Kitab-ibrahim-esas Layout 1



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə45/50
tarix28.06.2018
ölçüsü4,35 Mb.
#52323
1   ...   42   43   44   45   46   47   48   49   50

A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
215
medalyon yada düşür. Sonra bilərzik, saat, daha nələr, nələr.
İndi başa düşmüşəm ki, arvadın arzuları çox və sonsuzdur.
Hansını həyata keçirsən, yeniləri dünyaya gəlir. İndi‑indi ba‑
bamı başa düşməyə başlamışam. Arvadın arzuları sonsuzdur.
Bu arzuların dalınca qaçmaq olmaz – çata bilməzsən. Arvadın
dalıyca qaçacaqsan, qaçacaqsan, bir də görəcəksən həyatın so‑
nudur. Sən finişdəsən. Arvadın arzuları isə hələ də startda”.
P.S. Əzizim, İbrahim, baban bu sözləri arvadın, gəlinlərin, qız nə‑
vələrin arzularının dalıyca qaçıb‑qaçıb, finişə çata‑çatda başa düşüb
demişdi. Amma biz səni startda itirdik, həyat yoldaşının, gələcək gə‑
linlərinin, qız nəvələrinin arzuları finişə erkən çatdı.
19.11.2014


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
216
İbrahim, Buludxan, Cavanşir
B
ir İbrahim adlı dostumuz vardı. Niyə dostum yox, dos‑
tumuz dedim? Çünki onu sevən, bu gün də yaddan çı‑
xarmayan Fikrət Rzayev, Məsiağa Məhəmmədi, Eldəniz Elgün,
Seyid Cavanşir, Mehman müəllim, müavinindən daha çox ona
dost kimi baxan Həsən müəllim inciyər məndən. Hələ adını
çəkmədiyim digər dostları demirəm.
Professor Buludxan Xəlilov da bizim İbrahimin dostu idi.
Gündə üç‑dörd dəfə telefonla danışmasa, işdən çıxandan sonra
“Xalq qəzeti”nə gəlib ona salam verməsə evə getməzdi.
Bağda yaşadığım vaxtlar idi. Qış axşamlarının birində İbra‑
himin iş telefonuna zəng etdim:
‑ İbrahim, salam.
‑ Salam, Maka.
‑ Yaxşı borş bişirmişəm.
‑ Gəlirik.
İbrahim mənim bişirdiyim üç yeməyə etiraz edə bilmirdi.
Biri kabab çəkməyimə, ikinci bişirdiyim borşa, bir də kartof,
motal pendirin qırıntısı qatılmış vermişel‑plova. Lap vacib işi
olsa belə, atıb bizə gəlməliydi. Demə mən zəng edəndə Bulud‑
xanla Cavanşir də otaqdaymışlar. İbrahim də tez kreslosundan
sıçrayaraq “Buludxan, Cavanşir getdik bağa, Mahir yaxşı borş
bişirib” deyir. Bunu eşidən Buludxan üzünü turşudub deyir:
“Nə? Borş?”.
Etiraz etməyinə baxmayaraq, İbrahim onu “sən də “Şama‑
xinka"da düşüb gedərsən evə” bəhanəsiylə mindirir maşına.
Üz alırlar Masazıra. Sükanın arxasında da Cavanşir olur. Yol
boyu İbrahim ha illah eləsə də ki, “ay Buludxan, Mahirin


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
217
borşu, sən yediyin borşlardan deyil. Gəl gedək sən də... Peş‑
man olmazsan” desə də, Buludxan razılaşmayıb ki, razılaşma‑
yıb. Mənim bişirdiyim borşun əleyhinə hələ bir‑iki “antisovet”
söz də söyləyib, lağa qoyub. “Mən plov yemirəm ki, bığım
yağa batar, indi gecə yarısı gedib kakoy‑to borş yeyəcəyəm?”
deyərək. Beləcə gəlib çıxıblar “Şamaxinka”ya.
Birdən İbrahim Cavanşirə deyib ki, “saxlama, sür birbaşa
Masazıra”. O da basıb qaza. Bundan sonra Buludxanın etiraz
səsləri bir az da qalxıb. Amma nə tövr eləsə də, Cavanşirə ma‑
şını saxlatdıra bilməyib. Cavanşirin seyid cəddindən qorxaraq
“cəddivə qurban olum” deyərək oturub sakitcə.
Mən isə süfrəni açıb bunları gözləyirəm. İri qazan borş, ya‑
nında ev tutmaları, zoğal arağı, xama, təndir çörəyi. Bir də eşit‑
dim ki, darvazanın ağzında maşın dayandı. Səs‑küy qalxdı.
Bildim ki, gəldilər. Qaça‑qaça darvazanı açmağa gedirdim ki,
Buludxanın səsi lap zilə qalxdı. Əvvəl başa düşmədim nə mə‑
sələdir. Yavaşca qapını açdım. Buludxanın arxası mənə tərəf
idi. Ona görə də hiss etmirdi ki, onu mən də eşidirəm. Amma
İbrahimlə Cavanşir məni görürdülər. Buludxanın “çıxış”ını
kəsmirdilər ki, mən də eşidim:
‑ Borş. Nə borş? Gecə vaxtı da borş olar. Heç olmasa kabab
olsaydı deyərdim hə. Yoxsa ki, borş. Mahir nə borş bişirəcək
ki, hələ bir şəhərdən basa‑basa gəlmişik bu boyda yolu...
Birdən Buludxan İbrahimlə Cavanşirin gülməyindənmi
şübhələndi, ya arxasında hənir hiss etdi. Arxaya çevrildi.
Gördü ki, mən dayanmışam. Tez valı dəyişdi:
‑ Salam, canik. Necəsən? Borş hazırdır?


A Ğ L I N   Z İ R V Ə S İ N D Ə   S Ö N Ə N   B İ R   Ç I R A Q
218
Çay, şokolad, viski, qonaqlıq
İbrahimlə Buludxanın qəribə bir dostluğu vardı. Araların‑
dakı ərk isə ikiqat artıq idi. (Mən ondan geri qalmırdım) İbra‑
himin kabinetinə girən kimi:
‑ İbrahim, bu nədir, qonaq gəlib, çay gətizdir.
Çay gəlirdi. Bu dəfə şokolad yada düşürdü. İbrahim şkafı
açıb bahalı şokoladlardan götürüb doldururdu qənddana.
Sonra qonaqpərvərliklə göz vuraraq “professor, yaxşı viski də
var, süzüm?” deyəndə, Buludxan “çox yox. İyirmi‑iyirmi”
deyə cavab verərdi. İyirmi sonra yuvarlaqlaşıb “yüz” olurdu.
Buludxan Xəlilov Azərbaycan Pedaqoji Universitetinin Fili‑
logiya fakültəsinin dekanı, professordur. Pedaqoqdur. İşdə o
qədər ciddidir ki, üzündən...
Günlərin bir günü universitetin yanından keçəndə İbrahim
dedi ki, gəl Buludxana dəyək. Demə məqsədi varmış. Məni də
əvvəldən xali etdi ki, “alova nöyüt töküm”. Girdik binaya,
qalxdıq 3‑cü mərtəbəyə. Girdik dekanlığa. Otağa girən kimi:
‑ Professor, bu nədir, qonaq gəlib, çay gətizdir.
Mən isə “Yanında da moskovski şokolad” deyə əlavə etdim.
Buludxan da narahat halda, o biri otaqda olan işçilərinin, tə‑
ləbələrinin eşitməsindən ehtiyatlanaraq:
‑ İbrahim, qadan alım. Bura universitetdir e, təhsil ocağıdır.
Burda belə şeylər olmur.
‑ Viski də...
‑ İbrahim, viski nədir. Bura məktəbdir e, məktəb.
‑ Başa düşmədim. Onda belə çıxır ki, mənim otağım çayxa‑
nadır? Vsyo, sən gələndə mən də sənə çay verməyəcəyəm.
‑ İbrahim, qadan alım, sən jurnalistikaya baxma. Orda ayıb
sayılmır. Amma biz tələbələrə təlim‑tərbiyə veririk.


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə