Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə47/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
224
layan hönkürtülərimlə pozmağa başladım.
Bu an Kamrandan nə üçün kömək etmədin, niyə kömək edə
bilmədin, necə oldu ki, sən heç bir tədbir görə bilmədin, nə
üçün ..., nə üçün...?!
Beynimdəki bu sualları onun üstünə yağdıraraq ondan
cavab istəyirdim. Axı  o, İbrahimin doğma dayısı idi.
Ancaq bu fikirlərimdən əl çəkib ondan bəlkə bu işdə başqa
səbəblərin olması ehtimalını soruşdum. O, isə mənə hər şeyin
ölçülüb‑biçildiyini, hər bir məsələnin dəqiqləşdiyini, bu barədə
heç bir şübhələrin olmadığını söylədi. O, çox təəsüf hissi ilə
böyük zəhmətdən sonra ona kömək etmək imkanının olmadı‑
ğını və bütün səbəbləri öz sənətinin dili ilə mənə izah etməyə
çalışdı.
Artıq hər şey bitmişdi!!!
Bu acı və dəhşətli xəbər bütün şəhərə yayılmışdı. Heç kim
xəbərə inanmaq istəmir, edilən zənglərin ardı‑arası kəsilmək
bilmirdi.
Səhər saat  9:00  radələrində onu sonuncu dəfə anası və əziz‑
ləri ilə görüşmək üçün ata evinə gətirdik.
Artıq saat 10:00  radələrində küçə insanlarla dolmuşdu. Bu
dəhşətli xəbəri eşidən qohum‑əqraba, onun  dostları, iş yoldaş‑
ları, uzun müddət işlədiyi “Xalq qəzeti”nin və Sumqayıt  Döv‑
lət Universiteninin kollektivi də onunla son görüşə gəlmişdilər.
Mən şok vəziyyətdə toplaşan izdihamın içində gəzir, içim‑
dəki məni rahat buraxmayan suallara cavab axtarmağa çalışır‑
dım. Bu məqsədlə SDU‑nun rektoru, professor Elxan
Hüseynovun, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsəno‑
vun, ADPU‑nun filologiya fakültəsinin dekanı, professor Bu‑
ludxan Xəlilovun İbrahim haqqında xatirələrinə qulaq asır,
onu necə ürək ağrısı ilə yad etdiklərinin şahidi olurdum.
Elxan müəllimin dediklərindən: – O, mənim müavinim iş‑


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
225
lədiyi qısa 2‑3 ay müddətində texniki işçilərdən tutmuş müəl‑
lim‑professor heyyətinin, rəhbərliyin, hamının hörmətini və
rəğbətini qazanmışdır. O, hamıya yaxşılıq, xeyirxahlıq etmək
üçün çalışırdı, çox məsuliyyətli idi, onun gələcək üçün necə
planları var idi. Mənim nəzərimdə o, qeyri‑adi bir insan idi.
Çox heyif, çox təəssüf!
Onun Həsən müəllimlə ata‑oğul münasibəti, eloğlumuz Bu‑
ludxanla səmimi dostluq və qardaşlıq münasibəti hamı tərə‑
findən təqdir edilirdi.
Ömrünün 40 ildən çoxunu müəllimlik sənətinə, təhsilə həsr
etmiş Uğurlu müəllimin dediklərindən: – İbrahimin cismani
yoxluğundan 10 ay keçir. Mənim kiçik qardaşım Buludxan
onun yoxluğu ilə heç cür barışa bilmir. Əgər mən ölsəydim
qardaşım heç vaxt belə sarsılmazdı.
Dostlarının dediklərindən: –İbrahim bizim üçün etibarlı
dost, sədaqətli və qayğıkeş ailə adamı, cibindəki son xərcliyini
hər an bizimlə yarı bölməyə hazır olan bir oğul idi. Üzərimizdə
onun böyük haqqı var. Biz onu heç vaxt unutmayacağıq!
Ölümun üzü soyuq, səs‑sədası isə yüksək olar deyib atala‑
rımız!
Bu müdhiş gözlənilməz xəbər həmin gün mətbuatda, inter‑
net saytlarında dövlət qəzetlərində özünə yer tapdı.
Bir çox qəzetlər – o cümlədən, “Xalq”, “Respublika” , “Azər‑
baycan” qəzetlərində yazılar, başsağlığı, nekroloqlar dərc
edildi.
Bu gün İbrahimin yoxluğu onun əzizlərini hələ uzun müd‑
dət yandıracaq, illər keçəcək, onun yarımçıq qalmış həyat yolu,
arzuları kimlərin xatirində necə yaşayacaq mən onu deyə bil‑
mərəm.
Bildiklərim isə bunlardır: Mən körpəlikdən onu sevirdim,
çünki o mənim babamın adını daşıyırdı. Orta məktəbdə, ali


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
226
məktəbdə oxuyanda, işləyəndə həmişə təklikdə özümün əlim
çatmadığı nəsihətlərimi ona verməyə çalışırdım. Hərdən  yo‑
lumu onun iş yerindən salır, çoxdan görmədiyim  üçün darıx‑
dığımı, ən əsası isə onun nə iş gördüyü ilə maraqlandığım
üçün gəldiyimi deyirdim. O, məni görüb qarşılayanda asta və
ləngərli yerişini unudub, gülən gözləri ilə sürətli addımları ilə
üstümə gələr, öpüşüb bir‑birimizə sarılardıq. Mənə aman ver‑
məzdi, ilk kəlməsində əmi necəsən? – deyərək məni qarşıla‑
yardı. Hal‑əhval tutub, söhbət edib beləcə sağollaşıb ayrılardıq.
Onun xarakterindəki qeyri‑adilik, istiqanlı, qohumcanlı ol‑
ması, hə a tanımadığı adamlara xeyirxahlıq və yaxşılıq etmək
istəyi onun nəslindən –babalarından, atasından ona sirayət et‑
mişdi. Onun bu əməlləri Ulu Tanrının dərgahında qəbul edi‑
ləcəkdir! İnşallah!
Mən uşaq və yeniyetmə olan vaxtımda ömrümdə ən çox
sevdiyim nənəm  Zeynəbin bir kəlamını heç vaxt yadımdan çı‑
xarmıram: A bala, Şükrünüzü dilinizdən heç vaxt buraxmayın!
Mən inanıram ki, İbrahimin yarımçıq qalmış həyat yolunu
və arzularını onun iki oğul övladı – babasının adını vermiş
böyük oğlu Alı və atasının adını daşıyan kişik oğlu Nizami
qeyrətlə davam etdirəcəklər! Mən arzuladığım o günləri öz
gözlərimlə görməyə tələsdiyim üçün bunlara inanıram! 
Hər qaranlıq gecənin bir işıqlı gündüzü olduğu kimi!


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
227
Ağbaba İbrahimov, 
əmisi
Biz onun yeni nailiyyətlərini gözləyirdik
İ
brahim ailənin üçüncü övladı idi. O, lap kiçik yaşlarından
xasiyyəti, davranışları, çalışqanlığı ilə həm yaşıdlarından,
həm də qardaşlarından seçilirdi. Düşüncələri də, hadisələrə mü‑
nasibəti də, sevgisi də fərqli idi. Ailədə ilk ali təhsil alan da İbra‑
him oldu. Təhsili ilə paralel işləməyə də başladı. Atasından,
babasından keçən mərdlik, əliaçıqlıq və səxavətli olmaq xüsusiy‑
yətləri ona çoxlu dost qazandırdı. O, heç yorulmadan araşdırır,
öyrənir, təhsilini davam etdirirdi. Bir neçə universitet bitirdi.
Atası vəfat edəndən sonra anasına ən çox həyan olan, maddi və
mənəvi dayaq olan da İbrahim idi.
Həmişə şən, zarafatcıl, hazırcavab və mehriban idi. Bizi uğurlu
işləri, yenilikləri ilə sevindirərdi. Sumqayıt Dövlət Universitetində
prorektor kimi çalışmağa başlayandan sonra isə bütün potensialını
ora sərf edirdi. Ona tapşırılan işin öhdəsindən layiqincə gəlməyə
çalışırdı. Biz onun yeni nailiyyətlərini gözləyirdik. Heç gözləmədi‑
yimiz qəfil ölüm xəbəri bizi çox sarsıtdı. Təsəllimiz isə az ömrünə
çox böyük işlər sığdırıb, çox böyük uğurlar qazanmasıdır. Ölümün‑
dən sonra qohumlarının, dostlarının qəlbində onun ölümsüzlüq qa‑
zandığını da gördük. Bu xatirə kitabı da bunun bir sübutudur.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə