Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

27 


 

günlərə,  müxtəlif  ədəbi  simaların  yaradıcılığına  həsr  oluna 

bilər. 

Səhərciklərin  hazırlanması  və  keçirilməsində  çoxlu 



oxucu  kütləsi  iştirak  edir,  hazırlıq  dövründə  onlar  öz  mütaliə 

mədəniyyətlərini  yüksəldir.  Hətta  mütaliə  həvəsi  olmayan 

şagirdlər də işə cəlb olunurlar. Məsələn, S.Vurğunun həyat və 

yaradıcılığına həsr olunmuş səhərcikdə kiçik məktəblilər üçün 

şeir parçası seçilir. Ədibin həyat və yaradıcılığına həsr olunmuş 

sərgi tərtib olunur.  

Belə  tədbirlərin  təşkili  şagirdlər  arasında  kitabı  təbliğ 

etmək,  proqram  materialını  hərtərəfli  zənginləşdirmək, 

möhkəmləndirmək,  şagirdlərə  yeni  bilik,  bacarıq  və  vərdişlər 

aşılamaq məqsədi daşıyır. 

Səhərciklərin  səmərəliliyi  onun  hazırlığından  asılıdır. 

Mövzu  müəyyənləşdikdən  sonra  səhərciyə  hazırlıq  ən  azı  20-

30  gün  çəkir  ki,  geniş  oxucu  kütləsi  məlumatlı  olur  və 

müəyyən  işlər  (kitab  sərgiləri,  plakatlar,  rəsmlər,  albomlar, 

bülletenlər və divar qəzetləri, annotasiya və rəylər) görülür. Bu 

məqsədə nail olmaq üçün qabaqcıl kitabxanalarda bir ay qabaq 

elan verilir, iş bölgüsü aparılır. Məsələn, aşağıdakı məzmunda 

elan yazılır: 



 

Uşaqların nəzərinə! 

 

Yanvar  ayının  axırında  Səməd  Vurğunun  anadan 

olmasının  105  illiyi  ilə  əlaqədar  olaraq  onun  yaradıcılığına 

dair  səhərcik  keçiriləcəkdir.  Kitabxanada  bu  barədə  geniş 

yaradıcılıq  işləri  aparılır.  Səhərciyə  hazırlaşmağa  tələsin! 

Səhərcikdə  çıxış  etmək  istəyənlər  kitabxana  ilə  əlaqə 

saxlasınlar. 

 

Kitabxanaçı həvəskar oxucularla iş bölgüsü – deklamasi-

yalar,  şeirlər,  musiqi  nömrələri  və  s.  təşkil  edir.  Səhərcik 



 

28 


 

keçirilən  zaman  rəsmlər,  rəylər,  annostasiyalar  və  şagirdlərin 

digər əl işlərindən ibarət sərginin tərtib olunması yaxşı olardı. 

Kiçik  məktəblilər  üçün  təşkil  olunan  bu  tədbirlərin 

proqramı  böyük  olmamalı,  bir  saatlıq  vaxt  üçün  nəzərdə 

tutulmalıdır.  Proqramın  rəngarəng  olması  -  bədii  qiraət  və 

deklamasiyalar  (latınca  –  declamatio  -  gözəl  danışmağa  nail 

olmaq, şeir və ya nəsr əsərlərini bədii söyləmə məharəti), nağıl 

etmələr, diafilm  nümayiş etdirmək və s. şagirdlərin diqqətinin 

mərkəzləşməsinə və davamlılığına kömək edir. 

Səhərciyin  proqramı  mövzudan  asılı  olaraq  müxtəlif  cür 

qurula bilər. 

Adətən onun proqramı aşağıdakı quruluşa malik olur: 

1.Giriş sözü;  

2.Bədii hissə;  

3.Ədəbi oyunlar və viktorinalar. 

IX-XI  sinif  sagirdlərinin  söylədiyi  giriş  sözü  5-6 

dəqiqədən  artıq  vaxt  aparmamalıdır.  Giriş  sözündə  səhərciyin 

mövzusu  və  tədbir  iştirakçıları  haqqında  məlumat  öz  əksini 

tapır. 


Bədii  hissədə  şagirdlər  fəal  iştirak  edir,  onlar  şeirlər 

deyir,  səhnələşdirilmiş  təmsil  tamaşası  göstərir,  hekayələr 

oxuyurlar. 

Səhərciklərə  valideynlər,  müəllimlər  və  başqa  şəxslərin 

dəvət  olunması  şagirdlərin  məsuliyyətini  və  fəallığını  artırır. 

Görüşlər  şagirdlər  üçün  əsl  mədəniyyət,  kitab,  mütaliə 

bayramına çevrilir. 

Səhərciklərin  səmərəliliyini  artırmaq,  geniş  oxucu  cəlb 

etmək  üçün  oraya  ədəbi  oyunların  cəlb  edilməsinin  didaktik 

və tərbiyəvi rolu böyükdür. Belə oyunlar tədbiri canlandırır və 

gənc  oxucuları  düşündürür,  məşğul  edir  və  bu  yolla  da  daha 

çox  kitab  mütaliə  etməyə,  daha  çox  atalar  sözü,  tapmacalar, 

bayatılar,  qosmalar  və  s.  öyrənib  onları  belə  mərasimlərdə 

nümayiş etdirməyə həvəs oyadır. 




 

29 


 

Təcrübə  göstərir ki,  kiçik  yaşlı şagirdlər rəngarəng bədii 

oyunlarda ciddi fəallıq göstərirlər. Oyunlar rəngarəng ola bilər. 

Bəzi nümunələr qeyd edək:  

1) Müəllif kimdir?” Bir sıra sagirdlərə məşhur kitablar-

dan parçalar  yazılmış kartoçkalar paylanır. Hər kəs öz növbə-

sində  kartoçkanı  oxuyur  və  parçanın  hansı  əsərlərdən  götürül-

düyünü tapırlar.  

2)  Bədii  qəhrəmanların  foto-şəkilləri  üzərində  müsahibə 

aparılır.  Ya  qəhrəman  təsvir  edilir,  ya  da  onun  haqqında 

əsərdən parçalar oxunur. Şagirdlər qəhrəmanları tapıb haqqında 

bildiklərini danışırlar. 

3)  Bu  sözləri  kim  demişdir?  (Əsərlərdən  parçalar  və  ya 

monoloqlar oxunur).  

4)  Hər  hansı  bir  müəllifin  əsər  və  qəhrəmanlarını  kim 

sadalayar? 

5)  Davamını  sən  de.  Dialoq  üzrə  hər  hansı  bir  şeir  və 

deyişmələrin,  hekayə  və  nağılların  ifadə  olunması  və  ardının 

oxucu tərəfindən davam etdirilməsidir. 

6)  Verilmiş  hikmətli  sözlərin,  aforizmlərin  müəllifi 

kimdir? 

7)  Kartoqram  -  hər  hansı  bir  şeirdən  bir  və  ya  bir  neçə 

beyt  yazılır.  Şeirin  buraxılmış  (əvvəli  və  ya  axırı)  beytləri 

iştirakçılar tərəfindən tamamlanır. İlk növbədə şeir başlığı (adı) 

kimə  düşmüşdürsə  o,  oxuyur.  O  səxs  oyundan  çıxır  ki,  şeirin 

buraxılmış beytlərini deyə bilmir. 

8)  İmprovizasiya.  Oyunun  rəhbəri  müəyyən  edilmiş 

mövzu  ilə  əlaqədar  hekayə  və  şeir  söyləməyə  başlayır.  Hər 

növbəti oyunçu onu davam etdirir. 

Orta yaşlı şagirdlər üçün ədəbi oyunlar müxtəlif mövzu-

lara aid böyük tədbirlərin keçirilməsində daha çox istifadə olu-

nur:  Kitablar  aləminə  səyahət,  doğma  ölkəmizə  səyahət  və  s. 

Belə  oyunların  keçirilməsi  üçün  geniş  hazırlıq  aparılır,  əsər-

lərin siyahısı verilir, onun keçirilmə vaxtı elan edilir, məqsədi 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə