L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə16/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   227
Muteherrik ve eylenceli oyunlar

inkişafetdirici məzmunu 
o vaxt təmin olunur ki, vərdiş və tədris 
fəaliyyəti yüksələn xətt üzrə gedir, şəxsiyyətin qavrama, diqqət, 
yaddaş, təfəkkür, iradə, emosiya və digər psixoloji qabiliyyətləri 
inkişaf etdirmiş olur. Başqa halda «inkişaf» dar və psixoloji mənada
nəzərdə tutulur. Şəxsiyyətin hərtərəfli və 
harmonik inkişafı mənasında başa düşünülmür, bu da təhsil, tərbiyə və 
psixoloji inkişaf və bunların birliyinin dərk edilməsini təmin etmir. 
Unutmamalı ki, bədən tərbiyəsi müəllimi fiziki tərbiyənin təlimində 
vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi üçün kompleks 
yanaşmanı xüsusən diqqətdə saxlamalıdır. Bütün dərslərdə qarşıya 
qoyulmuş vəzifələr məqsədəuyğun bir-biri ilə koordinasiya 
olunmalıdır. Yəni fiziki tərbiyə prosesində hər hansı bir vəzifə icra 
olunarkən o digər vəzifələrin yerinə yetirilməsinə mane olmamalı, 
əksinə onun icrasının daha da təkmilləşdirilməsinə şərait yaratmalıdır. 
Məsələn, müəllim müxtəlif növ hərəki qabiliyyətləri inkişaf etdirən 
gimnastika hərəkətlərini öyrədərkən bu keyfiyyətlərin inkişafına dolayı 
yolla kömək göstərən mütəhərrik oyunlardan istifadə etməli, oyunların 
mahiyyəti, insan orqanizminə göstərdiyi təsirin şərhini verməli onun 
hərəki xüsusiyyətlərinin gimnastika elementlərinin icrasında nə 
dərəcədə oynadığı rolu izah etməlidir. Bir sözlə, fiziki tərbiyə 
vasitələrinin (oyun, gimnastika və s.) sonda müqayisə etmə yolu ilə 
eyni məqsədə xidmət etmələrindən bəhs etməli bütün bunları şagirdlərə 
mənimsətməlidir.
Müşahidələrdən aydın olur ki, tədrisdə ümumi təlimin 
nəticələrinə nail olmaqda yalnız ayrı-ayrı hərəkətlərin texnikasına 
yiyələnmək, oyun bacarığına malik olmaq tam tutarlı sayılmır. Bədən 
tərbiyəsi dərslərini «idmanlaşdırmaq» (bir qrup uşaqları yarışa 
hazırlaşmaq üçün məşq etmək), yeknəsəkliyə, eyni tipli hərəkətləri 
həddən artıq təkrar etmək təlim üçün kifayət qədər effektli, dəyərli 
olmur.
Göründüyü kimi, «texnikaya yiyələnmək», bir qrup 
şagirdlə məşğul olmaq, eyni hərəkətləri ehtiyac olmadan dəfələrlə 


27 
təkrar etmək bir tərəfdən şagirdlərin əksəriyyətinin təlimdən kənarda 
qalmasına səbəb olursa, digər tərəfdən də prosesin gərgin, cansıxıcı 
keçməsinə şərait yaradır.
Bədən tərbiyəsi dərslərinin mühüm vəzifələrinə isə yüksək
əhval-ruhiyyə yaradılması, kütləviliyə nail olunması, məşğul
olanın inkişafına, mənəvi
keyfiyyətlərinin yüksəlməsinə müvəffəq olmaq lazımi şərtlərdən 
biridir.
Fiziki tərbiyənin təlimində zəruri bilik və bacarıqlara 
yiyələnmək, eləcə də vərdişlər aşılamaq tədris materialının 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə