Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə12/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   39

 
43 
artmasına səbəb olur. Əsas qitələrin sahələrinin 40-45%-i quru 
və  quraqlıq  ərazilərdir  ki,  əhalinin  üçdə  biri  məhz  bu 
ərazilərdə,  dördə  üçü  isə  quraqlıq  bəzi  hallarda  baş  verən 
sahələrdə yaşayır. 
Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. 
Qurbanlarının sayına və  vurduğu iqtisadi  ziyana  görə quraqlıq 
beş ən əsas təhlükəli  təbii  hadisələrdən biridir. Bir dəfədə baş 
verən tələfatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 mln-
dan  artıq)  və  birbaşa  iqtisadi  zərərin  kəmiyyətinə  (on 
milyardlarla dollar) görə ən iri təbii fəlakətlərdən sayılır. 
 
2.9. Texnogen mənĢəli fövqaladə hallar 
 
Respublikamızın ərazisində ehtimal olunan texnogen mən-
şəli fövqəladə hallar əsasən güclü istehsalat və nəqliyyat qəza-
larından ibarətdir. 
Daha çox ehtimal olunan belə hallara neft emalı, kimya sə-
nayesi  müəssisələrində  partlayış  və  yanğınla  müşayət  olunan 
istehsalat  qəzaları  aiddir.  Güclü  təsirli  zəhərli  maddələr 
(GTZM) istehsal edilən, işlədilən və daşınan kimyəvi təhlükəli 
obyektlərdə qəzalar daha fəlakətlidir. Respublikanın iri şəhərlə-
rində və həmçinin bir sıra kənd rayonlarında xeyli belə obyekt-
lər yerləşir. Bunlar ammonyak işlədilən iri soyuducu qurğulara 
malik ət-süd sənayesi obyektlərindən, ərzaq məhsulları bazarla-
rından; xlordan istifadə olunan su təchizatı və təmizləyici qur-
ğulardan; GTZM sisternləri tənzimlənən dəmir yolu stansiyala-
rından; kənd təsərrüfatı üçün kimyəvi preparatlar, dezinfeksiya 
maddələri  ehtiyatları  saxlanılan  iri  anbar  və  bazalardan  iba-
rətdir.  Burada  20-dən  artıq  cürbəcür  güclü  kimyəvi  maddələr 
olur. 
Respublikamızda  belə  kimyəvi  təhlükəli  obyektlərin  sayı 
60-dan artıqdır və xüsusən Sumqayıt, Bakı şəhərlərindəki su tə-
mizləmə  obyektlərində  kimyəvi  maddələrin  saxlandığı  bu  cür 
qurğular olduqca təhlükəlidir: 


 
44 
•  nəqliyyatda  GTZM-in  ətrafa  yayılması  ilə  müşayiət  edi-
lən qəzalar (Respublikamızın ərazisində 15 dəmir yol stansiya-
sı  fəaliyyət  göstərir  ki,  burada  da  GTZM  daşınan  dəmir  yol 
nəqliyyat  vasitələrinin  toplanması  mümkündür.  Bu  cəhətdən 
Sumqayıt,  Bakı  dəmir  yol  yük  stansiyaları,  Biləcəri  stansiyası 
xüsusən böyük təhlükəli zona hesab oluna bilər); 

 
tez alışan maddələr istehsal,  emal olunan və  saxlanılan 
obyektlərdə yanğınlar (partlayışlar) (Respublikamızda 850-dən 
artıq    belə  obyekt  var.  Bakı  və  Sumqayıt  neft  emalı  və  neft 
kimyası müəssisələri, neft-qaz mədənləri və neft bazaları xüsu-
sən təhlükəlidir); 

 
nəqliyyat vasitələrində yanğın və partlayışlar; 

 
hidrodinamik qəzalar- su qurğuları qovşaqlarında bəndlə-
rin dağılması və fəlakətli daşqın zonalarının yaranması. 
Belə  şəraitdə  qəzaların  və  təbii  fəlakətlərin  əvvəlcədən 
proqnozlaşdırılması,  həmçinin  yaranmış  vəziyyət  haqqında 
əhalinin əvvəlcədən xəbərdar edilməsi, onların nəticələrini ara-
dan qaldırmaq üçün təsirli tədbirlərin hazırlanıb yerinə yetiril-
məsi olduqca böyük əhəmiyyət kəsb edir. 
 


 
45 
3. KÜTLƏVĠ QIRĞIN SILAHLARININ 
XÜSUSĠYYƏTLƏRĠ 
 
3.1. Nüvə silahı və onun zədələyici amilləri 
 
Nüvə silahı (atom silahı) - nüvə reaksiyaları (bölünmə və 
ya sintez reaksiyaları,  yaxud hər ikisi birlikdə) nəticəsində qa-
palı  həcmdə  böyük  miqdarda  ayrılan  nüvədaxili  everjidən  baş 
verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda 
maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddə-
dəkinə  (trotildəkinə)  nisbətən  20-80  mln.  dəfə  artıq  olur.  Son 
dərəcə  sürətlə  və  külli  miqdarda  ayrılan  enerji  nüvə  partlayışı 
kimi meydana çıxar və öz gücünə və zədələyici amillərinin xa-
rakterinə  görə  adi  döyüş  sursatlarının  partlayışından  fərqlənir. 
Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ 
nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və 
idarəetmə  vasitələrindəv  ibarətdir.  Nüvə  enerjisinin  alınması 
üsuluna  görə,  ağır  kimyəvi  elementlərin  (235U,  239Pu)  atom 
nüvələrinin zəncirvari parçalanması reaksiyasına əsaslanan nü-
və  bombaları (əvvəllər  “atom bombası” adlandırılırdı) və  yün-
gül  elementlərin  (məs.,  hidrogen izotoplarının) atom nüvələri-
nin  sintez  reaksiyasına  əsaslanan  istilik-nüvə  (hidrogen)  bom-
baları vardır. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün 
hər  ikisinə  nüvə  silahı  deyilir.  Neytron  döyüş  sursatı,  habelə 
hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləri-
dir.  Nüvə  silahı  ən  güclü  kütləvi  qırğın  vasitəsidir;  inzibati 
mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, çanlı qüvvəni 
məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək 
və  s.  məqsədi  güdür.  Nüvə  silahı  insanlara  güclü  mənəvi  və 
psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Bö-
yük  Britaniya,  Fransa  və  Çinin  silahlı  qüvvələri nüvə  silahına 
malikdirlər.  Raket-nüvə  silahının  meydana  çıxması  hərb  elmi-
nin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparıl-
ması üsullarının xeyli dəyişməsinə səbəb oldu. 


 
46 
Nüvə  bombası  (yaxud  da  atom  bombası)  –  ağır  nüvələrin 
zəncirvarı  bölünməsi  yaxud  da  yüngül  nüvələrin  termonüvə 
sintezi  zamanı  ayrılan  nüvə  enerjisinə  əsaslanan  partlayıcı  tə-
sirli  silahdır.  Bütün  nüvə  silahlarını  aşağıdakı  kateqoriyalara 
bölmək olar: 1) Atom bombası adlanan döyüş sursatları – bun-
ların partlaması zamanı yalnız bir növ nüvə reaksiyası gedir və 
ağır element (uran ya plutonium) daha yüngül nüvələrə çevrilir. 
Bunlar birfazalı ya birpilləli nüvə silahları sayılır. 2) Termonü-
və silahı (çox vaxt hidrogen bombası) – daha yüngül element-
lərin sintezindən ayrılan enerjiyə əsaslanır.  Fitil kimi  birfazalı 
bombadan  istifadə  olunur  ki,  onun  partlaması  zamanı  lazım 
olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reak-
siyası  gedir.  İlkin  material  kimi  hidrogenin  iki  müxtəlif  izoto-
pundan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, ya-
xud  ikipilləli  tipdir.  Hidrogen  bombasının  gücü  atom 
bombasının  gücündən  bir  tərtib  böyükdür.  3)  Termonüvə 
reaksiyasının üçfazalı, yaxud üçpilləli (parçalanma – sintez – 
parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii uranın tərkibi 
99%  uran-238-dən,  0,7%  isə  uran-235-dən  ibarətdir.  Yəni, 
uran-238  çoxdur  və  ucuz  xammaldır.  Amma  uran-238-i  sadə 
parçalanmalarda  istifadə  olunmur,  çünki  parçalanmaya  meylli 
deyil.  Amma  üçpilləli  bombalarda  əvvəl  uran-235  parçalanır, 
sonra  sintez  reaksiyası  gedir,  yüksək  temperatur  və  təzyiq 
alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və 
radioaktivliyi çox  yüksəkdir. 4) Bəzən neytron bombalarını da 
bir tip kimi ayırır. Bu tip silah yüksək sürətli neyron seli yara-
dan  mexanizmdir  ki,  gücü  az  olsa  da,  istiqamətlənmiş 
radioaktivliyə  və  neytron  şüalanmasına  malikdir.  Nüvə  silahı 
üzərində ilk işlər 1944-cü ildə R. Oppenheymerin başçılığı ilə 
amerikanın  “Manhetten  proyekti”ndə  aparılmışdır.  İlk  nüvə 
bombası  1945-ci  il  16  iyulda  ABŞ-da  Alamoqordo  səhrasında 
partladılmışdır.  İkinci  6  avqustda  Xirosimaya  (“Körpə”adlı 
bomba),  üçüncüsü  isə  9  avqustda  Naqasakiyə  (“Gombul”  adlı 
bomba  )  atılmışdır.  Nüvə  silahının  partlayış  gücü  trotil 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə