Layihənin rəhbəri: Elxan Süleymanov



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix12.03.2018
ölçüsü0,89 Mb.
#31252
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

32
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
(44,s.15)
1918-ci ildə digər müsəlman kəndləri kimi Bico kəndi də taleyin 
ümidinə  buraxılmışdı.  O  zaman  Şamaxıda  yaşayan,  nüfuz  sahibi 
Babaş əfəndi Mikayılzadənin məsləhəti ilə  Şahalı yüzbaşı Biconun 
müdafiəsi üçün qadınları və uşaqları dərələrdə gizlətmişdi. Erməni 
quldurlar  Bağırlı,  Ləngəbiz  və  Qəşəd  kəndlərini  viran  qoyub  Bico-
ya yaxınlaşdıqda Şahalı yüzbaşı quldur dəstəsinin qarşısına çıxmış, 
kəndə girməyəcəkləri təqdirdə onlara mal-qara, qızıl təklif etmişdi. 
Ermənilər razılaşmayıb onsuz da kəndi ələ keçirib talan edəcəkləri-
ni bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir neçə tüfənglə si-
lahlanan bicolular Pirəmşaq deyilən ərazidə təxminən 400 nəfərdən 
ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdılar. Kəndin yaşlı in-
sanlarının söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə 
erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdü-
yünü görən bicolular hücuma keçmişdilər. Özləri də tələfat vermələ-
rinə baxmayaraq, onlar erməni silahlı dəstəsini darmadağın etmişlər. 
Pirəmşaq döyüşündə ermənilərdən cəmi altısı qalsa da, dördü Bico 
kəndinin yaxınlığında öldürülmüş, ikisi isə Şamaxıya gələrək, Bakı-
dan kömək istəmişdi. (49, 2 Aprel 2013)
Zəka  Mirzəyevin  “Pirəmşaq  döyüşü”  adlı  məqaləsindən  (49,  2 
Aprel 2013) belə məlum olur ki, bu döyüşdə Bico kəndinin müdafiə-
çiləri 400 erməni əsgərindən 398 nəfərini məhv edə bilmişlər. Lakin 
bəzi kitab və məqalələrdə qeyd olunur ki, “Pirəmşaq döyüşü”ndə-
ki atışma nəticəsində 6 nəfər erməni qulduru qaçaraq canını qurtara 
bilmişdi. Bəzi mənbələrdə isə qeyd olunur ki, bu döyüşdə bir neçə 
müsəlman və erməni ölmüşdür. Kənd ziyalılarının verdiyi məlumata 
görə, Pirəmşaq döyüşündə hər iki tərəfdən xeyli adam qırılıb. Kəndə 
qarət məqsədi ilə basqın edən ermənilər  Bico kəndinin bu cür kəskin 
müqavimət  göstərəcəyini  heç  ağıllarına  belə  gətirməmişlər.  Çünki 
Türkiyə sərhədlərindən başlayaraq müsəlman kəndlərini qarət edə-e-
də gələn bu quldurlara Şamxor (hazırda Şəmkir) döyüşündən başqa 


33
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
heç bir yerdə demək olar ki, müqavimət göstərilməmişdir. Pirəmşaq 
döyüşündə müdafiəsiz, taleyin hökmünə buraxılmış bir kənd əhalisi 
tərəfindən  erməni  quldurlarına    gözlənilməz    zərbənin  endirilməsi 
onların məhvinə səbəb  olmuşdur. 
Bu hadisədən daha da azğınlaşan ermənilər dərhal Bakı erməni 
komitəsindən  kömək  istəmişlər.  Bakıdan  S.Lalayanın  rəhbərliyi  ilə  
az  müddət  ərzində  müxtəlif  silahlarla  təhciz  edilmiş  3  min  erməni 
yerli əhalini tamamilə məhv etmək üçün Şamaxıya göndərilmişdi. Er-
mənilər Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlu-
biyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayıl-
zadənin hər iki qaynını Şamaxıda ailə üzvləri ilə birlikdə işgəncə ilə 
öldürmüşlər. O zaman Babaş Əfəndinin qaynının iki övladı dağ yolu 
ilə qaçıb Bicoya gəlməyi bacarmışdılar. Çox keçmədən Babaş əfəndi 
bu vəhşiliyi törətmiş üç daşnak qatilinin hər birini yaxalayaraq onlar-
dan qisasını ala bilmişdi. Ermənilər Səndələn (Bico) zirvəsində iki dö-
yüş topu yerləşdirərək Bico kəndini atəşə tutmuş, nəticədə kənddəki 
bir neçə tikili ilə yanaşı, XII əsrə məxsus məscid də dağıdılmışdı. Bi-
colular kənd əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da 
Göyçay istiqamətinə köçürmüş və bununla da kənd əhalisinin soyqı-
rıma məruz qalmasına imkan verməmişlər. Buna görə də Fövqəladə 
İstintaq Komissiyasının sənədlərində soyqırıma malik kəndlər içəri-
sində Biconun adına rast gəlinmir. 
Z.Mirzəyev qeyd edir ki, kəndimizin əhalisi məcburi köçkün hə-
yatı yaşadıqları dönəmlərdə onlara sığınacaq verərək evlərində qal-
dıqları göyçaylılarla bicolular arasındakı münasibətlər uzun müddət 
qorunub. Hətta ötən əsrin sonlarında da “köç dövründə ata-anamız 
filankəsin evində yaşamışdır” deyə gediş-gəliş saxlanılırdı. Əhalinin 
tərk etdiyi kənd  daşnakların hücumuna məruz qalaraq dağıdılmışdı. 
Lakin iyun ayında Azərbaycan və Osmanlı türklərindən ibarət Qafqaz 
İslam Ordusunun qoşunları Göyçay döyüşündə bolşevik-daşnak ter-
rorçu  birləşmələrini  məğlub  edərək  onları    Bakıya  tərəf  çəkilməyə 


34
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi
məcbur etmişlər. Bicolular da bu hadisədən sonra doğma kəndlərinə 
qayıtmışlar. 
Ağsuya yaxın regionun yaşlı nəsli uzun müddət 1918-ci il Bico dö-
yüşünü bir kəndin qəhrəmanlıq səhifəsi kimi xatırlamışlar. Fikrimicə 
Pirəmşaq döyüşü hərtərəfli tədqiq edilməli, kəndin müdafiəsində iş-
tirak edərək şəhid olmuş, adları hələ də xalqa məlum olmayan qəh-
rəmanların adları xalqa çatdırılmalı, onların xatirəsi əbədiləşdirilmə-
lidir.


35
Göyçay döyüşləri (iyun-iyul 1918-ci il)
Bolşevik-daşnak  qüvvələrinin  1918-ci  ilin  iyununda  hədəflərindən 
biri Göyçay qəzasının Kürdəmir qəsəbəsi olub. Kürdəmirin işğalı düş-
mən üçün mühüm strateji əhəmiyyət kəsb edirdi. Həmin dövrdə iri də-
miryol qovşağı olan Kürdəmir stansiyasının yanında 200 evdən ibarət 
böyük ticarət qəsəbəsi salınmışdı və burada Şamaxı, Göyçay, Kürdəmir 
və Bakının tanınmış tacirlərinin evləri və iri ticarət tikililəri - mağazalar, 
anbarlar, dükanlar və s. var idi. Stansiyadan 3 kilometr aralı yerləşən, 
Göyçay qəzasının ən böyük və zəngin müsəlman yaşayış məntəqəsi sa-
yılan 2 min evlik Kürdəmir kəndinin əhalisi isə əsasən üzümçülük, bağ-
çılıq və pambıqçılıqla məşğul idi. İstər ticarət mərkəzi kimi Kürdəmir 
qəsəbəsinin, istərsə də Kürdəmir kəndinin iqtisadi baxımdan vəziyyəti 
olduqca yüksək, əhalinin həyat tərzi isə çox firavan idi. (49, 31 mart 2017) 
KÜRDƏMIR ISTIQAMƏTINDƏ CƏRƏYAN 
EDƏN HADISƏLƏR 
Mənbə: Mustafa Görüryılmaz, Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə