Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
233
istər ölkə daxilində, istərsə də vətəndən kənarda – ictimai‑si‑
yası forumlarda, elmi tədbirlərdə özünü göstərmişdir.İbrahi‑
min qazandığı uğurlar, naliyyətlər sayəsində yeni sahələrə
təyinatları biz qohumları həmişə sevindirmiş və bundan qürur
hissi duymuşuq.
İbrahimin atası Nizami Alı oğlu Ömərov da öz dövrünün
ziyalılarından idi. Atasının yazdığı bir çox şeirlərin, pyeslərin
işıq üzü görməsində İbrahimin müstəsna rolu var idi. Atasın‑
dan irsən keçən mərhəmət, xeyirxahlıq hissləri  İbrahimin da‑
xilində daha da formalaşmış və çətində olan insanlara qarşı
hər zaman diqqətli olmuş və öz köməkliyini göstərmişdir.
Sonda qeyd etmək istəyirəm ki, bir çoxlarının heç vaxt ba‑
carmadıqlarını, İbrahim yaşadığı 37 illik qısa ancaq şərəfli, mə‑
nalı, faydalı bir ömür yolunda edə bildi. Ancaq hələ İbrahimin
vətəninə, doğmalarına, ailəsinə, dostlarına edə biləcəyi çox
şeylər vardı. İbrahim bu dünyadan köç edib getdi, geridə gö‑
zündə qalan arzuları, gözü yaşlı anası, yoldaşı, bir də iki övladı
qaldı. 
Allah rəhmət eləsin!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
234
Güllər Məmmədova,
xalası
VAXTSIZ SÖNƏN ƏZİZİM HAQQINDA 
YARALI XATİRƏ
İ
brahim müstəsna təbiiliyi, nəzakəti, şuxluğu, təbii mədə‑
niyyəti ilə insan  adını, övlad adını ləyaqət səviyyəsinə qal‑
dıran bacıoğlu idi. Əhatəsinə hörmət hissi, hamıya xüsusi
ehtiramla yanaşmaq, təmannasız xeyirxahlıq, ifrat mənəvi saflıq,
ruhi zənginlik, gözütoxluq onun ən gözəl sifətlərini, əsas insani
məziyyətlərini təşkil edirdi. Heyrətamiz naturası, dərin zəkası,
təfəkkür zənginliyi, alicənablığı ilə ailə üzvlərinin, qohum‑əq‑
rəbalarının sevimlisi idi. O, misilsiz bəşəri keyfiyyətləri ilə ürək‑
lərə asanlıqla yol tapırdı, doğmalarının ruhuna, mənəvi
dünyasına hopurdu, onların zehninə gözəllikləri ilə həkk olu‑
nurdu. Öz zəhmətsevərliyi və uğurları ilə fərqlənən İbrahimin
uğurlarına hamımız ürəkdən sevinirdik, xüsusi qürur hissi ke‑
çirirdik. Onun zəngin və işıqlı zəkasını, çalışqanlığını heyran‑
lıqla alqışla yırdıq. İbrahim özünün fitri qabiliyyətini təsdiq
etdikcə biz də onun bütün göstəriciləri ilə fəxr edirdik. Müvəffə‑
qiyyətlər bu kamil insanın davranışlarına, sadəliyinə zərrə qədər
də təsir göstərmirdi. Öyüncəklik, təkəbbür ümumiyyətlə onun
xarakterinə yad idi. Sadəlik, mehribanlıq və səmimiyyət onun


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
235
fitrətində idi. O, öz emosi‑
yalarını gizli saxlamağı ba‑
carmırdı. Qəlbindəkilər
dilinin ucunda idi. Bütün
sözləri ürəkdən gəlirdi.
Bütün hərəkətlərində o, id‑
diasızlıq, ucalıq və müdrik‑
lik nümunəsi idi. O, özünü
sözün yaxşı mənasında
gözə soxmağı ağlına belə
gətir məzdi. Onun danışıq
tərzində, intonasiyasında,
sir‑sifətində, jestlərində heç
bir sünilik yox idi. Bütün
danışıqları, müraciətləri onun içindən, saf qəlbindən gəlirdi. 
Ülviyyət, qüdriyyət, elm, ürfan, fəal ictimai xidmət üçün do‑
ğulmuş bu insan geniş erudisiyasının, parlaq zəkasının özəl‑
liklərini, zəngin mənəviyyatının təkrarolun 
mazlığını
sadalamaq, mahiyyətini olduğu kimi aşkarlamaq mümkün
deyil. Ancaq onu qətiyyətlə deyə bilərəm ki, intəhasız elmi və
mənəvi potensialını gerçəkləşdirməyə, öz doğmalarını ürək‑
dən sevindirməyə, ona olan ümidləri doğrultmağa fələk, acı
tale İbrahimə imkan vermədi. 
Alicənab təbiətli İbrahim qısa ömrü boyu daha çox yaxşılıq
etmək, daha çox savab qazanmaq arzuları ilə yaşamışdır. Onun
varlığındakı bu gözəl, bu yüksək insani keyfiyyətlər çox
güman ki, soykökündən, ata‑anasından, qandan‑candan gəlmə
idi: gəldikcə gəlirdi, gətirdikcə daha da zənginləşirdi. 
İbrahim ağrısı ruh ağrısı, könül ağrısıdır, qəlb sızıltısıdır. Bu
ağrı, bu sızıltı heç bir söz qəlbinə sığışmır. Bu sızıltıdan danış‑
dıqca ağrı üstünə yeni ağrılar gəlir. 


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
236
Coşur kədərim, qəmim,
Saya gəlmir ələmim,
İbrahimdən yazanda
Nalə çəkir qələmim
Bu sitəm sinə dağlar,
Dil ağlar, ağız ağlar,
Qələm “İbrahim”yazsa
Qarşımda kağız ağlar
Dərdim alov, qor oldu,
Xatirələr nur oldu,
İbrahimi almaqla
Ölüm də məşhur oldu
Yalan dünya, yalan dünya
Şahmar kimi çalan dünya
Oğul verib sevindirən
Verdiyini alan dünya
Neçə baxtı qara var,
Neçə bağrı para var
İbrahim itirənin
Canında min yara var
Ağbabamız dağ yeri
Qara baxtın ağ yeri,
Oğul dağı çəkilib
Var sinəmdə dağ yeri


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
237
Mais Musayev,
İbrahimin dayısı oğlu
BAĞIŞLA MƏNİ, İBRAHİM!
Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən.
Alı Mustafayev
14
mart 2014‑cü il, saat 05:30... Yuxudan telefonun zən‑
ginə oyandım. Yarıyuxulu “alo” desəm də, qardaşı‑
mın həyəcanlı səsi yerimdən dik atılmağımla nəticələndi.
Geyinib aşağı düşdüm. Atam oyanmışdı, otağın ortasında
sağa‑sola var‑gəl edirdi. Atamdan nə baş verdiyini soruşdum.
“İbrahimi itirdik” ‑ dedi. Bir anlıq donub yerimdə qaldım və
qeyri‑ixtiyari olaraq “hansı İbrahimi?” deyə soruşdum. Atamın
“Bibin oğlu” deməsi ilə, dünya tərsinə döndü sanki... O an nə
baş verdiyini tam xatırlamıram. Amma özümə gələndən sonra
qarşılaşdığım mənzərə heç vaxt xatirimdən silinməyəcək.
Çünki Səadət bibim, yəni İbrahimin anası həmin gün bizdə idi.
Axşamdan deyə‑gülə söhbət edib, xatirələrə dalmış, maraqlı
söhbətlər etmişdik. Səhərin gözü açılmamış isə,  o xəbər gəl‑
mişdi. Həmin an bizi bir tərəfdən İbrahimin aramızdan ayrıl‑


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə