Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
56 
 
bizdən  əl  çəkdilər.  Əgər  Zabit  Məmmədovun  xüsusi  vəsiqəsi  olmasaydı  Allah 
bilir başımıza nələr gələcəkdi. 
Bizim  Zabit  Məmmədovla  46  illik  dostluğumuzun  bünövrəsi  belə 
qoyulubdur.  Yaxşı  tələbə  yoldaşı,  yaxşı  dost,  yaxşı  dildar  insan  ömrünün 
bəzəyidir.  Özü  də  həmin  yaxşı  əlamətlərin  hamısını  daşıyan  dost  elm  adamı 
olanda  insanın  həyatını,  ömür  yolunu  daha  da  zinətləndirir.  Biz  o  zamanlar 
institutumuzun yuxarı kursunda oxuyan əlaçı tələbələrini özümüzə örnək hesab 
edirdik. Zabitlə yanaşı şərəf lövhəsində şəkilləri olan Malik Cəbrayılov (hazırda 
professordur, prorektor vəzifəsində çalışır), Raya Mursaqulova (hazırda ADPU-
nun görkəmli alimlərindən biridir) kimi tələbə yoldaşlarımızla fəxr edirdik. Bu 
fəxarətin  nəticəsi  idi  ki,  yaşadığımız  1  saylı  yataqxananın  böyük  bir  əlaçılar 
heyəti  yaranmışdı.  Bizim  kursumuzda  Böyüş  Hüseynov  (təəssüf  ki,  o,  elmə 
gəlmədi),  Tərlan  Novruzov  (hal  hazırda  professordur),  Ramin  Əhmədov 
(Universitetin  görkəmli  alimlərindən  biridir),  Qərib  Məmmədov  (professordur, 
hazırda Torpaq və Xəritəçəkmə Komitəsinin sədridir), Xəlil Fətəliyev (sonralar 
pedaqoji  elmlər  doktoru,  professor  oldu,  məzarı  nurla  dolsun)  kimi  tələbə 
yoldaşlarımızla  bərabər  biz  Zabit  Məmmədovun  qazandığı  mövqeyə  həsəd 
aparıdıq.  Axı,  bu  mövqeyə  can  atmaq  bizim  hamımızı  elmin  zirvələrinə  doğru 
yürüş  etməyə  səsləyirdi.  Bütün  aşağı  kurs  tələbələri  Zabit  kim  sadə,  çalışqan, 
təvəzökar, işgüzar, əməksevər, halallıqsevər, inadkar, mübariz oimaq istəyirdi... 
Zabit  müəllim  böyük  dəyanət  sahibi  idi.  Mən  dəfələrlə  onu  rektoru 
olduğum  universitetdə  müvafıq  vəzifə  aparmağa  dəvət  etmişəm.  Həmişə  "bura 
mənim  doğma  ocağımdır"  deyə  bütün  vəzifələrdən  imtina  etmişdir.  Hətta 
sonuncu  dəfə  onu  rektoru  olduğum  Azərbaycan  Universitetinə  elmi  işlər  üzrə 
prorektor  vəzifəsinə  dəvət  etdim.  Yenə  də  "Yarım  əsrə  bərabər  bir  zaman 
kəsiyində  təhsil  aldığım  və  çalışdığım  doğma  ocağımdan  uzaqlaşa  bilmərəm. 
Siz  yaxşı  bilirsiniz  ki,  bu  universitet  mənim  doğma  ocağımdır"  deyə  cavab 
verdı. 
Bəli,  belə  insanları  yad  eləmək,  Zabit  Məmmədov  kimi  dostları,  özü  də 
alim dostları xatırlamaq, onların mənəvi keyfıyyətlərindən  fəxarətlə söz açmaq, 
onların  xoş  əməlləri  haqqında  danışmaq  onları  həm  ədəbiləşdirir,  həm  də 
gələcək nəsillər üçün əsil örnək şəxsiyyətlərə çevririr. 
 
 
 
 
 
                                                                                  
 
 
 
 
 
 
 
 


 
57 
 
 
 
 
 
 
 
 
 
 
 
Himalay Qasımov 
                                                            Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
                                               “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının 
                                        müdiri, filologiya üzrə elmlər doktoru, professor 
Dost itkisinin könül ağrıları! 
Zabit Teymur oğlu Məmmədovla mənim ilk tanışlığım 1962-ci ildən başlayıb. 
Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (keçmiş APİ-nin) tarix-filologiya 
fakültəsinin ikinci kursunda, o, birinci kursunda təhsil alırdı. Mənim Zabitlə yaxın-
laşmağıma  səbəb  olan  çeşidli  amillər  var  idi.  İlk öncə  mən  Zabitin özünəməxsus 
müsbət  aurasını  vurğulamaq  istəyirəm.  İkincisi  mənim  seçimimimdə  onlarla  eyni 
kursda təhsil alması, sıx görüşlər məni Zabit  və onun yaxın çevrəsilə hədsiz yaxın-
laşdırdı və deyərdim ki, bir mənada doğmalaşdırdı. O dövrdə hər ikimiz fakültənin 
və institutun ictimai işlərində fəal çalışırdıq. Bünövrəsi 60-cı illərin əvvəllərindən 
qoyulan bu dostluq əziz qardaş sandığımın cismani həyatın sonlarına qədər davam 
etdi. 
Zabit Məmmədov hələ tələbəlik dövründə fərqlənən, çoxminli institut kollek-
tivinin dərin hörmətini və etimadını qazanmış gənc bir şəxsiyyət idi. Erudisiyası,
 
intellekti zamanla addımlamaq, uzağı görə bilmək, məqamı dürüst anlamaq, insan-
ları  olduğu  kimi  dərk  etmək  kirdarı  vermişdi.  Mehribanlıq,  səmimiyyət,  təbiilik 
onun ruhunda, canında idi. Son dərəcə humanist, ədalətli, obyektiv, mərd və mər-
həmətli  insan  idi.  Haqsızın  -  haqlıya  üstün  gəlməsinə  dözməzdi  və  hər  vəchlə 
bunun  qarşısını  alardı.  Onunla  mən  dəfələrlə  birgə  qəbul  imtahanlarında  iştirak 
etmişik.  Ən  gərgin  və  dramatik  məqamlarda  onun  biliyi,  ədaləti  uca  tutduğunun 
şahidi olmuşam. Bütün bunlar onun son dərəcə halal adam olduğunu sübut edirdi. 
Hansı vəzifədə çalışmasından asılı olmayaraq o sözün əsl mənasında yüksək əyarlı 
insan  idi.  Bu  “idi”lər  məni  daxildən  kövrəldir.  Çünki  o  amal  və  əməl  sahibi  idi. 
Mənən  və  ruhən  bizimlədir.  Cismani  olan  isə  keçici  və  ötəridir.  Yuxarıda  qeyd 
etdiyim  kimi  amalı  və  əməlləri  bu  gün  yaşarlığını,  diriliyini  aydın  şəkildə 
görükdürür.  Son  qırx  ildə  elə  bir  görüşümüz  yadıma  gəlmir  ki,  biz  qucaqlaşıb 
öpüşmədən ötüb keçək, övladlarımızdan, ailəmizdən soraq tutmayaq. Elə olmayıb 
ki,  biz  görüşək,  tələbə  yoldaşını  soruşmasın,  mənim  salamımı  yetir  deməsin.  Bu 
diqqət, bu ehtiram təqdir olunandır və Zabit Məmmədovun bitib-tükənməz insani 
keyfiyyətlərinin  dilə  gətirə  bilmədiyimiz  milyonda  bir  hissəsidir.  Birlikdə 
keçirdiyimiz  sevimli  günlərimiz  çox  olub.  Övladlarımızın  xeyir  işlərində  birgə 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə