Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   2   3   4   5   6   7   8   9   ...   28

11

olan  risk  amilləri  (məsələn,  XS-YSLP,  şəkər,  artıq  bədən  çəkisi, 

abdominal piylənmə) nəzərə alınmır.

Adətən,  kişilər  arasında  ölümcül+qeyri-ölümcül  hadisələr  riski 

yalnız  ölümcül  hadisə riskindən  3  dəfə yüksək olur (B)

56

.  Yəni 



SCORE  şkalasına  görə 5%-li  ölümcül  hadisə riski  15%-li 

ölümcül+qeyri-ölümcül  hadisələr  riskinə uyğundur.  Ölümcül+qeyri-

ölümcül hadisələr riskinin hesablanma əmsalı qadınlar arasında bir qədər 

yüksək (4-ə bərabərdir), yaşlı insanlar arasında isə bir qədər aşağıdır.



Risk amillərinin azaldılmasına dair tövsiyələr:

► ÜDX təzahürləri olmayan böyüklər üçün bir neçə risk faktorunun 

nəzərə

alınması  ilə



(məsələn,  SCORE)  ümumi  riskin 

qiymətləndirilməsi tövsiyə olunur (C)

104

► Yüksək  risk  aşağıdakı  hallarda  təyin  edilə bilər:  təsdiq  edilmiş 



ÜDX, ŞD, böyrəklərin xronik xəstəliklərinin orta ağır və ya ağır 

forması,  fərdi  risk  faktorlarının  yüksək  göstəriciləri  və ya 

SCORE şkalası üzrə yüksək riski olan xəstələrdə (C)

67,104


ÜDX riskinin qiymətləndirilməsi

ÜDX-nin  ümumi  riskinin  hesablanması  bütün  kateqoriyalardan 

olan xəstələrin aparılmasında əsas üsullardan biridir. SCORE şkalası 

kimi  riskin  proqnozlaşdırılması  sistemi  ən  optimal  qərarlar  qəbul 

etməyə, yarımçıq müalicənin və ya dərmanların həddindən artıq təyin 

edilməsinin qarşısının alınmasına yardım edir.

İnsanların əksəriyyəti riskin vaxtında müəyyən edilməsi üçün ən 

azı 2 ildə bir dəfə həkimə müraciət etməlidir.

Bir  qayda  olaraq,  ümumi  riskin  qiymətləndirilməsi  həkimin 

konsultasiyası zamanı aşağıdakı hallarda aparılır:

► şəxs bunu istədiyi zaman

► tütünçəkmə,  artıq  bədən  çəkisi və ya  hiperlipidemiya  kimi  risk 

amillərinin biri və ya bir neçəsi mövcud olduğu halda

► ailə anamnezində erkən  ÜDX  və hiperlipidemiya  kimi  əsas  risk 

amilləri mövcud olduğu halda

► ümumiyyətlə,  yaşı  40-dan  yuxarı  olan  kişilərdə və yaşı  50-dən 

yuxarı  olan  və ya  menapauzada olan qadınlarda  (lipid  profilin 

müəyyən edilməsi də daxil olmaqla)

► ÜDX-nin simptomları olduğu halda

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




12

Praktik  sağlam  insanlarda ÜDX  səbəbindən  ölüm  təhlükəsi 

riski risk amillərinin toplam təsiri ilə müəyyən edilir. Ümumi risk bu 

halda  SCORE  şkalası  vasitəsi  ilə qiymətləndirilir.  SCORE 

qiymətləndirmə şkalası  aterosklerotik  mənşəli  (Mİ,  insult,  aortanın 

anevrizması  və s.)  ölüm  hadisəsinin  baş  verməsinin  10  illik  ümumi 

riskini  qiymətləndirir.  SCORE  şkalası  təsdiqlənmiş  aterosklerotik 

genezli ÜDX, I və II tip ŞD, XBX və ayrı-ayrı RA-nın səviyyəsi çox 

yüksək  olan  şəxslərə aid  edilmir,  çünki  bu  insanlarda  ümumi  risk 

ilkin  olaraq  çox  yüksəkdir  və ya  yüksək  hesab  edilir  və müvafiq 

olaraq  intensiv  korreksiya  tələb  olunur.  SCORE  şkalası  Şəkil  1-də

verilmişdir.

SCORE şkalası aşağıdakı parametrləri əks etdirir:

► yaş

► ümumi xolesterin



► SAT

► cins


► tütünçəkmə amili

SCORE  şkalası  iki  hissədən  ibarətdir:  sol  tərəfi  qadınlar,  sağ 

tərəfi  isə kişilərə aiddir.  Hər  iki  tərəfdə tütün  çəkənlər  və

çəkməyənlər  üçün  sütunlar  var. Sütunlar  müvafiq  yaşlara  uyğun 

olaraq 5 sektordan ibarətdir (aşağıdan yuxarıya: 40, 50, 55, 60 və 65 

yaş). Hər  sektorun  üfüqi  sıraları  SAT-nin,  şaquli  sütunlar  isə ÜXS-

nin  qanda  müvafiq  səviyyəsinə uyğundur.  Xətt  ilə sütunun 

kəsişməsində olan xanada göstərilən rəqəm ÜDX-dən 10 illik ümumi 

ölüm riskinə uyğundur. 1%-dən aşağı olan risk – aşağı, 1-5% – orta, 

5-10% – yüksək,  10%-dən  yuxarı  – çox  yüksək  hesab  edilir.  SCORE 

şkalası eyni zamanda riskin dərəcələrinin rənglə seçilməsini də təklif edir.

SCORE şkalasından istifadə qaydası

Praktik misal: kişi, 54 yaşında, siqaret çəkir, sistolik AT 140 mm 

c.s.,  ÜXS  4  mmol/l.  ÜDX-dən  10  illik  ümumi  ölüm  riskinin 

qiymətləndirilməsi  üçün  cədvəldə  pasiyentin  yaşına,  cinsinə  və 

tütünçəkmə  amilinə  uyğun  sektoru  tapmaq  lazımdır.  Həmin  sektor 

daxilində üfüqi olaraq onda SAT-yə, şaquli olaraq isə ÜXS-yə uyğun 

olan  xananı  tapmaq  lazımdır.  Həmin  xanada  olan  rəqəm  bu  şəxsin 

yaxın  10  il  ərzində ÜDX-dən  ümumi  ölüm  riski  dərəcəsinin  faiz 

göstəricisidir.  Qeyd  olunan  misalda  bu  rəqəm  3-ə bərabərdir. 

Beləliklə sözü  gedən  şəxsin  yaxın  10  il  ərzində ÜDX-dən  ölməsi 

ehtimalı  3%  təşkil  edir.  ÜDX-nin  əmələ gəlməsi  ehtimalı  isə

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




13

dəfələrlə yüksək  ola  bilər:  ölümcül  hadisə riskinin  ölümcül+qeyri-

ölümcül  ürək-damar  hadisələri  riskinə çevrilməsi  üçün  SCORE 

şkalasına görə 3-ə (qadınlarda isə 4-ə) vurulmalıdır.



Şəkil 1. SCORE şkalası

Gənc  yaşlarda,  hətta  çox  saylı  RA  mövcud  olan  hallarda,  yaxın 

10  il  ərzində  ÜDX-dən  ümumi  ölüm  riskinin  çox  aşağı  olması  çox 

yüksək nisbi riski gizlədə və bununla həm həkimi, həm də pasiyenti 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə