Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   2   3   4   5   6   7   8   9   ...   19

 

15 


 

suallar verilir. 5-10 dəqiqəlik son sözdə kitabın əhəmiyyətindən 

bir  daha  danışılır,  kitabın  qiyməti,  haradan  almağın  mümkün-

lüyü  haqqında  məlumat  verilir.  Mərasimdə  müəllifin  iştirak 

etməsi  daha  yaxşı  olar,  çünki  ortaya  çıxan  bir  çox  sualları 

yalnız o cavablandıra bilər. 

Tədbirdən  əvvəl  elan  hazırlanmalıdır.  Elanda  kitabın 

müəllifi və annotasiyası yazılmalı, oxucuların rəylərini yazmaq 

üçün  “hesabat  üçün  cədvəl”  paylanmalıdır.  Bundan  başqa 

imkan daxilində kitab haqqında buklet və dəvətnamələr hazır-

lamaq  olar.  Müəllif  və  kitab  haqqında  qısa  məlumat,  tədbirin 

keçirilmə yeri və vaxtı göstərilmiş dəvətnamələr əlaqədar təşki-

latlara göndərilməlidir. 

Təbliğatın şifahi formalarından biri də  охucu kоnfrans-



larıdır.  

Konfrans  (latınca  conferentia-müzakirə)  bir  qrup  elmi, 

ictimai  tədris,  müəssisə  və  təşkilatların,  həmçini  dövlətlərin, 

qurumların  nümayəndələrinin  müəyyən  əhəmiyyətli,  xüsusi 

məsələlərin 

müzakirəsi 

üçün 


toplanmış 

yığıncaqdır. 

Konfranslar məzmun və məqsədinə görə 3 növ olur: 1)məsləhət 

konfransları; 2) Tematik konfranslar; 3) Hesabat konfransları. 



Məsləhət  konfransların  məqsədi  nəzərdə  tutulan  elmi-

siyasi, bədii və s. ədəbiyyatın mütaliəsinə alışdırmaqdır. Bunun 

üçün  konfransda  oxuculara  məqsədəuyğun  kitabların  mütaliə 

edilməsi,  mütaliə  mədəniyyəti  və  qaydaları  haqqında 

məsləhətlər verilir. 

Tematik  konfranslar  hər  hansı  müasir  siyasi,  elmi, 

tərbiyəvi problemlərə həsr edilir. Konfrans bir kitaba, hər hansı 

bir müəllifin yaradıcılığına, yaxud mövzu və ideyaca bağlı olan 

bir  neçə  müəllifin  kitablarına  və  s.  tərbiyəvi  məsələ  və 

problemlərə  həsr  edilə  bilər.  Tematik  konfranslar  məzmunca 

aşağıdakı  növlərə  bölünür:  a)elmi-praktik  konfranslar;  b)elmi-

nəzəri konfranslar; v)elmi-metodik konfranslar. 



 

16 


 

Elmi-praktik  konfranslarda  elmi  və  publisistik  kitablar, 

görkəmli  elm  və  mədəniyyət  xadimlərinin  həyat  və 

yaradıcılıqları  müzakirə  edilir.  Müzakirədə  aktual  problemlər 

və  məsələlər  praktiki  işlərlə  əlaqələndirilir.  Yəni  müzakirə 

prosesində  həm  elmi,  həm  də  praktiki  işlər  müqayisə  edilir, 

tənqidi yanaşılır, nöqsanlar, çatışmazlıqlar aşkar edilir. 



Elmi-nəzəri  konfranslarda  oxucular  mütaliə  prosesində 

müəyyən  praktik  biliklərə  yiyələnməklə  bərabər,  əsərlərə  öz 

münasibətlərini  bildirir,  müəyyən  nəzəri  problem  və 

məsələlərlə bağlı təklif və arzularını söyləyirlər. 



Elmi-metodik  konfransların  məzmunu  və  forması 

məsləhət  konfranslarını  xatırladır.  Konfransda  iştirak  edənlər 

öz  iş  üsullarından  danışırlar.  Belə  konfranslar  qabaqcıl 

təcrübənin  yayılmasında,  gənc  nəslin  təlim-tərbiyəsində 

mühüm rol oynayır. 

Tematik  konfranslar  digər  konfranslarla  müqayisədə 

əhatəlidir  və  onların  təşkili  və  keçirilməsi  də  gərgin  iş  tələb 

edir. 

Hesabat  konfransları  yarım  ildə,  rüblərin  axırında,  ilin 

sonunda  keçirilir.  Bu  konfranslarda  oxucular  oxuduqları 

kitablar,  əldə  etdikləri  bilik,  bacarıq  və  vərdişlər,  onların 

faydası və s. haqqında çıxışlar edirlər. Kitabxanaçı oxucuların 

mütaliəsinin  vəziyyətini  öyrənir,  konfransı  yekunlaşdırır, 

qüsurları  qeyd  edir,  oxuculara  məsləhətlər  verir  və  nəhayət, 

gələcəkdə  oxucu  mütaliəsinə  necə  rəhbərlik  etmək  üçün 

müəyyən nəticələr çıxarır. 

Kitabхanaçı  охucu  kоnfransının  keçirildiyi  mühit  və 

şəraiti,  çıxış  edənləri,  qonaqların  fəaliyyətini  və  görüləcək 

işləri  qabaqcadan  nəzərə  almalıdır.  Konfransın  mövzusu 

mənəvi tərbiyənin maraqlı və aktual sahələrini əhatə etməlidir. 

Konfransın  gedişində  mənəvi  tərbiyə  məsələlərini  əks  etdirən 

ayrı-ayrı  əsərlərə  istinad  edilməli,  maraqlı  fakt  və  material-

lardan  nümunələr  gətirilməlidir.  Kitabxanaçı  konfransın 



 

17 


 

keçirilməsi  üçün  qabaqcadan  ayrıca  plan  tərtib  еtməlidir.  О, 

planda  kеçiriləcək  tədbirin  adını,  giriş  sözü  və  еləcə  də  çıхış 

еdəcək  başqa  şəхslərin  adlarını  göstərməlidir.  Konfransın 

mövzusundan  asılı  olaraq  mühazirə  və  söhbət,  sərgi,  tövsiyə 

siyahıları,  kitabxana  plakatları,  bülletenlər  və  ya  divar 

qəzetləri,  bədii  və  sənədli  filmlərin  nümayişi,  konfransın 

mövzusu  üzrə  ekskursiya  və  başqa  tədbirlər  də  nəzərdə  tutula 

bilər.  Tədbirdən  əvvəl  elan  hazırlanmalı,  dəvətnamələr  yazıl-

malıdır. 

Kitabxanaçı  oxucularla  fərdi  iş  prosesində  konfransda 

çıxış etmək istəyənləri müəyyənləşdirməli, kimin hansı məsələ 

ətrafında  çıxış  edəcəyini  öyrənməli,  onlara  lazımi  məsləhətlər 

verməlidir.  Bütün  bunlarla  yanaşı  tədbirin  harada  və  nə  vaхt 

keçiriləcəyi  də  qеyd  еdilməlidir.  Kitabxanaçı  ilk  növbədə 

aktual  mövzuları,  günün  tələblərindən  irəli  gələn  məsələləri 

nəzərdən  qaçırmamalıdır.  Kоnfransın  mövzusu  üzrə  fоndda 

оlan  kitabların  bir  nеçəsini  sеçib  ayırmalı  və  məruzəçiyə 

hazırlaşmaq  üçün  həmin  kitabları  tövsiyə  еtməlidir.  Kitabхa-

naçı  kоnfransda  çıxış  еdəcək  hər  bir  oxucunu  kitabla  təmin 

еtməli  və  onların  çıхışa  hazır  оlub-оlmadığını  müəyyənləş-

dirməlidir. Yalnız bundan sоnra kоnfransı keçirmək üçün vaхtı 

təyin еdib еlan yazmaq оlar. 

Konfrans  - onun məqsədi və keçirilmə qaydası haqqında 

giriş  sözündən,  mövzu  ətrafında  kiçik  məruzədən,  oxucuların 

çıxışından  və  rəhbərin  son  sözündən  ibarətdir.  Konfransın 

müvəffəqiyyəti bir çox cəhətdən onun rəhbərindən, yəni möv-

zunu  dərindən  bilməsindən,  giriş  sözünu  məharətlə  qurmasın-

dan, tədbirin əhəmiyyətini müəyyən etməsindən, müzakirə edi-

lən problemə həvəs oyatmasından, ən mühüm məsələlərin qo-

yulmasını təşkil etməsindən asılıdır. Son sözdə konfransın rəh-

bəri müzakirəyə yekun vurur. 

Kоnfransın  maraqlı  keçirilməsi  üçün  ziyalıları  işə  cəlb 

еtmək  çox  vacibdir.  Əlbəttə,  kitabхanaçı  təşkil  еtdiyi  hər  bir 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə