L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə8/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   227
Muteherrik ve eylenceli oyunlar

stimullaşdırılmasında
fiziki təhsilin
hərəki bacarıq və vərdişlərin konkretləşdirilməsi, məzmun və 
mahiyyətin təlimin vəzifələrinə uyğunlaşdırılması, uğurlu dərs 
strukturunun seçilməsi və tətbiqini, səmərəli təlim metodlarından və 
təlim vasitələrindən istifadəni, diferensial və fərdi yanaşmanı, 
sanitariya-gigiyena qaydalarına riayət edilməsini, tədris vaxtına qənaət 
və təlimin optimal tempinin seçilməsini mühüm üsul və vasitə 
olduğundan bəhs olunur. Həmin bölmədə ənənəvi, fəal (interaktiv) 
təlim metodlarının tətbiqindən, habelə şagirdlərin yaş xüsusiyyətləri və 
onların təlimdə nəzərə alınması yolları göstərilir. 
İkinci bölmədə
ibtidai, orta və tam orta təhsil pilləsi üçün 
mütəhərrik oyunların pedaqoji mahiyyəti, təşkili yolları, növləri, 
xarakteristikası və meydana gəlməsindən bəhs olunur. Vəsaitdə 
bunlarla yanaşı mütəhərrik oyunların təlimi metodikası, prinsipləri, 
müasir tələblərə uyğun şərh edilir. 
Üçüncü bölmədə
isə ümumtəhsil məktəbi üçün tədris günü 
rejimində fiziki tərbiyə-sağlamlıq işləri, sinifdən və məktəbdənxaric 
fiziki tərbiyə, idman-sağlamlıq məşğələlərinin təşkili və keçirilməsi 
metodikası, məzmunu öz əksini tapır. 
Dördüncü bölmə
asudə vaxt üçün hərəki intellektual əyləncəli 
oyunlardan bəhs olunur. Xüsusən, Azərbaycan milli uşaq oyunları, ev 
şəraitində oyunlar, məzhəkəli azhərəkətli oyunlar, əyləncəli bədən 
hərəkətləri, yay oyunları və müsabiyə-yarış oyunları tədqiq olunur. 
Həmin oyunlar toplanıldıqdan sonra yenidən işlənilib nəşrə təqdim 
edilir. Oyunların şəkilləri nümayiş etdirilərək verilməsi (bir neçə oyun 
istisna olmaqla) onların asudə vaxtlarda oynanılmasını daha da 
asanlaşdıracaqdır. 
Qeyd etməliyik ki, İ.Musayev, H.Ağayev, S.Hüseynov, 
M.Ağayev, Ə.Sadıqov və bir çox alimlərimiz oyunlara dair ciddi 
tədqiqatlar aparmış, dissertasiyalar müdafiə etmiş, kitablar nəşr 
etdirmişlər. Lakin bu vəsaitdə cəm edilmiş oyunların çapına rast 
gəlmədiyimi etiraf edirəm (cəmi 4 oyunda ad uyğunluğu müşahidə 
olunur). Çapa təqdim olunmuş oyunları elə Azərbaycanlı tapmazsanki, 
uşaqlıqda oynamamış olsun. Onlar həyatdan, folklorumuzdan 
bəhrələnir, hazırki tələbata uyğun şəkildə işlənilərək bərpa olunması 


16 
isə mədəniyyətimizin bir parçası kimi qorunub saxlanılması, mədəni irs 
olaraq gələcək nəsilə ötürülməsi məqsədini daşıyır. 
Əlavələrdə
isə «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi 
kompleksinin mahiyyəti, vəzifələri, bu sahədə məşğələlərin təşkili, 
təhlükəsizlik və ilk tibbi yardım göstərmək qaydaları, normativləri və 
hərəkət texnikası (turnikdə dartınma, qaçış, tullanma, qumbaranın 
atılması, güllə atıcılığı, qolların bükülüb açılması, üzgüçülük və s.) 
verilir.
Gülbaba Quliyev
ADPU-nun dosenti, Azərbaycan Respublikasının «Əməkdar 
Bədən Tərbiyəsi və İdman Xadimi, əməkdar məşqçi.


17 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə