Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

46
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
də  olmuşdur.  Düşmənə  qarşı  Qafqaz  İslam  Ordusunun  tərkibində 
vuruşan könüllülər içərisində ucarlıların da olması şübhəsizdir.
Çox  güman  ki,  tarix  elmi  inkişaf  etdikcə  gələcək  tədqiqatlarda  
Ucarın  1918-ci  ilin  iyun  döyüşlərində  oynadığı  rola  aid  yeni-yeni 
faktlar üzə çıxacaq, bu döyüşlərdə  iştirak etmiş, lakin adları xalqa 
hələ  məlum olmayan  çoxlu sayda qəhrəmanları aşkar etmək  müm-
kün olacaq.


47
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
I QARAMƏRYƏM DÖYÜŞÜ 
(16-18 IYUN 1918-CI IL)
Kürdəmir və ətraf kəndlər düşmən tərəfindən işğal olunduqdan 
sonra  düşmən  strateji  cəhətdən  mühüm  əhəmiyyət  kəsb  edən  Qa-
raməryəm istiqamətində hücuma keçməyə başladı. Onların məqsədi 
Qaraməryəm  kimi  strateji  məntəqəni  ələ  keçirmək  və  bundan  son-
ra qəza mərkəzi olan Göyçayı tutmaq və Gəncəyə doğru irəliləyərək 
Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq idi. 
Qafqaz  İslam  Ordusu  və  Azərbaycan  könüllülərinin  birləşmiş 
qüvvələri  ilə  bolşevik-daşnak  işğalçıları  arasında  ilk  böyük  hərbi 
əməliyyat iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qa-
raməryəm  kəndi  yaxınlığında  baş  verdi.  Bu  döyüşü  şərti  olaraq  I 
Qaraməryəm döyüşü də adlandırmaq olar. Qaraməryəm kəndi Qa-
raməryəm tirəsi üzərində yerləşdiyindən hər iki tərəf  bu strateji əra-
ziyə böyük əhəmiyyət verirdi. Çünki Qaraməryəmi tutan qüvvə ətraf 
düzən əraziləri nəzarət altında saxlaya bilərdi.
1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə bolşe-
vik-daşnak quldur dəstələri azərbaycanlılardan, gürcü və dağıstan-
lılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri 
bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müda-
fıə  dəstələri  qeyri-bərabər  döyüşdə  geri  çəkilmək  məcburiyyətində 
qaldılar  və  bolşevik-daşnak  qoşunları  Qaraməryəmi  ələ  keçirdilər. 
(7;9, s.137-138; 36)
Sovet  tarixşünaslığında    bolşevik-daşnak  hərbi  birləşmələrinin  
iyunun 10-da Gəncə istiqamətində hücuma keçərək 11 iyunda Sığır-
lını, 12 iyunda Kürdəmiri işğal etməsi, 16 iyunda isə Qaraməryəm is-
tiqamətində hücuma keçmələri haqqında məlumatlar var. (62, s.152)
I Qaraməryəm döyüşündə müdafiə dəstələrinin qeyri-bərabər dö-
yüşə girmələrinə baxmayaraq 7 saat ərzində bolşevik-daşnak qoşun-
ları ilə vuruşmuşlar. Onlar Qaraməryəmə can atan düşmənin qarşısı-


48
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
nı almağa nə qədər səy göstərsələr də geri çəkilmək məcburiyyətində 
qalmış və beləliklə, Qaraməryəm bolşevik-daşnak qoşunları tərəfin-
dən işğal edilmişdi. Lakin buna baxmayaraq iyunun 18-də qanlı dö-
yüşlər Qaraməryəm ətrafında davam etmişdi.
 Müsüslüdə olan ərkani-hərb rəisi Nazim bəy və 10-cu Qafqaz alay 
komandiri Osman bəy firqə qərargahı və Qafqaz İslam Ordusu ko-
mandanlığı ilə razılaşdırılmadan iyun ayının 18-də düşmən üzərinə 
hücum etməyi qərara aldılar. Ciddi bir hazırlıq olmadan planlaşdırı-
lan bu döyüşdə qalib gələcəklərinə hər iki komandirdə böyük inam 
var  idi.  İyunun  16-da  10-cu  Qafqaz  alayının  30-cu  taborunun  ətraf 
erməni kəndlərindəki silahlı quldur dəstələrini itki vermədən məğ-
lub  etməsi,  bundan  başqa  Müsüslü  istiqamətində  əldə  edilən  bəzi 
uğurlar onlarda ruh yüksəkliyi yaratmışdı. Düşmənin Qaraməryəmi 
tutması və Göyçaya doğru irəliləməsi xəbəri öz qüvvəsinə inanan hər 
iki türk zabitini təcili qərar verməyə məcbur etdi. Məhz buna görə də 
onlar özləri komandanlıqla razılaşdırmadan tələsik düşmən üzərinə 
hücuma keçməyə qərar verdilər ki, bu da faciə ilə nəticələndi.
Düşmənin döyüşə əlavə qüvvə cəlb etməsi 10-cu alayın 28-ci tabo-
runun üç bolşevik-daşnak taborunun zərbəsi altına düşməsi ilə nə-
ticələndi. Belə olduqda tabor geri çəkilmək məcburiyyətində qaldı. 
Qaraməryəm cəbhəsindəki vəziyyəti Osman bəy Müsüslüyə, Nazim 
bəyə məruzə etdi. O da həmin istiqamətdə vəziyyəti dəyişmək üçün 
dərhal 29-cu tabora Qaraməryəm istiqamətində hücum  əmri verdi. 
Nazim bəyin hazırladığı hücum planına əsasən bu tabor Qaraməryə-
min qərb tərəfində döyüşə girərək düşmənin sol və arxa hissələrinə 
zərbə  endirməli  idi.  Bu  hücum  nəticəsində  düşmənin  sol  cinahı  20 
verst uzunluğunda sıxışdırılaraq geri oturduldu. Belə olanda bolşe-
vik-daşnak ordu hissələri 28-ci türk taborunun təqibindən əl çəkdilər 
və nəzarət altında olan yüksəkliklərdə əlverişli mövqelər seçərək açıq 
sahədə hücum edən 29-cu taborun qarşısını saxlamağa müvəffəq ol-
dular.  Bolşevik-daşnak  qoşunları  bütün  qüvvələrini  bu  istiqamətə 


49
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
yönəldərək  29-cu taborun hücumunun qarşısını aldı. Bundan son-
ra həmin taborun mühasirəyə düşmək təhlükəsi yarandı. Vəziyyətin 
dəyişdiyini  görən  29-cu  tabor  Veysəlli  kəndinə  tərəf  bir  qədər  geri 
çəkildi. Beləliklə, gün ərzində gedən döyüşlər havanın soyuması ilə 
səngidi və türk qüvvələrinin ilk böyük hücumu gözlənilən nəticəni 
vermədi. 10-cu Qafqaz alayının hissə və bölmələri Qaraməryəmdən 
geri çəkilmək məcburiyyətində qaldılar. Hamazaspın komandir ol-
duğu  3-cü  briqadanın  hissələri  isə  əksinə  Qaraməryəmdə  daha  da 
möhkəmləndilər və Göyçay üzərinə hücum üçün əlverişli mövqelər 
ələ keçirdilər.
Türk  tədqiqatçılarının  fikrincə,  Qaraməryəm  ətrafında  10-cu 
Qafqaz alayı hissələrinin uğursuzluğa düçar olması ilk növbədə dö-
yüşün  hazırlanmasında  taktiki  səhvlərə  yol  verilməsi  ilə  bağlı  idi. 
Düşmənin qüvvələri və mövqeləri barədə əldə kifayət qədər məlu-
mat  yox  idi.  Digər  tərəfdən,  döyüşün  aparılması  üçün  lazımi  ehti-
yat  qüvvə  də  yaradılmamışdı.  Bütün  bunlar,  habelə  döyüşçülərin 
psixoloji hazırlığının zəifliyi, ilk hücumdan yaranan çaşqınlıq, eləcə 
də cinah döyüşlərindən lazımınca istifadə edilməməsi və həm də ci-
nah mühafizəsinin lazımi səviyyədə təmin olunmaması türk qoşun 
hissələrinin itkilərinə və geri çəkilməsinə yol açdı. Düşmən çaşqınlıq 
halında olan 10-cu alay bölmələrini təqib etsəydi, daha böyük faciə 
baş  verə  bilərdi.  Onların  Qaraməryəm  ətrafında  möhkəmlənməklə 
kifayətlənmələri əslində 10-cu alayı daha böyük itkilərdən xilas etdi.
 I Qaraməryəm döyüşündə  bütünlükdə 122 nəfər şəhid oldu və 
itkin düşdü, 121 nəfər isə yaralandı. Bundan başqa 28-ci taborda 75 
mauzer tüfəngi və 101 ədəd süngü sıradan çıxmışdı. Dağ topçu taqı-
mında 2 ədəd top, 10 ədəd tüfəng və 41 mərmi düşmən əlinə keçmiş-
di. 29-cu taborda 18 mauzer tüfəngi və 19 süngü, 30-cu taborda isə 13 
mauzer tüfəngi ilə 35 süngü sıradan çıxmışdı. (38,s.79-95)
13 türk əsiri işgəncə ilə öldürülmüşdü. Döyüşlərdə iştirak etmiş Si-
vaslı Mehmet oğlu Turanın söylədiklərindən aydın olur ki, türklər rus 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə