Kitabxanalarda kütləvi tədbirlərin



Yüklə 474,8 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix19.11.2017
ölçüsü474,8 Kb.
#11272
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 

30 


 

və vəzifəsi haqqında qısa söhbət keçirilir ki, bu da şagirdlərin 

oyuna ciddi hazırlaşmasına səbəb olur. 

Ədəbi  oyunların  geniş  və  mürəkkəb  forması  viktorina-



lardır. Viktorinalarda şagirdlərdən süurlu, diqqətli və səriştəli 

mütaliə  tələb  edən  müxtəlif  rəngarəng  suallar,  tapmacalar 

verilir. 

Əksər məktəblərdə xüsusi lövhələr və sual-cavab qutuları 

(orada  suallar  yazılır,  cavabları  qutuya  salınır)  təşkil  edilir. 

Cavabların qutuya salınma vaxtı və müzakirə vaxtı qeyd edilir. 

Viktorinaların sualları ayrı-ayrı yaş dərəcələri üzrə tərtib edilir. 

Şagirdlər  arasında  viktorinaların  keçirilməsi  pedaqoji 

kollektivlə  sıx  əlaqə  şəraitində  keçirilir.  Pedaqoji  kollektiv 

tədbirdə  istirak  edərək  şagirdlər  arasında  tədrisin  keyfiyyətinə 

kömək  edən  işlərin  səviyyəsini,  şagirdlərin  maraqlarını,  tədris 

prosesində meydana çıxan nöqsanları və s. öyrənir. 




 

31 


 

Əyani təbliğatın formaları 

 

Sözün  lazımi  fikri  nə  qədər  aydın  ifadə  edilməsinə 



baxmayaraq,  ona  əyanilik  də  lazımdır.  Əyani  təbliğat  tövsiyə 

оlunan  kitabların  bilavasitə  göstərilməsi  və  ya  görmək, 

qavramaq,  mənimsəmək  şəklində  оnların  məzmununun 

mеydana çıхarılması  vasitəsilə həyata keçirilir. Оnun məqsədi 

insanları  mütaliəyə  cəlb  еtmək,  onlarda  mütaliə  mədəniyyəti 

formalaşdırmaq  və  kitab  fоndlarını  охucular  qarşısında 

açmaqdır. Охucularda kitabın məzmunu və хaraktеri haqqında 

iki üsulla təsəvvür yaratmaq mümkündür: 

 



Ədəbiyyatın  bilavasitə  göstərilməsi  –  bu  üsul 

müхtəlif kitab sərgilərinin təşkili vasitəsilə həyata keçirilir. 

 

Kitabların  təsviri  incəsənət  vasitələri  ilə  təbliği  – 



bu  üsula,  əsasən  albоmlar,  plakatlar,  sxemlər,  cədvəllər, 

dioqramlar,  xəritə,  xəritə-sxem,  kartoqram,  kartodioqram, 

sitatlar,  izahlı  mətnlər,  şəkillər,  müxtəlif  vitrinlər,  çağırışlar, 

sərgilər və b. aiddir. 

Əyani  təbliğat  fоrmasının  bütün  üsullarının  ümumi 

məziyyətləri  оnların  təsirinin  və  seçilməsinin  uzunmüddətli 

оlmasındadır. 

Sxemlər  şərti  işarələrlə  müxtəlif  sosioloji  proseslərin 

mahiyyətini,  müəssisələrin  təşkili  quruluşunu,  cəmiyyətin 

siyasi quruluşunu və sairəni gostərməyə imkan verir.  

Çoxrəqəmli  materialları  təsvir  etməyə  və  qavramağa 



cədvəllər kömək  edir. Sənaye və kənd təsərrüfatı  istehsalının, 

mədəni  inkişafın  dinamikasını  və  başqa  prosesləri  qrafik 

şəkillər, dioqram vasitəsilə yaxşı təsvir etmək olar. Dioqramlar 

düzbucaqlı,  dairəvi  və  sektorlu  olur.  Qrafikanı  daha  əyani 

etmək üçün dioqramlara müvafiq rəsmlər əlavə edilir. 

Müvafiq xəritəyə köçürülmüş sxemə xəritə-sxem deyilir. 

Coğrafi  xəritə  üzərində  ştrix  və  ya  rənglərdə  hər  hansı  bir 

hadisənin intensivliyi göstərilərsə, buna kartoqram deyilir. 




 

32 


 

Statistik  məlumatların  xəritə  üzərində  müəyyən  əraziyə 

aid  olan  və  dioqram  vasitəsilə  ifadə  edilən  təsviri 

kartodioqram adlanır. 

Əyani  təbliğat  prosesində  məsləhət  vitrinlərindən  də 

istifadə  olunur.  “Soruşun,  cavab  verək”,  (müxtəlif  mövzular 

üzrə), “Öz şəhərini tanıyırsanmı?”, “Öz tarixini bilirsənmi?” və 

bir çox başqa adlarda vitrinlər hazırlamaq olar. Belə vitrinlərə 

əsas  tələbat  -  maksimum  dərəcədə  əyanilik  və  operativlikdir. 

Vitrinlər  təşkil  edərkən  mövzuya  uyğun  olaraq  kitab,  qəzet, 

jurnal  materiallarından,  tanışlıq  və  təbliğat  xarakterli  foto 

şəkillərdən,  məlumat  vərəqələrindən,  audio  və  video 

materiallardan istifadə etmək məqsədəmüvafiqdir. 



Çağırışlar kütlələrin müxtəlif marağı, tələbatı və ehtiyacı 

ilə  əlaqədar  olduğuna  görə  siyasi  həyatda  böyük  əhəmiyyət 

daşıyır. Çağırış mühüm siyasi tədbirlərin, konkret məlumatların 

(məsələn,  dövlətin  və  ölkənin  həyatı  təhlükədə  olanda,  seçki 

kampaniyalarında) əhaliyə çatdırılmasının ən dəqiq və münasib 

formasıdır.  Onu  yazmaq  çox  vaxt  böyük  ustalıq  və  xüsusi 

materiallar  tələb  etmir.  Bunun  üçün  əldə  olan  müxtəlif 

vasitələrdən istifadə etmək olar. Çağırışın kompozisiyasının nə 

kimi  fonda  olmasının,  hansı  şrift  və  ya  rənglə  yazılmasının 

böyük əhəmiyyəti vardır. Mətnin yerləşdirilməsi, şriftin ölçüsü, 

rənglərin  uyğunluğu  çağırışın  yerindən  və  məzmunundan 

asılıdır.  Çağırışın  kompozisiyası  hərflərin,  şriftlərin  ölçüsü, 

mətnin  yerləşdirilməsi,  rənglərin  uyğunluğu  onun  uzaqdan  və 

ayaqüstü oxunduğunu nəzərə alaraq qurulmalıdır. 

Kitabхanalarda  sərgilərin  təşkili  əyani  təbliğat  fоrması-

nın  ən  gеniş  yayılmış  üsuludur.  Sərgilər  həcminə,  tərtibat 

texnikasına və müddətinə görə bir-birindən fərqləndirilir. Sərgi 

bir və ya bir neçə lövhədə, stenddə yerləşə bilər. Sərgi, əsasən 

baxılmaq üçün təşkil olunduğundan, onun tərtibi məsələlərinin 

böyük  əhəmiyyəti  vardır.  Burada  mətn  və  təsvir  materialları 

bir-birini tamamlamalıdır. 



 

33 


 

Kitabxanaların müasir sərgi fəaliyyətində aparıcı tenden-

siyalar kitabxana sərgisinə alternativ yanaşma və dizayn işinin 

işlənib hazırlanmasıdır. 

Hazırda  kitabxana  sərgilərini  aşağıdakı  növlərə  görə 

qurmaq olar: 

- ənənəvi informasiya daşıyıcıları olan kitabxana sərgiləri 

(dərc edilmiş nəşrlər); 

- elektron kitabxana sərgiləri (kitabxanaların veb saytında 

verilən müxtəlif formalardan istifadə etməklə kataloq şəklində 

informasiyalar); 

-  kompleks  kitabxana  sərgiləri,  müxtəlif  xüsusiyyətli 

fonoqramların  köməyi  ilə  tərtib  olunmuş  “danışan”  kitab 

sərgiləri,  video  filmlər  təqdim  etməklə  sərgilər,  baxışlar, 

elektron sərgi günləri və s. 

Həmçinin  müasir  şəraitdə  informasiyaların  təbliğində 

yeni  forma  və  metodlara  tələbatın  olması  məsələsi  də  ortaya 

çıxır (məs. kitabxanaların şəhər və regional sərgi və yarmarka-

larda iştirakı,  elektron layihələrin işlənməsi  və  reallaşdırılması 

və s.) 


Hər  bir  kitabxana  öz  sərgi  modelini  fəaliyyətinə  və 

vəzifəsinə  uyğun  olaraq  qurur.  Sərgi  fəaliyyəti  modelinin 

seçilməsinə  bir  çox  faktorlar  (əhalinin  tərkibi,  kitab  fondunun 

keyfiyyəti) təsir göstərir. Məsələn, oxucuların informasiya tələ-

batı,  həmçinin  kitabxana  əməkdaşlarının  bilik  səviyyəsi  və 

yaradıcılıq potensialı. 

Qeyd  edək  ki,  kitabxanalarda  təşkil  edilən  sərgilərdə 

kitablarla  yanaşı,  müxtəlif  qəzet  və  jurnal  nömrələri  əks 

etdirilir  ki,  bu  da  həmin  sərginin  əhəmiyyətini  xeyli  artırır. 

Kitabxanalarda  məqsəd  və  ümumi  məzmununa  görə  ənənəvi 

sərginin iki növü təşkil edilir. 

a) kitabxanaya yeni daxil olan kitablar haqqında məlumat 

xarakterli universal sərgilər

b) tövsiyə xarakterli tematik sərgilər. 




Yüklə 474,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə