55
şüalanması nəticəsində başdan-başa yanğınlar baş verir, küçə-
lərdə başdan-başa uçqunlar əmələ gəlir.
Orta dərəcəli dağıntılar- 30 kPa-dan 20 kPa-dək izafı təz-
yiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zona-
sıdır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə
dağılır, yeraltı sığınacaqlar və şəbəkələr salamat qalır. Küçə-
lərin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması
nəticəsində başdan-başa yanğınlar törəyir.
Zəif dağıntılar zonası - 20 kPa-dan 10 kPa-dək izafi təzyiq
təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada bi-
nalar zəif dağıntılara məruz qalır (onların qapı-pəncərələri,
artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək
uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir.
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa-dan az
olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təh-
lükə törətmir, binaları isə azacıq zədələyir (şüşələrin qırılması,
pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.).
3.3. Kimyəvi bakterioloji silahlar
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərlə-
yici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasi-
tələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr
(ZM) təşkil edir. ZM- hərbi sənaye və xalq təsərrüfatı obyektlə-
rinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəx-
si heyətlərini, fəhlələləri, qulluqçuları, əhalini sıradan çıxaran,
yaxud onların döyüş və əmək fəaliyyətinin zəifləməsinə, hey-
vanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bi-
lən xüsusi kimyəvi birləşmələrdən (zərərli maddələrdən) ibarət-
dir.
Ümumilikdə, kimyəvi silahların ən vacib xüsusiyyətləri
aşağıdakılardır:
-
maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələ-
mək imkanı; ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənmə-
56
si ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
-
geniş sahələri zəhərləmək və zədələyici təsirinin uzun
olmaması;
-
zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin
ağır olması;
-
istehsalının nisbətən ucuz başa gəlməsi.
Hərbi məqsədlərlə bitkilərə zəhərləyici kimyəvi maddələr
də – herbisid, defoliant və desikant tətbiq edilə bilər ki, bunlar
dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına, kənd təsərrü-
fatı heyvanlarının zəhərlənməsinə səbəb olur.
Kimyəvi silahlar aşağıdakı xüsusiyyətlərinə görə təsnif
olunur:
insan orqanizminə təsir xarakterinə görə;
taktiki təyinatına görə;
təsir tezliyinə görə;
dayanıqlığına görə;
tətbiq vasitələrinə görə.
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür:
1.
Öldürücü
(sinir-paralitik,
dəri-deşici,
ümumi
zəhərləyici, boğucu təsirli).
2.
Ziyanverici (Psixotrop maddələr və İrritantlar).
Təsir sürətinə görə kimyəvi silahlar:
a) tez (sinir-paralitik, ümumi zəhərləyici, qıcıqlandırıcı və
bəzi psixotrop maddələr);
b) gec (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop
maddə) təsir edən maddələrə ayrılır.
Təsir müddətinə görə kimyəvi silahlar:
1.
uçucu dayanıqsız (təsiri dəqiqələrlə hesablanır);
2.
dayanıqlı maddələrə (təsiri bir neçə saatdan bir neçə
həftəyə qədər) bölünür.
3.4. Zəhərləyici maddələrin təsnifatı
Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsiri-
57
nin xarakterinə görə (toksikoloji təsnifat), döyüş təyinatına və
ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifat) qrup-
lara ayrılır.
Bir sıra ölkələrin cəbhəxanalarındakı müasir zəhərləyici
maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq müm-
kündür cədvəl 3).
Cədvəl 3
Zəhərləyici maddələrin təsnifatı
ZM-in qrupları
ZM-in adları
Sinir iflicedici təsiri
(fosforlu üzvü) ZM
V – qazlar
zoman
zarin
Ümumzəhərləyici təsiri
ZM
Sianid turşusu
Xlorsian
Dəridə yaraçıxaran
(rezobtiv təsiri) ZM
Texniki (kükürdlü) iprit
Saf iprit
Azotlu iprit (trixlortrilamin)
Lünzit
Boğucu təsirli ZM
Fosgen
Difosgen
Qıcıqlandırıcı təsirli ZM
Adamsit
Sİ-EC
Psixokimyəvi təsirli ZM
(psixotommimetrik maddələr)
Bi-zet
Psilosibin
Tremorin
Meskain
Lizerkin turşusunun
törəmələri və s.
Göz yaşardıcı ZM
Xlorasetoferon
Brombenzilsianid
Xlorpikin
Sinir iflicedici zəhərləyici maddələr (ZM) kimyəvi struk-
turuna görə fosforlu üzvü maddədir (FÜM). Belə maddələrə
zarin, zoman və V
x
- qazlar aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl rəngli), səciyyəvi
iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər artıq-
dır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o cümlədən
yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olu-
58
nur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar tö-
rədir. Yay vaxtı ərazini maye damcıları zarin 8 saata, zoman isə
bir sutkaya qədər müddətə zəhərləyə bilər. Zarinin buxarları
havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarinin
ikinci buludunun zədələyici təsiri 4-7 saatadək, sinir iflicedici
ZM qrupuna aid digər maddələrinki isə onların bütün buxarlan-
ması dövründə davam edir. Suaxmazlarda zarinin zəhərləyici
təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.
V
x
- qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü mate-
riallarında yaxşı həll olunan rəngsiz mayedir. Rezin-texniki
məmulatlara və böyük lak örtüklərə yaxşı hopur.
Yavaş buxarlandırıcı üçün (20° C-də 10
-3
mq/l) ərazidə
üzun müddət qalır. V
x
- qazının kimyəvi adı fosforiltioxolinlər-
dir
V
x
- qazları, zoman, zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə
adətən maye damcılarının dərinin səthinə düşməsi hallarında,
yaxud həmin ZM-in buxarları tənəffus yollarından keçərkən
baş verəcəkdir.
Fosforlu zəhərli maddələrin konsentrasiyası 5-10
-7
mq/l-
dən az olan hallarda 5-6 saat müddətində əleyhqazsız qalmaq
mümkündür.
Ümümzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən
keçib orqanizmin ən vacib sistemlərinə sürətlə təsir göstərən
tezbuxarlanan kimyəvi birləşmələrdir. Zəhərləyici maddələrin
bu qrupuna sianid turşusu və xlorsian aiddir.
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir.13°C-də
qaynayır, mənfi 7°C-də bərkiyir. 20°C-də buxarların maksimal
konsentrasiyası 3300 mq/l-dir. Suda məhdud miqdarda (7%),
azotlu üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı
həll olunur.
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir. Qıcıq-
landırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası
0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasma səbəb
Dostları ilə paylaş: |