L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


tempdə öyrədilməsi təlimin müsbət nəticələnməsinə öz  təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin  musiqinin



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə13/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   227
Muteherrik ve eylenceli oyunlar

tempdə
öyrədilməsi təlimin müsbət nəticələnməsinə öz 
təsirini göstərir. Müxtəlif növ yeriş, qaçış və gimnastika hərəkətlərinin 
musiqinin
müşayəti ilə müvafiq tempdə yerinə yetirilməsi şagirdlərin 
fəallığını artırmaqla, onların dərsə marağını da yüksəldir. Hərəkətlərin 
icraolunma tempi tədris materialının məzmunundan onun icrasının 
asan və mürəkkəb olmasından, nə məqsədlə yerinə yetirilməsindən də 
mühüm dərəcədə asılıdır. Hərəkətlər yüksək, orta və aşağı tempdə icra 
oluna bilər. Lakin burada sinifin orta təlim tempi mütləq nəzərə 
alınmaqla hərəkətlərin yerinə yetirilməsi daha faydalıdır. Gimnastika, 
atletika hərəkətləri, idman oyunları üzrə fəndlərin orta təlim tempinə 
yaxınlaşdırılaraq həyata keçirilməsi daha önəmli və təsirliliyi müşahidə 
olunmuşdur. 
Tədris prosesinin səmərəliyinə zəmin yaradan amillərdən biri də 
təlim zamanı bərabər 
hüquqluğun
təmin olunmasıdır. Yəni şagirdlərin 
idrak fəallığı, təlimə şüurlu və düşüncəli yanaşması təmin edilməklə, 
onların müstəqilliyinə, sərbəst hərəkət etmələrinə də üstünlük 
verilməlidir. Bu öyrətmə və öyrənmənin vahidliyinin gözlənilməsilə 
sıx əlaqədar olmaqla müəllimin və şagirdlərin fəaliyyətinin 
tənzimləməsini stimullaşdıran mexanizmlərdən hesab olunur. 
Qeyd etməliyik ki, müxtəlif növ, rəngarəng fiziki hərəkətlər, 
mütəhərrik və əyləncəli oyunlar lazımi templərdə, reallıq və tədris 
şəraiti nəzərə alınmaqla təlim olunsa da bu prosesdə hər bir şagirdin 
məsuliyyət
hissinin olmasıda vacibdir. Öyrədən və istərsə də 
öyrənənlər olsun onlar da məsuliyyət hissi olmasa həmin təlim çox 
çətinki uğurla nəticələnə bilər. Çünki, təlimdə məsuliyyət daşıdığını 
anlamaq idrak fəallığının da yüksəlməsinə səbəb olur. Bu isə birbaşa 
təlimə şüurlu yanaşmanı, düşünərək təhlillər aparmanı, müəyyən 
qənaətə gəlməni təmin edir. Beləliklə, şərh olunanlar daha yaxşı 
qavranılır, yadda saxlamağa ciddi səy göstərilir.
Əks halda şagirdlər passivlik göstərir, diqqətlərini cəmləşdirib təlimə 
yönəltməkdə çətinlik çəkirlər. Sonda istənilən təlim nəticələrini əldə 
etmək mümkün olmur. Buna görə də təlimin təşkili üsulunu seçərkən 
ayrı-ayrı sinifin ümumi fiziki hazırlığını, anatomik-fiziolji və psixoloji 
xüsusiyyətlərini də nəzərə almaq zəruridir. Bu şərtlə ki, dərsin təşkili 


23 
formalarına uyğun metodlar, vasitələr, məzmun, eyni zamanda 
vəzifələr müəyyənləşdirilmiş olsun. Deyilənlər eyni vaxtda, həm də 
bir-biri ilə əlaqəli şəkildə aparılmalıdır. Bütün bunlar təlimin səmərəli 
formasının seçilməsinə səbəb olur.
Yuxarıda sadalanan 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə