72
Azərbaycan tarixinin qəhrəmanlıq
səhifəsi
tviçlə birlikdə şərqşünaslıq məktəbinin təşkil edilməsində bilavasitə
yaxından iştirak edib. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy ad-
landırılır. Sadıq bəy Ağabəyzadənin Ukraynada şərqşünaslıq elmi-
nin inkişafında xüsusi xidməti olub.
Böyük elmi yaradıcılığı olan Sadıq bəy Ağabəyzadə polyak dilində
özünün bir türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qram-
matikası (fonetika və morfologiya) dərsliyini nəşr etdirmişdi.
Ukraynada böyük nüfuza sahib olan Sadıq bəy Ağabəyzadə Bö-
yük Vətən müharibəsi zamanında alman-faşist işğalçıları tərəfindən
sıxışdırılır. Hörmətli alimi evindən çıxararaq heç bir şəraiti olmayan
zirzəmi tipli evdə yerləşdirirlər. Yaşının ahıl çağında soyuqlayan Sa-
dıq bəy ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov şəhəri alman
işğalçılarından azad edildikdən sonra gözlərini əbədi olaraq yumur.
Lvov şəhərində dəfn olunan Sadıq bəy Ağazadənin məzarı hal-ha-
zırda həmin şəhərin Liçakovski qəbristanlığının 84-cü sırasındadır.
Orada yaşayan azərbaycanlılar vətənin ləyaqətli övladı general-ma-
yor Məhəmməd Sadıq bəy Ağabəyzadənin məzarını tez-tez ziyarət
edir və qəbrini çiçəklərlə bəzəyirlər.
Ukrayna torpağında Lvov şəhərinin küçələrindən biri Sadıq bəy
Ağazadənin adını daşıyır.
Generalın fəaliyyəti, xüsusilə də Göyçay döyüşlərində iştirakı
haqqında hələlik əlimizdə samballı mənbələr olmasa da, onun bu
döyüşlərin fəal iştirakçılarından biri olması ehtimalı böyükdür. Ge-
neral haqqında Pərixanım Mikayılqızının məqaləsində (2016 http://
presarxiv.gov.az/) və biblioqraf G. Bədirovanin 2016-cı ildə yazdığı
”Göyçaylı generallar” kitabında M.S.Ağabəyzadənin Göyçay döyü-
şündə iştirakı haqqında fikirlər səslənməsə də onun tərcümeyi-ha-
lındakı faktlar bu ehtimala əsas verir. Həmin yazılarda qeyd olunan
“1916-ci ildə Ukrayna cəbhəsinə yollanan Sadıq bəy bu müharibə
bitdikdən sonra doğma eli Göyçaya qayıdır. Dörd il orduda xidmət
etdikdən sonra 1918-ci ildə yenidən Göyçaya qayıdan Sadıq bəy təqa-