|
L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərsMuteherrik ve eylenceli oyunlarkomponentlərdən kompleks
istifadə
olunması təlimdə nailiyyət qazanılmasında ən başlıca şərtlərdən sayılır
və bu təlimdə fəallaşmağa müsbət təsir göstərir, tədris materialının
mənimsənilməsini şərtləndirir.
Fiziki
tərbiyənin təlim prosesinin düzgün təşkili və
keçirilməsində yalnız pedaqoji komponentlərin təlim dövründə düzgün
tətbiqi ilə kifayətlənməməlidir. Fiziki tərbiyənin tədrisi zamanı
məktəbli gigiyenasına riayət edilməsi, təlim üçün mənəvi-psixoloji və
estetik şəraitin yaradılması da əhəmiyyətli komponentlərdəndir. Təlim
prosesi üçün maksimum dərəcədə məqsədəuyğun sanitariya-gigiyena
şəraitinin yaradılmasıda nəzərə alınmalıdır. Tədris-tərbiyə işlərinin
səviyyəsinin yüksəldilməsində ümumi pedaqoji prinsiplərin rolu böyük
olsa da, təlim prosesi elmi surətdə təşkil olunsa belə bu təlimin tam
müvəffəqiyyətlə həlli hələ demək deyildir. Şagirdlərin təlim tərbiyə
işində və sürətli inkişafının təmin edilməsində tədris prosesinin
optimallaşdırılması
prinsiplərinin də tətbiqinə ehtiyac duyulur. Bu
şərtlə ki, bunlar müəllim və şagirdlərin tam idrak fəallığı əsasında
həyata keçirilmiş olsun. Təlim prinsiplərindən bir tərəfli və yaxud
həddindən artıq istifadə heç də təlimin uyğun prinsipinin təmini
deyildir. Burada prosesin optimal qurulması başlıca amildir. Həmin
prinsip bir tərəfdən didaktik prinsiplərin sistemlə tətbiqinə, digər
tərəfdən isə göstərdiyimiz tələblərin hər birinin daha yaxşı istifadəsi
üçün lazımi zəmin yaradır, habelə onların düzgün tətbiqini təmin
etməklə tədrisin səmərəliliyini daha da yüksəldir.
Şagirdlərin hərtərəfli inkişaf etdirilməsi, şəxsiyyət kimi
formalaşdırılması
və
mənəvi
aləminin
zənginləşdirilməsinin
məqsədəmüvafiq təşkilində təlimin kompleks həllinə yönəldilmiş
prinsiplərinin tətbiqi daha müvəffəqiyyətli hesab olunur. Burda da
müəllimdən tələb olunur ki, dərsin qarşısında duran vəzifə və məqsədi
həyata keçirməkdən ötrü onun əsas və başlıca olanlarını seçib diqqət
mərkəzində saxlamalı və ilk növbədə təlimini təmin etməyə ciddi səy
göstərilməlidir
Təlimdə
Dostları ilə paylaş: |
|
|