8
Protokol ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrində
çalışan kardioloq, ailə həkimi, terapevt, diyetoloq, psixoloq və digər
aidiyyəti mütəxəssislər üçün nəzərdə tutulub.
Pasiyent qrupu: bütün əhali, o cümlədən kardiovaskulyar risk
qrupuna daxil olan şəxslər.
Protokol ürək-damar xəstəlikləri səbəbindən baş verən ölüm
hallarının azaldılması və əhalinin həyat keyfiyyətinin artırılması üçün
aparılan
ürək-damar
xəstəliklərinin
və
onların
müxtəlif
ağırlaşmalarının profilaktikası üzrə sübutlu təbabətə əsaslanan
müasir metodoloji tövsiyələrin verilməsi məqsədini daşıyır.
XBT-10 ÜZRƏ TƏSNİFAT
Z00
Müəyyən edilmiş diaqnozu və şikayəti olmayan şəxslərin
ümumi baxışı və müayinəsi
Çıxarılıb: inzibati məqsədlərlə tibbi müayinə (Z02.–)
xüsusi skrininq müayinəsi (Z11–Z13)
Z00.0 Ümumi tibbi baxış
Sağlamlığın ƏGO yoxlanması
Dövri baxış (illik) (fizikal)
Çıxarılıb: sağlamlığın ümumi yoxlanması:
əhalinin müəyyən qruplarının (Z10.–)
südəmər və erkən yaşlı uşaqların (Z00.1)
Z03.4 Miokard infarktına şübhə olduqda müşahidə
Z03.5 Ürək-damar sisteminin digər xəstəliklərinə şübhə olduqda
müşahidə
Z10
Müəyyən əhali qruplarının sağlamlığının ümumi rutin
yoxlanması
Çıxarılıb: inzibati məqsədlərlə tibbi müayinə (Z02. –)
Z10.8 Digər müəyyən əhali qruplarının sağlamlığının cari
ümumi yoxlanışı
Məktəblilər
Tələbələr
Z82.3 Ailə anamnezində insult
I60–I64 rubrikalarında təsnif olunan hallar
Z82.4 Ailə anamnezində ürəyin işemik xəstəliyi və ürək-damar
sisteminin digər xəstəlikləri
I00–I52, I65–I99 rubrikalarında təsnif olunan hallar
Klinik
protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
9
ÜMUMİ MÜDDƏALAR
Aterosklerotik mənşəli ÜDX, xüsusən ÜİX, bütün dünyada erkən
yaşda ölümlərin əsas səbəbi olan xronik xəstəliklərdir. ÜDX əhali
arasında əlilliyin və əmək qabiliyyətinin itirilməsinin aparıcı
səbəbidir
1
. ÜDX-nin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə,
qidalanma, fiziki aktivlik, eləcə də psixo-sosial amillərlə sıx
əlaqəlidir
178
.
ÜDX-nin profilaktikası onun təsirinin və ya ÜDX ilə əlaqəli
əlilliyin aradan qaldırılmasına və ya azaldılmasına yönəldilmiş
ictimai və
ya fərdi səviyyədə
həyata keçirilən tədbirlər
kompleksindən ibarətdir. ÜİX səbəbindən baş verən ölüm hallarının
azalmasının 50%-i risk faktorlarına təsir etməklə, 40%-i isə
müalicənin yaxşılaşdırılması ilə əldə edilir, bu da profilaktikanın
effektiv olmasından xəbər verir
56
.
ÜDX-nin profilaktikası ideal şəkildə hələ antenatal inkişaf
dövründə başlayır və həyat boyu davam edir.
Ənənəvi olaraq ÜDX-nin profilaktikası birincili və ikinciliyə
bölünür.
Birincili profilaktikaya dair iki yanaşma strategiyası mövcuddur:
bütün əhaliyə yönəldilmiş strategiya və yüksək risk strategiyası
134
.
Bütün əhaliyə yönəldilmiş strategiya həyat tərzinin dəyişdirilməsi və
ətraf mühitin yaxşılaşdırılması (məsələn, tütünçəkmənin qadağan
edilməsi və qida vasitəsi ilə duzun qəbulunun azaldılması) kimi
tədbirlər vasitəsi ilə ÜDX-nin əhali səviyyəsində azaldılmasına
istiqamətlənir.
Yüksək risk strategiyası isə profilaktik tədbirləri ÜDX-si
olmayan və eyni zamanda çox yüksək risk qrupuna aid olan
insanlarda (məsələn, bir neçə risk amillərinin birləşməsi hallarında:
tütünçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet və ya
dislipidemiya) risk amillərinin azaldılmasına istiqamətləndirilir.
İkincili profilaktika artıq ÜDX diaqnozu qoyulmuş insanlarda
aparılır
134
.
Ümumiyyətlə, ÜDX-nin profilaktikasının bünövrəsi sağlam həyat
tərzindən, ənənəvi risk amillərinin təsirinin azaldılmasından, eləcə də
kardioprotektor terapiyasının seçilmiş şəkildə tətbiq edilməsindən
ibarətdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
ANLAYIŞLAR
ÜDX riski bu və ya digər RA-nın kombinasiyasının
ümumiləşdirilmiş göstəricisidir ki, ölümcül və qeyri-ölümcül ürək-
damar fəsadlarının proqnozlaşdırılmış yaranma riskinin dərəcəsini
faizlə ifadə edir.
Ümumi risk insanda aterosklerotik genezli ölümcül ürək-damar
hadisəsinin müəyyən dövr ərzində baş verməsinin faizlə ifadə
edilmiş ehtimal dərəcəsidir. Məsələn, 10 il ərzində 15% mütləq risk
həmin şəxsin yaxın 10 il ərzində aterosklerotik genezli ÜDX-dən
vəfat etməsi ehtimalının 15% olmasını ifadə edir. ÜİX-nin klinik
əlamətləri olmayan insanlarda ÜDX-nin əmələ gəlməsinin ümumi
riskinin qiymətləndirilməsi məqsədi ilə SCORE (Systemic CОronary
Risk Evaluation - koronar riskin sistemli qiymətləndirilməsi)
şkalasından istifadə olunur. Həmin şkala 10 il ərzində aterosklerozla
bağlı ölüm hallarının baş verməsi riskini müəyyən etməyə imkan
verir.
Nisbi risk insan həyatının ayrıca bir dövründə ÜDX-nin əmələ
gəlməsi ehtimalı dərəcəsini ifadə edir. Nisbi risk, adətən, risk
amil(lər)i təsiri altında olan əhali arasında baş vermiş ÜDX hallarının
risk amil(lər)i təsiri altında olmayan oxşar əhali arasında olan ÜDX
hallarına nisbəti kimi hesablanır. Beləliklə nisbi risk, məsələn,
tütünçəkmə kimi risk amilinin mövcudluğu xəstəliyin baş verməsi
ehtimalının necə artırdığını göstərir.
SCORE şkalası 10 il müddətində ÜDX-dən ölüm riskinin
qiymətləndirilməsi üçün işlənib hazırlanmışdır. Yüksək ÜDX riski
və aşağı ÜDX riski olan ölkələr üçün SCORE şkalasının iki
modifikasiyası
mövcuddur.
SCORE
şkalasının
müəllifləri
Azərbaycanı yüksək risk olan ölkələrə aid etdikləri üçün hazırkı
protokolda məhz yüksək risklə qarşılaşan ölkələr üçün nəzərdə
tutulan şkala verilmişdir. SCORE şkalası tək ÜİX səbəbindən deyil,
eləcə də Mİ və ya aorta anevrizmasının parçalanması kimi
aterosklerozun bütün ölümcül fəsadlarının risklərini qiymətləndirir.
SCORE şkalası ölümcül və ya qeyri-ölümcül fəsadların əmələ
gəlməsi riskini deyil, məhz ÜDX səbəbindən ölüm riskini
qiymətləndirir (B)
37
. Şkalada cins, yaş, tütünçəkmə, SAT və ÜXS-nin
səviyyələri nəzərə alınır. SCORE şkalası ümumi riskin müəyyən
edilməsinin tam dolğun aləti deyil, çünki bu şkalada bütün mümkün
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.