Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə17/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

 
62 
və  mühafizə  olunmayan  adamın  zədələndiyi  vaxtla  müəyyən 
edilir.  Ərazinin  və  ya  obeyktin  zəhərlənmə  dərəcəsi  oraya  dü-
şən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 
1 m
2
 səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəy-
yən edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
63 
 
ġək. 16. Kimyəvi silahın tətbiqinin acı nəticələri 
Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesefik zə-
hərlənməsi baş verir. Bundan başqa, o, gözlərə və selikli qişala-
ra zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. 
Kimyəvi silah tətbiq olunan rayonlarda və KTO-da zəhər-
lənmə baş verdikdə kimyəvi zəhərlənmə oçağı yaranır. 
 
3.5. Kimyəvi zəhərlənmə ocağı 
 
Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, kimyəvi 
silahın (ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində 
oradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi 
baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici 
maddələrin  işlədilməsi  miqyasından,  onların  növündən,  tətbiq 
edilmə  üsulundan,  meteoreoloji  şəraitdən  və  yerin  relyefildən 
asılı olur (şək. 17). Kimyəvi zəhərlənmə ocağı iki zonaya- ZM-
lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aero-
zolları  yayılan  ikinci  zonaya  aid  edilir.  GTZM-dən  mühafizə 
olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi resperatorlar-
dan istifadə olunur. 
 
 
 


 
64 
ġək. 17. GTZM-rin yaratdiği kimyəvi zədələnmə ocağı 
 
Kimyəvi zəhərlənmə ocağı–o əraziyə deyilir ki, orada kim-
yəvi  silahın  (ZM)  və  ya  güclü  təsirli  ZM  (GTZM)  təsiri  nəti-
cəsində  buradakı  ərazidə  əhalinin,  heyvanların  və  bitkilərin 
zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri 
zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növün-
dən,  tətbiq  edilmə  üsulundan,  meteoreoloji  şəraitdən  və  yerin 
relyefildən  asılı  olur  (şək.  17).  Kimyəvi  zəhərlənmə  ocağı  iki 
zonaya  –  ZM-lə  bilavasitə  zəhərlənən  əsas  zonaya,  ZM-in  bu-
xar və  ya aerozolları  yayılan ikinci  zonaya aid edilir. GTZM-
dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi 
resperatorlardan istifadə olunur. 
Kimyəvi  şəraitin  qiymətləndirilməsi.  Kimyəvi  şəraiti  qiy-
mətləndirdikdə, zəhərlənmə rayonunda zəhərli havanın yayılma 
dərinliyi  və  istiqamətinin,  zəhərləyici  maddələrin  ərazidə  da-
vamlılığının,  həmçinin  obyektlərin  zəhərlənmə  xarakterləri  və 
miqyasının öyrənilməsinə xüsusi diqqət yetirilir. Zəhərli hava-
nın yayılmasının təhlükəli məsafəsi zəhərləyici maddələrin tət-
biq edildiyi rayonun hüdudundan, küləyin istiqamətilə, dəstələ-
rin şəxsi heyətinin və əhalinin mühafizə vasitələri olmadan təh-
lükəsiz məntəqəyə qədər olan yola deyilir. 
Buludun  yayılmasının  təhlükəli  məsafəsinə  aşağıdakılar 
aiddir: 
- kimyəvi silahın tətbiq olunduğu rayonunu böyüklüyü
- buxar və duman (aerozolu yaradan) halına keçən zəhərlə-
yici maddələrin miqdarı və onların zəhərliliyi; 
- havanın şaquli dayanıqlıq dərəcəsi
- yerin relyefi və bitkilərin xarakteri. 
Zəhərli hava buludu iki yerə bölünür: birinci və ikinci. Bi-
rinci bulud kimyəvi sursatın partlayışı zamanı əmələ gəlir. Mü-
hafizə olunmayan adamlara, heyvanlara və başqa obyektlərə tə-
sir fəaliyyəti az olur. İkinci bulud isə yerdən və əşyalardan zə-
hərləyici  maddələrin  damcılarının  buxarlanması  nəticəsində 
əmələ  gəlir.  Bu  da  küləyin  istiqamətilə  yayılır  və  zəhərləyici 


 
65 
maddələrin buxarlanma müddətində zədələnmə verir. 
Bütün  bunları  kimyəvi  şəraitin  qiymətləndirilməsində  nə-
zərə almaq lazımdır. Qiymətləndirmə qaydaları kimyəvi silahın 
tətbiqi  şəraitindən  asılı  olaraq  müxtəlif  ola  bilər.  Lakin  bunu 
çox vaxt aşağıdakı ardıcıllıqla aparırlar: 
•  maddənin  növü,  təxmini  vasitələri,  onun  tətbiqi  üsulları 
və miqyası təyin edilir
• ərazi, külək əsən tərəfdən kimyəvi silahın tətbiq olunması 
rayonundan proqnoz metodu ilə zəhərli hava buludunun təhlü-
kəli yayılma sahəsi və vaxtı, həmçinin onun qalma rayonu öy-
rənilir. 
Bu proqnoz məlumatlarından hərbiləşməmiş dəstələrin şəx-
si heyətini və əhalini xəbərdar etmək üçün istifadə edirlər. 
Düşmən basqınından sonra kəşfiyyatçılar xüsusi cihazların 
köməyi ilə zəhərləyici maddələrin növünü öyrənir və zəhərlən-
mə rayonunun sərhədlərini nişanlayırlar. Bundan sonra dəstələ-
ri  hərbi  hazır  vəziyyətə  gətirmək,  onlara  tibbi  yardım  göstər-
mək və xüsusi təmizlik aparmaq üçün bütün tədbirlər görülür. 
1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi 
silahların qadağan edilməsinə dair Konvensiyanın imzalanması 
təklif edilmişdir. İmzalanma mərasimi Fransa Prezidentinin tə-
şəbbüsü ilə Parisdə 13  yanvar 1993-cü ildə həyata keçirilmiş-
dir. Ötən dövr ərzində, Azərbaycan (13  yanvar  1993-cü il) da 
daxil olmaqla, 160 dövlət konvensiyanı imzalamışdır. 65-ci öl-
kə  olan  Macarıstan  tərəfindən  ratifikasiya  olunduqdan  sonra, 
29 aprel 1997-ci ildə konvensiya qüvvəyə minmişdir. Konven-
siya müddətsizdir. 
Bir  çox  Avropa  dövlətləri,  o  cümlədən  ABŞ,  Rusiya,  Er-
mənistan  (27.01.1995)  və  Gürcüstan  da  (27.11.1995)  daxil  ol-
maqla  bəzi  MDB  dövlətləri  konvensiyanı  ratifikasiya  edən  öl-
kələr arasındadırlar. Azərbaycan konvensiyaya 9 noyabr 1999-
cu ildə qoşulmuş və 30 mart 2000-ci ildə konvensiya Azərbay-
canda qüvvəyə minmişdir. 
Kimyəvi  Silahların  Qadağan  edilməsi  Təşkilatı  (KSQT) 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə