L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə10/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   227
Muteherrik ve eylenceli oyunlar

ikincisi
pedaqoji və 
istərsədə islahat prinsipləri eyni kontekstdə həyata keçirilsin. Buna 
görə də ilk olaraq təlimin səmərəliliyini yüksəltmək üçün daha optimal 
prinsiplərin seçilməsi, onların şəraitdən asılı olaraq düzgün tətbiqi 
mexanizmlərinin tədqiqi və ümumiləşdirilməsi vacib şərtdir. 
Bütün bunları ümumtəhsil və məcburi fənlərdən biri olan «Bədən 
tərbiyəsi» fənninə də aid etmək lazımdır. Həmin baxımdan fiziki 
tərbiyənin təlimi prosesində şagirdlərin idman fəallığını artıran, təlimin 
interaktivləşməsini surətləndirən və təmin edən tələb və prinsiplərin 
önəmliliyini nəzərə alıb, onların izahını vermək məqsədəuyğundur. 
Məsələyə ənənəvi təlim baxımından yanaşmış olsaq, deyə bilərik 
ki, tədris prosesi bədən tərbiyəsi müəllimlərinin tam rəhbərliyi, 
nəzarəti və «diktatorlugu» şəraitində qurulmalı, müəllimin göstərişi, 
verdiyi tapşırıqlar hamı üçün qanun və məcburi olmalı, heç bir təklif 
nəzərə alınmamalıdır. Müstəqil və sərbəst fəaliyyət göstərmək, yəni 
hərəkətlərin özbaşına icrası qadağandır. Şagirdlər verilən tapşırığı, 
tövsiyə və göstərişləri sözsüz yerinə yetirməlidir. Nəticə müəllim 
tərəfindən qiymətləndirilir. Şagird nailiyyətləri qiymətləndirə və təhlil 
edə bilməz. Bu işlər yalnız müəllimin səlahətindədir.
Əksinə olduqda bunlar müəllimə «etibar etməmək», «üzə 
qayıtmaq», «sözə baxmamaq», «yekə başlıq» və s. kimi xoşagəlməz 
hal sayılırdı. Başqa sözlə desək, şagirdin tədris prosesinə bu və ya 
digər dərəcədə müdaxilə etməsi, sərbəst olaraq hərəkətləri icrası dərsin 
gedişinə mane olmaq, intizamsızlıq və dərsdə şuluq salan 
arzuolunmayan şəxs kimi qiymətləndirilirdi. Belə hallarda məktəb 
direktoruna, sinif rəhbərinə şikayət edilir, məlumatlar yazılırdı, iş 
ancaq bununla bitmir, bəzən də valideynlər məktəbə dəvət olunaraq 
danlanılır və təhqir olunurdu. Hətta uşaqların yanında valideynlərə 
qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinmirdilər. Bəzi müəllim və 
məktəb rəhbərləri valideyni öz övladının gözü qarşısında hörmətdən 
salmaqla nüfuzunun artacağını, həmçinin şagird kontingentinin 
«gözünün odunu» alacağını güman edirdi.
Qeyd etmək lazımdır ki, müasir təhsil sistemində yuxarıda 
göstərilən müəllim (öyrədən) və şagird (öyrənən) fəaliyyətini dəyərli 
hesab etmir. Öyrədən və öyrənənlərin fəaliyyətinin tənzimlənməsində 
məktəbin pedaqoji kollektivinin qarşısında yeni məqsəd və vəzifələr 
qoyulur. Həmin məqsəd və vəzifələr ənənəvi tələblərdən tamamilə 
müsbət mənada fərqlənir. Burada müəllim və şagirdlərin fəaliyyətinin 


19 
tənzimlənməsində aşağıdakı tələb və prinsiplər qoyulur ki, bütün 
bunlar təhsildə əvvəllər mövcud olmuş təfəkkürün mühitini 
yeniləşdirmək, tədris olunan fənlərin mahiyyətini yeni cəmiyyətin 
tələbatına uyğun qurmaq, dünya təhsil sisteminə inteqrasiyanı təmin 
etmək 
və 
sürətləndirmək, 
təlimin-interaktivliyinə, 
nəticə 
yönümlülüyünə və çevikliyinə nail olmağa yönəlməkdən ibarətdir. 
Müəllim təlim prosesini fəal təlim prinsipləri əsasında təşkil etməli, 
şagirdlər əsas tərəf kimi qəbul edilməli, onların qabiliyyətləri, 
tələbatları, fiziki tərbiyə sahəsindəki bilik və bacarıqlara yiyələnməsi 
potensialı üzə çıxmalı, qabaqcıl təlimin tələblərinə riayət etməklə 
cəmiyyətin dinamik inkişafına istiqamətlənməlidir. 
Təlimin prinsipləri prinsip xatirinə yəni formal xarakter 
daşımamalı, təsadüfən, kor-koranə deyil tədris prosesində yaradılmış 
mühitə, şəraitə uyğun tətbiq edilməlidir. Burada öyrənənlərin ümumi 
bilik və bacarıq fəaliyyətləri, hərəki qabiliyyətləri, vərdişləri nəzərə 
alınmalıdır. Xüsusən, qabaqcıl müəllim və məktəblərin iş təcrübəsi, 
direktiv tədris sənədlərinin tələbatı təlim fəaliyyətində əsas 
götürülməlidir. 
Təlim prinsiplərinin reallaşdırılmasına şəraitdən asılı olaraq yeri 
gəldikcə nail olmaq üçün tələsikliyə, süniliyə yol verilməməli, eləcə də 
tədrisin zəruriliyindən irəli gəlməli, inandırıcı olmalı, real faktları əks 
etdirməli, yanılışıqlığa, qeyri səmimiliyə, gərginliyə şərait 
yaradılmamalıdır. 
Təlim-tərbiyə 
prinsipləri 
bir 
fənn 
çərçivəsində 
məhdudlaşdırılmamalı digər ümumtəhsil fənləri ilə 
əlaqə
yaradılmaqla 
həyata keçirilməlidir. Bu prosesdə qohum fənlərlə inteqrasiya 
(anatomiya-fiziologiya, biologiya, tarix və s.) daha üstünlük təşkil 
etməlidir. Belə ki, ayrı-ayrı hərəki bölmələr üzrə (gimnastika, atletika, 
mütəhərrik və idman oyunları, kross hazırlığı) nəzəri birliklərin tədris 
materialları bir-birilə əlaqəli şəkildə təlim olunmalıdır. Fəndaxili 
mövzular üzrə təlim materialları əlaqələndirilərək tədris edilməlidir. 
Təlim prinsiplərinin fəal tətbiqində tədris işlərinin düşünülmüş 
şəkildə 
əvvəlcədən 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə