Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

 
59 
olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq kon-
sentrasiyalar  sianid  turşusunun  təsirində  olduğu  kimi  orqaniz-
min ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zə-
hərli maddədir. 
Dərini  zədələyən  ZM  elə  zəhərli  birləşmələrdir  ki,  onlar 
hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər. 
Kimyəvi  təmiz  iprit  zəif  gənəgərçək  iyli  şəffaf,  yağlı  rəngsiz 
mayedir. Üzvi əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, 
suda xeyli  zəif (10°S-də- 0,07) həll olunur. 
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklə-
rinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun 
müddətli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət: yayda 
- 7 sutka, qışda bir neçə həftə zəhərli qalır. 
İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizlə-
şir).  Qələvilərin  təsirindən  ipritin  hidrolizi  sürətlənir.  Xlorlu 
əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir. 
İprit  təmasda  olduğu  orqanlara  və  toxumalara  (tənəffüs 
yollarına,  gözlərə,  dəri,  mədə-bağırsaq  sisteminə)  tə'sir  edir, 
bədənin  zədələnmiş  yerindən  qana  sorulması  nəticəsində  isə 
ümum  zəhərləyici  təsir  göstərir.  Bədənin  səthinə  düşən  iprit 
damcıları  7  dəqiqədən  sonra  dərinin  alt  qatlarına  keçir.  20-30 
dəqiqə ərzində isə heç bir ağrı hissi
 
törətmədən orqanizmdə ta-
mamilə sorulur. İprit davamlı zəhərli maddədir. 
Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən 
ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına 
güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna 
fosgen və difosgen aiddir. Son zamanlar fosgen güclü təsirli zə-
hərli maddələrə (GTZM) şamil edilir. 
Difosgen  qaynama  temperaturu  128°C  olan  mayedir,  fos-
genə nisbətən yavaş buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda 
ərazini  açıq  yerlərdə  1  saata,  meşəlik  yerlərdə  isə  bir  neçə 
saatadək  zəhərləyir.  Difosgen  suda  pis  həll  olunur,  bu  zaman 
xlorid  turşusu  və  karbon  qazı  yaratmaqla  parçalanır.  Difosgen 
su hovuzlarını zəhərləmir. 


 
60 
Difosgen  zəhərləyici  xassələrinə  görə  fosgenə  oxşayır.  O, 
davamsız zəhərləyici maddələrə aiddir. 
Qıcıqlandırıcı ZM -ə Sİ-ES və adamsit aid edilir. 
Adamsit  yaşımtıl  rəngli  bərk  maddədir,  suda  həll  olunur: 
üzvi  əridicilərdə,  xüsusən  qızdırılarkən  və  asetonda  yaxşı  həll 
olunur. Yavaş buxarlanması və pis həll olunmasına görə torpa-
ğı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi mad-
dələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin 
oksidi yaranır. 
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəq. və 
ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəq. qalarkən ölümcül 
zəhərlənmə baş verir. 
S-ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir 
qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzol-
da isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir. 
S-ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırı-
cı  təsirə  malikdir  ki,  bu  da  asqırtıya,  öskürəyə,  gözlərdən  bol 
yaş, burundan selik axmasına, tənəffiisün çətinləşməsinə səbəb 
olur.  Bunlardan  başqa,  dəriyə  gicitkən  kimi  qaşındırıcı  təsir 
göstərir,  yüksək  konsentrasiyalarda  ürək  bulanması  və  qusma 
törədir.  Sıradan  çıxarıcı  orta  konsentrasiyası  0,001  -  0,005 
mq/l-dir.  Gözyaşardıcı  və  ya  lakrimator  (yunanca  "lakrime”-
gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qişalarını qı-
cıqlandırır,  bu  isə  gözdən  yaş  axması,  bəbəklərinl  spazması, 
burundan  güclü  selik  axması  ilə  nəticələnir.  Bunlar  tərkibində 
haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlora-
setofenon və brombenzilsianiddir. 
Gözyaşardıcı  təsirli  ZM - Xlorasetonfenon bənövşə və  ya 
meşəgilası iyi verən bərk maddədir. Üzvi əridicilərdə yaxşı həll 
olunur. Suda hətta qaynadılarkən də dağılmır. +20°C-də buxar-
lanması  0,105  mq/l-ə  bərabərdir,  buxarları  havadan  5,3  dəfə 
ağırdır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır. 
Brombenzisianid  -  acı  badam  iyli,  rəngsiz,  yaxud  sarımtıl 
kristal maddədir. Suda demək olar ki, həll olunmur, üzvi əridi-


 
61 
cilərdə  isə  yaxşı  həll  olunur.  Suda  hidroliz  olunmur,  torpaqda 
bir  ayadək  qala  bilər.  Spirtin  su  məhlulunda  natrium-sulfidlə 
reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir.                              
LSD - rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridici-
lərdə yaxşı həll olunur. Bu maddənin duzları davamlı məhlullar 
yaratmaqla suda yaxşı həll olunur. 
Orqanizmə tənəffüs yolları ilə təsir edəcəyi daha çox ehti-
mal olunur. Mədə-bağırsaq yolları ilə zəhərlənmə də mümkündür. 
Psixokimyəvi təsirlı ZM - Bi-zet - suda həll olunmayan ağ 
kristal tozdur. Bi-zet orqanizmə tənəffüs və mədə-bağırsaq yol-
ları ilə keçir. 
Zəhərləyici  maddələr  zəhərlənmiş  hava  ilə  nəfəs  aldıqda, 
ZM dəri üzərinə və selikli qişaya düşdükdə, həmçinin zəhərlən-
miş  yeyinti  məhsullarından və sudan istifadə  etdikdə insanları 
və  heyvanları  zədələyir.  Ona  görə  onların  seçilməsi  və  tətbiqi 
üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyul-
muş məqsəddən asılı olaraq müxtəlif ola bilər. 
Elə kimyəvi tərkiblər vardır ki, onların istifadəsi canlı qüv-
vəyə qarşı istifadə olunmur. Məsələn, Vyetnam müharibəsində 
ABŞ  ağaclardan  yarpaqları  tökən  maddədən  də-  tərkibində 
dioksin olan dioksin "Agent Orange" istifadə etmişdir. 
Kimyəvi  silahların  tətbiqi  uzun  illər  boyunca  orqanizmdə 
ciddi dəyişikliklərə səbəb ola bilir. 
Vyetnamda kimyəvi silahların tətbiqinin ağır nəticələri hə-
lə də qalmaqdadır. 
Axrıncı  dəfə kütəvi  olaraq kimyəvi  silahdan  I Dünya mü-
haribəsində istifadə olunmuşdur. Kimyəvi silah təyyarə bomba-
larında,  top  güllələrində,  mayesi  tökülə  bilən  təyyarə  cihazla-
rında və müxtəlif tərtibatlarda ərazini zəhərləmək üçün, damcı-
maye halında zəhərləmək üçün buxar və aerozoI (tüstü, duman) 
şəklində tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqa-
mətində  on  kilometrlərlə  məsafəyə  yayıla  bilən  zəhərli  bulud 
yaradır. 
Havanın  zəhərlənmə  təhlükəsinin  dərəcəsi  ZM-in  qatılığı 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə