KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   2   3   4   5   6   7   8   9   ...   13

təhlükəlidirsə, bir o qədər bahadır. Əngəl əlavə iki peso ilə aradan qaldırıldı, danışdıq ki, saat onda 

nağd beş peso ilə onun evinə gəlirəm və pulu qabaqcadan ödəyirəm. Bir dəqiqə də tez olmaz, çünki qız 

kiçik qardaşlarını yedirib yatızdırmalı və yel xəstəliyindən əziyyət çəkən anasını yatmaq üçün 

hazırlamalıdı. 

   Dörd saat qalmışdı. Vaxt keçdikcə ürəyim acı köpüklə dolurdu, bu da məni  nəfəs almağa qoymurdu. 

Vaxtı qısaltmaq üçün geyinib hazırlaşmaqla başımı qatmağa çalışdım. Əgər hətta Damiana da deyirsə 

ki, senyor yepiskop kimi geyinirəm, təbii, bunda fövqəladə bir şey yoxdur. Ülgüclə üzümü qırxdım, 

gün qızdırmış suyun  borulardan axıb getməsi üçün duşda gözləməli oldum. Ancaq dəsmalla 

qurulanana kimi yenə tərlədim. Gecə məni gözləyən hadisəyə uyğun geyindim: ağ kətan kostyum, göy 

zolaqlı, yaxalığı nişastalı köynək, Çin ipəyindən qalstuk, sinkli ağ boya ilə təzələnmiş ştibletlər və 

kostyumun yaxasındakı ilgəyə taxılmış saf qızıldan zəncirli saat. Sonda bir qarış balacalaşdığım 

bilinməsin deyə, şalvarın belini içəri qatladım. 

   Hamı məni simic kimi tanıyır, çünki belə evdə yaşadığıma görə kasıb olduğuma inanmırlar, ancaq 

doğrusu, bu cür gecə cibimə uyğun deyil. Çarpayımın altındakı sandıqçada saxladığım puldan otağa 

vermək üçün iki peso, fahişəxananın sahibəsi üçün dörd, qız üçün üç, şam yeməyi və başqa xırda 

xərclər üçün özümə beş peso götürdüm. Başqa sözlə desək, bazar sayında çap olunan məqalələrimə 

görə qəzetin ödədiyi həmin on dörd pesonu. Onları qurşağımdakı gizli cibə qoyub, «Lapman And 

Kemp-Barslay And Co» firmasının «Aqua de Florida» odekolonundan üst-başıma püskürtdüm. Bu 

yerdə qorxu məni bürüdü, ancaq kilsə zəngi saat səkkizi vuran kimi qorxudan tərləmiş halda əlhavasına 

qaranlıqda pillələri düşüb, böyük ümidlər bəslədiyim nəşəli gecənin qoynuna girdim. 

   Hava sərin idi. Kolumb prospektində, işlək yolun ortasında cərgə ilə sıralanmış boş taksilərin 

arasında kişilər dəstə-dəstə toplanıb, futbol haqqında bərkdən mübahisə edirdilər. Kiçik nəfəsli orkestr 

siçovulqıran oleandrların çiçəklədiyi xiyabanda vals çalırdı. Notariuslar küçəsində abırlı müştəri 

axtaran bədbəxt fahişələrdən biri həmişəki kimi məndən siqaret istədi, mən də həmişəki kimi ona 

dedim: artıq otuz üç il, iki ay, on yeddi gündür ki, siqareti tərgitmişəm. «Qızıl Zınqırov»un yanından 

keçəndə işıqlı vitrinə baxıb, özümü hiss etdiyimdən daha qoca və pis geyinmiş gördüm. 

   Saat ona az qalmış taksi tutub, hara getdiyimi başa düşməsin deyə Ümumi qəbiristanlığa sürməsini 

xahiş etdim. Sürücü güzgüdə mənə baxıb, qımışaraq dedi: «Hörmətli ağa, məni qorxutmayın, Allah 

eləsin, mən də sizin kimi uzunömürlü olum». Qəbiristanlığın qarşısında maşından birlikdə düşdük, 

çünki onun xırdası yox idi, ona görə də pulu «Qəbir»də, səhərə kimi içib, öz əziz mərhumlarını ağlayan 

əyyaşların toplaşdığı kasıb qəlyanaltıda xırdalamalı olduq. Hesabı üzəndə sürücü  ciddi şəkildə dedi: 

«Ağa, ehtiyatlı olun, Rosa Kabarkasın evi  çoxdandır əvvəlki ev deyil». Ona minnətdarlıq etməkdən 

savayı əlacım qalmadı və hamı kimi möhkəm surətdə inandım ki, Kolumb prospektindəki taksi 

sürücülərinin bilmədiyi şey yoxdur. 

   Bir vaxtlar gördüyümdən əsər-əlamət qalmamış kasıblar məhəlləsinə girdim. Həmin enli, gündən 

qızmış qumlu küçələr, qapıları taybatay açıq, divarları yonulmamış taxtadan, damları acı palma 

yarpaqları ilə döşənmiş və həyətlərinə çınqıl tökülmüş evlərdi. Ancaq buradakı sakinlər sakitlik və 

rahatlıq nə olduğunu unutmuşdular. Evlərin çoxunda cümə gününün şadyanalığı hökm sürürdü, 

musiqiçilər öz nağaraları və sincləri ilə evləri silkələyirdi. Kim olsa əlli sentə istədiyi qapıdan girə 

bilərdi, ancaq evin qarşısında, küçədə yıxılana qədər oynaya da bilərdi. Mən gedə-gedə bu bahalı 

kostyumuma görə xəcalətdən yerə girmək istəyirdim, ancaq evinin astanasında mürgüləyən arıq 

mulatdan savayı heç kim mənə fikir vermədi. 

   – Allah amanında, ağa, –  o, məni ürəkdən salamladı. 

   Ona nə cavab verə bilərdim? Yalnız minnətdarlıq etdim. Diki çıxana qədər nəfəsimi dərmək üçün üç 

dəfə dayanmalı oldum. Üfüqdən qalxan mis rəngli iri ayı gördüm, bu yerdə məni sancı tutdu, qorxdum, 

ancaq keçib getdi. Küçənin sonunda evlərin qurtarıb, meyvə ağaclarının başladığı yerdə Rosa 

Kabarkasın dükanına girdim. 

   Bu artıq həmin Rosa Kabarkas deyildi. Bir zamanlar nəhəng bədən quruluşuna, həm də öz məkanında 

eşq alovunun öhdəsindən cəldliklə gələ bildiyinə görə biz hətta onu yanğınsöndürmə xidmətinin 



serjantı rütbəsi ilə təltif etmək istəyirdik. Ancaq tənhalıq onu yumağa döndərmişdi, dərisini 

qırışdırmışdı və səsini elə naziltmişdi ki, bu nəhəng qadın qoca qıza oxşayırdı. Əvvəlki Rosadan bircə 

əla dişləri qalmışdı və onlardan birinə nazlanmaq üçün qızıl qapaq saldırmışdı. O, əlli il bir yerdə 

yaşadığı ərinə yas saxlayırdı və bu matəm qiyafəsinə əngəlli işində ona kömək edən yeganə oğlu üçün 

qara yas şlyapası da əlavə olunmuşdu. Təkcə parıltılı, qəddar gözləri diri qalmışdı və ondan başa 

düşdüm ki, əslində, o dəyişməyib. 

   Dükanın divarındakı lampa zorla közərirdi, hamının bildiyi və görməzliyə vurduğu məşğuliyyətini, 

heç olmasa, ört-basdır etmək üçün də rəflərdə mal yox idi. Mən sakitcə içəri girəndə Rosa Kabarkas 

müştərini ötürürdü. Bilmirəm, o, məni, doğrudanmı, tanımadı, yoxsa özünü elə göstərdi. Onun 

boşalmasını gözləmək üçün skamyada oturdum və hər şeyin necə baş verdiyini yadıma salmağa 

çalışdım. Gözəl çağlarımızda o, bir neçə dəfə mənim dadıma çatmışdı. Yəqin, Rosa fikrimi oxudu, 

çünki dönüb mənə elə zənlə baxdı ki, narahat oldum. «Vaxt sənə toxunmayıb», – o, qüssə ilə köks 

ötürdü. Onun könlünü almaq istədim: «Sənə isə toxunub, ancaq yaxşı mənada». «Ciddi sözümdür, –  

dedi, – ölüvay at sifətin hətta bir az canlanıb». «Yəqin, başqa evlərdə otlamağımdandır», – mən onu 

sancdım. 

   «Qız saat ondan otaqdadı, – o dedi. – Gözəl, təmiz, tərbiyəli qızdır, ancaq qorxudan ölür, çünki 

Qayrıdan olan yükdaşıyana qoşulub qaçan bir rəfiqəsini iki saat özünə gətirə bilməyiblər. Bu da 

aydındır, – Rosa öz ehtimalını irəli sürdü, – bu qayrılılar məşhurdular, onlar erkək eşşəyə qoduq 

saldırırlar. – Və yenə məsələyə qayıtdı: – Yazıq qız, üstəlik, hələ fabrikdə də can qoyur, düymə tikir». 

Bu mənə elə də ağır iş kimi görünmədi. «Kişilər belə fikirləşir, – o etiraz etdi, – bu, daş qırmaqdan ağır 

işdi». Bir də etiraf etdi ki, ona bromla pişikotu qarışığı içirdib və qız indi yatır. Fikirləşdim ki, bu 

rəhmdillik, giley-güzar qiyməti qaldırmaq üçün növbəti kələkdir, ancaq o dedi yox, mənim sözüm 

sözdür. Onun pozulmaz qanunu yenə qüvvəsində idi: hər xidmətə görə – sikkə ilə və əvvəlcədən ayrıca 

hesab. Bax belə. 

   Həyətin ortası ilə onun arxasınca getdim və təravətini itirmiş dərisi, adi pambıq corab geydiyi şişmiş 

ayaqlarını yerə necə çətin basması məni yumşaltdı. Bədirlənmiş ay səmanın ortasına çatmışdı və dünya, 

elə bil, göy sulara qərq olmuşdu. Onun evinin yaxınlığında şəhər hökumətinin dəvət etdiyi musiqiçilər 

üçün palma budaqlarından döşəmə düzəldilmişdi, ətrafda dəri oturacaqlı çoxlu kətil var idi, tor 

yelləncəklər asılmışdı. Arxasından meyvə bağlarının başladığı həyətə kərpicdən tikilmiş, ancaq 

ağardılmamış, quşların girməməsi üçün pəncərələrinə tor vurulmuş altı otaq baxırdı. Yeganə tutulmuş 

otaq alaqaranlıqda itmişdi və Zənci Tonya radioda uğursuz məhəbbətdən oxuyurdu. Rosa Kabarkas 

nəfəsini dərdi: «Bolero – həyatdır». Mən onunla razı idim, ancaq indiyə kimi bunu yazmağa cürət 

etməmişdim. O, qapını itələyib, otağa girdi və dərhal da qayıtdı. «Hələ də yatır, – qadın dedi. – Bədəni 

istədiyi qədər doyunca yatmasına imkan versən, yaxşı olar, sənin gecən onunkundan uzundur». Mən 

çaşqınlıq içində idim: «Səncə, bəs mən nə etməliyəm?» «Özün bilərsən, – onun halını pozmaması 

yerinə düşmürdü, – elə ona görə də müdriksən». Rosa dönərək, məni dəhşət içində tək qoydu. 

   Qaçmağa yer yoxdu. Mən otağa girdim ürəyim az qalırdı sinəmdən çıxsın və qızı anadangəlmə çılpaq 

vəziyyətdə iri, yad çarpayıda məsumcasına yatan gördüm. O, böyrü üstə üzü qapıya uzanmışdı, üstdən 

düşən gur işıq onda gizlin bir yer qoymamışdı. Mən çarpayının qırağında oturub, bütün beş 

hissiyyatımla gördüklərimi canıma hopduraraq, heyranlıqla ona tamaşa eləyirdim. Onun qarabuğdayı 

bədənindən hərarət yağırdı. Görünür, onu hazırlamışdılar, başından qasığındakı narın tüklərə qədər 

yuyub, bəzək-düzək vurmuşdular. Saçlarını burmuşdular, əl və ayaq dırnaqlarına öz təbii rəngində lak 

çəkmişdilər, ancaq mis rənginə çalan dərisi cod idi və qulluq görməmişdi. Yenicə çıxan döşləri hələ 

oğlan döşlərinə oxşayırdı, di gəl onlarda fışqırmağa hazır gizli enerji hiss olunurdu. Yəqin, yerə 

yüngülcə basdığı, əllərindəki kimi uzun, hissiyyatlı barmaqları olan ayaqları hər tərəfdən qəşəng idi. 

Hətta işləyən ventilyatorun altında belə, bütün bədənində tər damcıları parıldayırdı, gecəyə yaxın isti 

lap dözülməz olmuşdu. Qoyma kirpikləri, sürməli qaş-gözü və şokolad rəngində bolluca boya yaxılmış 

dodaqları ilə ənlikli sifətini qalın düyü pudrasının altından təsəvvür etmək mümkün deyildi. Ancaq nə 

paltar, nə kosmetika onun xarakterini gizlədə bilər: düzgün quruluşlu burun, çatmaqaş, qəşəng ağız. 



Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə