Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

50
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
və erməni əsirlərinə insanpərvər münasibət göstərmiş, öz əsirlərini 
dəyişdirdikdə isə onların arabalara doldurulmuş və doğram-doğram 
edilmiş  cəsədlərini  götürə  bilmişdilər.  Həlak  olanlar  Qaraməryəm-
dən Göyçaya gedən yolla Bığır və Mollaishaqlı kəndlərinə ayrılan yo-
lun kəsişməsində, yoldan sağda dəfn edilmişdilər (hal-hazırda bura 
Göyçay şəhidliyi kimi tanınır).(3,113-114)
Digər səbəblərlə yanaşı I Qaraməryəm döyüşündə 5-ci Qafqaz di-
viziyasının komandanı Mürsəl bəyin öz qərargahı ilə Göyçayda deyil, 
Gəncədə yerləşməsi və ən vacib istiqamətdə baş verən hadisələrdən 
uzaq düşməsi, bir sıra hərbi hissələrin dərhal Müsüslü istiqamətinə 
göndərilməməsi də məğlubiyyətin əsas səbəblərindən idi.
Qaraməryəmdəki uğursuzluqdan sonra S.Şaumyan 18 iyun 1918-
ci il tarixdə Moskvaya Qafqaz İslam Ordusunun itkilərinin 500 nəfər 
olduğunu yazmışdı. Bu “qələbə” münasibətilə Korqanovun sərənca-
mına Moskvadan zirehli döyüş maşını göndərilmişdi. (41,s.15-16)
İyunun  17-dən  18-ə  keçən  gecə  Gəncədən  qatarla  yola  düşən  
Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Əlağa Şıxlinski və Ər-
kani hərb rəisi səhər tezdən Müsüslü cəbhəsinin arxasında düşərək, 
qəza mərkəzi olan Göyçaya gəldilər. Nuru paşa Mürsəl paşaya cə-
bhədə  bilavasitə  komandanlığı  ələ  alması,  ordu  və  firqə  (diviziya) 
qərargahının Gəncədən Göyçaya daşınması barədə 18 iyun 1918-ci il 
tarixdə əmr verdi.
İyunun  19-da  Nuru  paşa  Şərq  Ordular  Qrupu  qoşunlarının  ko-
mandanına 5-ci diviziyanın sovet qoşunlarının hücumunu xeyli itki 
bahasına dayandırdığı haqqında məlumat versə də, sonrakı günlər-
də bolşevik-daşnak qoşunları yenidən Göyçaya tərəf irəliləyə bilmiş-
dilər.
Diviziya qərargahından ordu komandanlığına 22 iyun 1918-ci ta-
rixdə Qaraməryəmin qərb yamaclarında 400-ə qədər düşmən əsgəri-
nin çadır qurmaqla məşğul olduğu xəbər verildi.
Cəbhədəki  vəziyyətlə  əlaqədar  olaraq  xarici  işlər  naziri 


51
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
M.H.Hacınski  M.Ə.Rəsulzadəyə  yazırdı:  “Cəbhədə  vəziyyətimiz 
yaxşı  deyil.  İrəli  gedə  bilmirik’”.  Bundan  sonra  o,  Ənvər  paşa 
qarşısında  tez  bir  zamanda  Türkiyədən  daha  bir  diviziya 
göndərilməsi barədə təkidlə məsələ qaldırmağı xahiş edirdi. Az sonra 
M.Ə.Rəsulzadə ona cavabında bildirdi ki, Ənvər paşanın sərəncamı 
ilə Azərbaycana yeni alaylar göndərilir və Nuru paşa artıq təsdiq edib 
ki, hücumu davam etdirmək üçün kifayət qədər qüvvə var. Qafqaz 
İslam  Ordusu  komandanlığının  cəbhəyə  göndərdiyi  yeni  qüvvələr 
dağ-artilleriya  divizionu  və  türk  piyada  alayı  iyunun  19-da  döyüş 
zonasına gəldi. Bu çətin anda qızğın döyüşlərə atılmış yeni qüvvələr 
arasında Azərbaycan xalqının övladlarından təşkil olunmuş bölmələr 
və  könüllü  dəstələr  də  var  idi.  Təkcə  iyunun  19-da  600  nəfərdən 
ibarət Azərbaycan dəstəsi, onlardan sonra Dəllər və Zəyəmdən olan 
könüllülər cəbhəyə gəldi.Yeni qüvvələr aldıqdan sonra Qafqaz İslam 
Ordusunun komandanlığı hücum planını hazırlamağa başladı. 5-ci 
Türk diviziyasının komandiri Mürsəl bəy bu barədə öz  mülahizələrini 
Nuru  paşaya  bildirərək  xahiş  etdi  ki,  birbaşa  cəbhəyə  yollanmaq 
üçün ona əlavə olaraq 5100 nəfər əsgər verilsin. Göyçay və Bərdədən 
olan  dəstələrilə  o,  düşmən  cinahlarına  zərbə  endirməyi,  Şəkidən 
olan  hissələri  isə  5-ci  diviziyanın  cəbhə  arxasında  təhlükəsizliyini 
təmin  etmək  üçün  göndərməyi  təklif  edirdi.  Nuru  paşa  bu  planı 
bəyəndi. Əsas zərbənin endirilməsi ilə eyni zamanda o, Şuşaya doğru 
irəliləməyi  qərara  aldı.  Bu  şəhəri  almaq  üçün  artilleriyalı  piyada 
taburlarını  yeritmək  nəzərdə  tutulurdu.  Ancaq  bu  planı  yalnız 
Bakı şəhəri azad edildikdən sonra həyata keçirmək mümkün oldu. 
Döyüşlər  əsasən  Qaraməryəm-Ağsu  şose  və  Müsüslü-Kürdəmir 
dəmir yolları ətrafında gedirdi. (7, s.270-271;10,s.103-109)
I Qaraməryəm döyüşü Qafqaz İslam Ordusu ilə Azərbaycan kö-
nüllülərinin  göstərdikləri  qəhrəmanlıqlara  baxmayaraq  məğlubiy-
yətə uğradı. Düşmənin qəza mərkəzi olan Göyçay istiqamətində hü-
cuma keçməsinə şərait yarandı. 


52
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
I  Qaraməryəm  döyüşündəki  məğlubiyyətə  baxmayaraq  ilk  dəfə 
olaraq bu döyüşdə müttəfiqlər azərbaycanlı döyüşçülərin müharibə 
aparmaq  qabiliyyətini,  vuruşmaq  əzmini  gördülər.  Bu  döyüşədək 
Qafqaz İslam Ordusu zabitləri azərbaycanlı döyüşçüləri  əsasən stra-
teji  əhəmiyyət  kəsb  edən  dəmir  yollarının  qorunmasına  cəlb  edir-
dilər.  I  Qaraməryəm  döyüşündə  azərbaycanlı  döyüşçülərin  qardaş 
türk əsgərləri ilə birlikdə göstərdikləri qəhrəmanlıqlar, qazandıqları 
döyüş təcrübəsi Göyçay döyüşündəki qələbədə mühüm rol oynadı.


53
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
GÖYÇAY DÖYÜŞÜ
       (27-29 IYUN 1918-CI IL)
Göyçay döyüşü Azərbaycan tarixinin şərəfli, qəhrəmanlıq səhifələ-
rindən biridir. Bu döyüşdəki qələbə ilə  düşmənin hücumu dayandırıl-
dı, müharibənin gedişində əsaslı dönüşün başlanğıcı qoyuldu. Müəy-
yən mənada bu döyüşü dövlətin və millətin taleyində oynadığı rola 
görə II dünya müharibəsinin gedişində əsaslı dönüş olmuş Stalinqrad 
vuruşması ilə də müqayisə etmək olar. Miqyasına görə bu iki döyüş 
arasında çox böyük fərq olmasına baxmayaraq, əhəmiyyətinə görə çox 
böyük oxşarlıq var. Göyçay döyüşündəki qələbənin böyük strateji, si-
yasi və beynəlxalq əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə ilə xalqın 
Mənbə: Mustafa Görüryılmaz, Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə