqqında faktlar var.(41, s.15) 
Bundan əlavə 24 iyun 1918-ci ildə Azərbaycanı ələ keçirmək üçün 
Almaniya Gürcüstanda yerləşdirdiyi qoşunlarını Azərbaycanın Qazax 
və  Zaqatala  bölgələrinə  yeritməyə  hazırlaşırdı.  Lakin  Vehib  paşanın 


56
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
Azərbaycan ərazisinə yeridilən istənilən qoşunun məhv edilməsi barə-
sində əmr verməsi və  kiçik toqquşmalardan sonra almanların məğlub 
olması onları öz planlarından əl çəkməyə məcbur etdi. (3,s.18)
Göyçay döyüşü ərəfəsində bolşevik-daşnak qoşunlarının amansız 
qırğın və qarətlər törətdikləri kəndlərdən biri də Hacıhətəmli kəndidir. 
Göyçay istiqamətində döyüşlər ərəfəsində bolşevik-daşnak qoşunları 
əlverişli şərait yaratmaq məqsədilə Hacıhətəmli kəndini hədəf seçiblər. 
Çünki bu kənd ermənilərin yaşadıqları kəndlərin əhatəsində, coğrafi 
mövqeyinə görə Göyçaya yaxın idi və yüksəklikdə yerləşirdi. Kəndin 
alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum 
ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı və bir neçə sakini qəd-
darlıqla qətlə yetirmişlər. Müsəlman əhali orduya çağırılmadığından 
silah atmağı bacarmayan kənd cavanları çar ordusunda xidmət edib, 
döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Gecə ikən 
ermənilər  kəndə  hücum  edərək  əhalini  amansızlıqla  qətlə  yetirdilər. 
Bu ağır günlərdə türk ordusunun əsgərləri kəndin köməyinə gəldilər. 
Onlar topların köməyi ilə hücuma keçərkən kənd cavanları da onlara 
qoşuldular. Mollaishaqlı kəndinin yaxınlığında “İrəmə” deyilən yerdə 
erməni hücumu zamanı bir türk çavuşu həlak olur, elə oradaca dəfn 
edilir. Türklər kəndi azad etdikdən sonra Göyçaya gedən camaat doğ-
ma yurda gerı dönəndə, görürlər ki, kənddə salamat bina qalmayıb. 
Ermənilər  kəndi  talan  etmiş,  apara  bilmədiklərinə  od  vurmuş,  hətta 
kənd məscidini də yandırmışdılar. 
Ermənilərin  vəhşilikləri  Diyallı  kəndindən  də  yan  keçməmişdir. 
1918-ci  ildə  kəndə  hücum  edən  ermənilər  qoşununun  bir  hissəsini 
Qaraquş  dağında  yerləşdirərək    kəndi  atəşə  tutmuşlar.  Diyallı    ca-
maatı  türk  əsgərləri  ilə  bigə  Qardurmaz  dağının  ətəklərində  mövqe 
seçərək onları  məhv etmişlər. Ermənilər Yası dağı deyilən kəndi də 
atəşə tutmuşlar. 1918-ci ildə ermənilər  Keyvəndi, Pirəliqasım kənd-
lərinə basqınlar ediblər. Pirəliqasım ilə Keyvəndi arasında Qanlıdərə  
deylən bir dərə var. Pirəliqasım kəndinə  hücum etmiş ermənilər bu 


57
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
dərədə dəhşətli qırğın törədərək, dinc və günahsız insanları bura gə-
tirərək, bu dərədəki iri bir daşın üstündə onların başlarını kəsmişlər. 
Həmin insanlar elə o dərədə basdırılmışdır. Dərədəki həmin daş isə 
indi də durur. O zamandan indiyə kimi bu dərənin adı Qanlıdərə qal-
mışdır. İsmayıllı ərazisində müqəddəs yer olan Həzrə rayonun mərkə-
zinə yaxın olan Aşağıbaşda yerləşir. Erməni quldur dəstələrindən biri 
də bu qəbiristanlıq ərazisində yerləşərək  Aşağıbaş əhalisinin evlərini, 
mal-qaqalarını talan etmişlər. Taladıqları mal-qaranı kəsib Həzrə ərazi-
sində yeyib-içən ermənilər səhər gec oyandıqlarından,  köməyə yetmiş 
türk ordusu onların səhərə planlaşdırdıqları qırğının qarşısını almışdır. 
Daşnaklar  Quencə  kəndində  də    ağlasığmaz  qətliam  törətmişlər. 
Ermənilər kəndə silahlı  rus zabitlərinin köməyi ilə hücum etmişlər. 
Əhali yaşlıların köməyi ilə meşəyə aparılmış və bir müddət orada sax-
lanmışdır.  Ermənilərə  qarşı  döyüşdə  müdrik    kənd  ağsaqqalı  Sirac 
əfəndi var qüvvəsini camaatın xilas olmasına sərf  etmışdir. Ermənilər 
kəndə top mərmisi  atmağa başladıqda Sirac əfəndi bir dəstə adamı 
təhlükəsiz “Dönən yerə”  aparmış, yenidən kəndə qayıdaraq başqaları-
nı xilas etməyə çalışmışdır. Türk ordusu hücuma keçib ağır vəziyyətdə 
olan kəndi xilas etmişdir. Ermənilərin əhalidən aldığı silahlar yenidən 
kəndlilərə paylanmış və kənd cavanlarına silahdan istifadə qaydaları 
öyrədilmişdi.  Həmin cavanlar sonralar türklərlə birlikdə erməni daş-
naklarına qarşı döyüşlərdə iştirak etmişlər. (79,04 aprel 2015)
Yuxarıda qeyd olunan faktlar sübut edir ki, Göyçay döyüşü ərəfəsi-
nidə və döyüş gedən zaman qəhrəman əsgərlərimiz bir və ya iki cəbhə 
xətti böyünca deyil, bir neçə istiqamətdə döyüşmüşlər.
“Göyçay döyüşü” kimi bu fəsildə sizə təqdim olunan döyüş, məhz 
qəza mərkəzi olan Göyçay qəsəbəsi uğrunda gedən ölüm-dirim savaşı 
haqqındadır.
Göyçay iki geoloji rayona-dağlıq və düzənliyə ayrılır. Düşmənlər 
Bozdağ-Qaraməryəm tirəsi adlanan dağlıq ərazidən irəliləyərək qəza 
mərkəzini tutmağa çalışırdılar.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə