KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   2   3   4   5   6   7   8   9   ...   13

Fikirləşdim: zərif, döyüşkən cöngədir ki var. 

   Saat on birdə həmişəki işimin dalınca vanna otağına getdim, qız öz miskin paltarını burada 

soyunmuşdu, ancaq stulun üstünə elə səliqə ilə yığmışdı ki, guya, bahalı paltardı: sintetik parçadan 

kəpənəkli don, madapolamdan sarı tuman, kəndirlə bağlanan səndəl. Paltarın üstünə ucuz qolbaq və 

ucuna bənd olmuş medalyonda Məryəm ananın təsviri olan nazik zəncir qoyulmuşdu. Dodaq boyası, 

kirşan, açar və xırda qəpiklər olan əl çantası da burada, rəfdə idi. Hamısı elə ucuz, işlənmiş və  köhnə 

idi ki, belə kasıblığı heç təsəvvürümə də gətirməzdim. 

   Əynimdəkiləri soyunub, asılqandan elə asmağa çalışdım ki, ipək köynəyim, ütülü kətan kostyumum 

qırışmasın. Su dolub boşalan zəncirli çənin altındakı unitaza peşab elədim, özü də bu işi oturub 

gördüm. Bunu mənə hələ uşaq olanda çanağın kənarlarını batırmayım deyə Florina de Dios öyrətmişdi 

və təvazökarlıq nə lazım, şırnaq tarım və rəvan idi, lap azad ayğırınkı kimi. Vanna otağından 

çıxmamışdan tasın üstündəki güzgüyə baxdım. 

   Güzgüdən mənə baxan atsifət adam ölüvay deyildi, ancaq Roma Papasının çənəsi kimi sallanmış 

çənəsi, şişmiş göz qapaqları və nə vaxtsa gur olan seyrəlmiş saçları ilə qaşqabaqlı idi. 

   – Zibil, – mən ona dedim. – Əgər məni sevmirsənsə, axı mən neyləyə bilərəm? 

   Qızı oyatmamağa çalışıb, soyunmuş halda çarpayının qırağında oturdum, qırmızı işığın aldanışlarına 

öyrəşmiş gözlərimi onun hər qarışında gəzdirdim. Şəhadət barmağımı tərli boynunun dalına çəkdim, o, 

arfanın simləri kimi titrədi, nəsə mızıldayıb, mənə tərəf çevrildi, acıtəhər isti nəfəsi üzümə vurdu. 

Burnunu tutub, azacıq sıxdım, o diksindi, başını yana çəkib, kürəyini mənə tərəf çevirdi, ancaq 

oyanmadı. Qəfil coşqunluq duydum və dizimlə ayaqlarını aralamağa çalışdım. İlk iki cəhdimdə yalnız 

dizlərini bərk-bərk sıxdı. Mən onun qulağına oxudum: «Delqadinanın çarpayısı başında mələklər 

durub». O, bir az boşaldı. Qan damarlarımda qaynadı və mənim öz işini yadırğamış astagəl yırtıcım 

uzun yuxudan sonra ayıldı. 

   Delqadina, canım mənim, qovrularaq ona yalvardım. Delqadina… O, kədərlə hıçqırdı, ayaqlarımdan 

xilas olub, arxasını mənə çevirdi və ilbiz kimi öz qabığına yığıldı. Pişikotu içmək, görünür, təkcə ona 

yox, mənə də yaxşı təsir etmişdi, çünki  heç nə baş vermədi. Ancaq vacib deyil. Fikirləşdim ki, əgər 

özümü belə aciz hiss edirəmsə, belə kədərliyəmsə, üstəlik, molyusk kimi soyuğamsa, axı onu niyə 

oyadım. 


   Qüllənin zəngi düz vaxtında gecə on ikini vurdu və yeni gün – 29 avqust, şəhid Xuan Bautista günü 

başladı. Küçədə kimsə bərkdən ağlayırdı, ancaq ona fikir verən yox idi. Mən onun üçün dua elədim, 

əgər onun buna ehtiyacı vardısa və bütün yaxşılıqlara görə şükürlər etdim: «Aldanmayın, fikirləşməyin 

ki, sizin gözlədiyiniz, ümid elədiyiniz, gözünüz gördüyündən daha uzun sürəcək». Qız yuxuda inildədi 

və mən ondan ötrü də dua etdim: «Qoy elə belə də olsun». Sonra yatmaq üçün radionu və işığı 

söndürdüm. 

    Dan yeri söküləndə oyanıb, harada olduğumu kəsdirə bilmədim. Qız ana bətnindəki uşaq kimi 

qıvrılıb arxası mənə tərəf hələ də yatırdı. İçimdə dumanlı bir duyğu var idi, elə bil, onun qaranlıqda 

durduğunu, vanna otağında axıdılan suyun şırıldadığını eşitmişdim, ancaq ola da bilsin, bunu yuxuda 

görmüşdüm. Məndə nəsə yeni bir şey yaranmışdı.  Şirnikdirmək üçün hiylə nə olduğunu heç vaxt 

bilməmişdim, məşuqəni bir gecəliyə gözəyarı, onun gözəlliyindən çox, qiymətinə görə seçmişdim və 

biz eşqbazlıqla eşqsiz, əksər vaxt da yarısoyunmuş vəziyyətdə və olduğumuzdan yaxşı görünmək üçün 

həmişə qaranlıqda məşğul olmuşduq. Həmin gecə çox böyük bir həzz kəşf etdim – mən yatan qadının 

bədəninə baxırdım və utancaqlıq, üzücü həvəs mənə mane olmurdu. 

   Saat beşdə təşviş içində oyandım, çünki mənim bazar günü məqaləm gündüz on ikidə redaksiyada 

masanın üstündə olmalı idi. Öz dəqiq zamanında, ay bədirlənən vaxt dalımda həmişəki acışmanı hiss 

edərək, bağırsağımı boşaltdım və suyu buraxmaq üçün zənciri çəkəndə duydum ki, bütün keçmiş hirs-

hikkəm, incikliklərim yuyulub kanalizasiyaya axdı. Gümrah və geyinmiş halda otağa qayıdanda qız 

çarpayıda çəpəki vəziyyətdə uzanaraq ayaqlarını aralayıb, sübh çağının dinclik gətirən şəfəqləri  altında 

öz bakirəliyinin şəriksiz ağası kimi yatmışdı. «Allah səni qorusun», – mən pıçıldadım. Cibimdəki 

pulları – özümdə qalası və ona çatası pulların hamısını yastığının üstünə qoyub, həmişəlik ayrılaraq, 



alnından öpdüm. Bütün görüş evləri kimi bu ev də sübh çağı daha çox cənnətə bənzəyirdi. Heç kimlə 

rastlaşmamaq üçün bağa açılan qapıdan çıxdım. Küçədə,  günəşin altında yenə doxsan yaşımın 

ağırlığını hiss etdim və bu gecənin dəqiqələrindən ölənə qədər qalan anlarımı saymağa başladım. 

 

                                                        II. 



   Mən bu xatirələri güvənin, ağacqurdunun için-için yediyi rəflərin öz-özünə uçduğu kitabxanada, 

valideynlərimin kitabxanasından qalmış çox az şeyin  əhatəsində yazıram. Cürbəcür lüğətlərim, don 

Benito Peres Qaldosun «Milli epizodlar» seriyasından birinci kitabı və anamın vərəmdən yaranan xəstə 

ovqatını  anlamağı öyrəndiyim «Sehrli dağlar» bu dünyada əvvəl-axır görəcəyim işlər üçün, demə, 

kifayət imiş. 

   Qalan mebeldən və məndən fərqli olaraq, iri yazı masam, görünür, əla vəziyyətdədir, vaxt ona 

toxunmayıb, çünki onu ata babam, keçmiş gəmi dülgəri nəcib ağacdan düzəldib.  Hətta heç nə 

yazmasam da, hər səhər daha yaxşı işlərə tətbiq olunası inadcıllıqla, ucbatından nə qədər eşqbazlıqdan 

əlimin çıxdığı bu masanın arxasında otururam. Məlumat kitabları həmişə əlimin altındadır: «İspaniya 

Kral akademiyasının birinci illüstrasiyalı lüğəti»nin 1903-cü il nəşri iki cilddə; don Sebastyan 

Kavarrubiasın «Kastil və ispan dilinin inciləri»; Andres Belonun qrammatikası, əgər hansısa sözün 

mənasını dəqiqləşdirməyə ehtiyac yaranarsa; don Xulio Kaserasın ən yeni «İdeoloji lüğət»i, əsasən  

antonim və sinonimlərə görə; anamın beşikdən bildiyim dilində mənə yardımçı olan Nikola 

Zinqarellinin «Vocabolario dela Lingua İtaliana» və o biri iki dilin ulu babası olduğu üçün ana dilim 

hesab etdiyim latın dili lüğəti. 

   Yazı masamın sol tərəfində bazar günü yazdığım məqalələr üçün həmişə beş ədəd xüsusi formatlı 

kətan kağız və mürəkkəb üçün qumqabı olur, çünki onu indiki suçəkən yastıqdan üstün tuturam. Sağda 

– calamaio  və qızıl uclu qələm üçün yüngül ağacdan altlıq durur, çünki hələ də əllə, qəşəng xətlə 

yazıram, bunu da mənə son nəfəsinə qədər notarius və vəkil işləyən ərinin ilan-qurbağa dəftərxana 

xəttinə oxşamasın deyə Florina de  Dios öyrədib. Bir müddət əvvəl qurğuşun literlərin həcmini 

hesablamaq və mətni səhifələmək asanlaşsın deyə qəzetdən tapşırmışdılar ki, makinada yazaq, ancaq 

mən bu səfeh vərdişi mənimsəyə bilmədim. Buna görə sıxılsam da, qocaman əməkdaş hüququmdan 

istifadə edib, yenə əllə yazırdım, sonra isə ağacdələn kimi mətni birnəfəsə makinaya döyəcləyirdim. 

İndi təqaüdə çıxsam belə, sıradan çıxmamışam, məni narahat etməsinlər deyə telefon söndürmək və 

çiynimin üstündən yazdığıma göz qoyan olmasın deyə evdə işləmək kimi yüksək imtiyazdan 

yararlanıram. 

 

                                                    *     *     *. 



 

   Mən tək yaşayıram – nə it, nə quş saxlayıram, çətin günlərimdə dadıma çatan və həftədə bir dəfə 

mənə baş çəkən vəfalı Damianadan savayı bir xidmətçim də yoxdur, ancaq o da küt olmağı cəhənnəm, 

üstəlik, fərsizdir. Anam ölüm ayağında mənə yalvardı ki, gənc ağ qadınla evlənim və bizim, ən azı, üç 

uşağımız, onlardan da biri qız olsun ki, bu qıza onun, ondan əvvəl anasının, nənəsinin daşıdığı adı 

verək. Anamın xahişini unutmamışdım, ancaq gənclik dövrüm o qədər uzanmışdı ki, mənə elə gəlirdi, 

evlənmək heç vaxt gec deyil. O vaxta qədər ki, Pradomarda günortanın istisində, Polomares de 

Kastronun ailəsi yaşayan evdə qapını səhv salıb, onların kiçik qızı Ximena Ortisi siesta zamanı yataq 

otağında çılpaq vəziyyətdə gördüm. O, kürəyi qapıya tərəf uzanmışdı və başını elə tez döndərdi ki, 

gizlənməyə macal tapmadım. «Oy, üzr istəyirəm», – nəhayət, dilləndim, ürəyim isə az qalırdı sinəmdən 

çıxsın. Qız gülümsəyib, ceyran kimi çevrilərək, özünü büsbütün mənə göstərdi. Otaqda ondan başqa 

heç kim və heç nə yox idi. O, tamam lüt deyildi, çünki Manenin Olimpiası kimi qulağının dalına 

narıncı ləçəkləri olan zəhərli gül taxmışdı, sağ biləyində qızıl qolbaq, boynunda isə xırda mirvaridən 

boyunbağı gözə dəyirdi. Təsəvvürümə gətirməzdim ki, nə vaxtsa bundan da valehedici bir şey görə 

bilərəm və indi etiraf edirəm ki, düz fikirləşmişəm. 

   Öz yöndəmsizliyimdən utanıb, onu həmişəlik unutmaq məqsədi ilə qapını örtdüm. Amma Ximena 




Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə