15
göndərə. Şəki əhli böyük, kiçik yığılıb, mənim atam Fətəli xanın üstünə cəm olub,
andlar içib, bərk ittifaq edib, tarixi islamiyyə min iki yüz on doqquzda olanda xan
edərlər. İki-üç ay xanlıq elər. Və Mustafa xan görər ki, elədiyi əmələ gətirə bilməz
və Fətəli xanın yanına adam göndərər və dostluq elər ki, oğlun da göndərsin və bir
neçə vaxt yanımda qalsın. Mən də kiçik idim. Atam məni Şirvana göndərdi. Mən
gedən vaxt Səlim xanı Mustafa xan Ağdaş mahalına göndərdi. Ağdaşda bir neçə
gün qalandan sonra Şəki bəylərindən iki-üç adam Səlim xana dil verər. Səlim xan
da xəbərsiz bir gecə, atlanıb gələr. Fətəli xan xəbərsiz, and içibdirlər, nə bilsin ki,
bir neçə bəy xəyanət elərmiş. Səlim xana dil verən bəyin birinə qalanın qapısını
tapşırır. Qapıda duran bəy Səlim xan gələn kimi, qapını açıb qalaya salır. Yuxarıda
yazılan tarixdə Səlim xan genə Şəkidə xan olur. Bir il yarım xanlıq elər. Və (o)
vaxt ki, Qarabağlı İbrahim xan dönüb, Rusiya qoşunu onun ilə dava eləyib,
İbrahim xan öləndə Səlim xanın bacısı da orada ölür. Səlim xan bu işdən küdurət
eləyib, yaxındakı Rusiya qoşunundan bir neçə adam öldürür. Səlim xanın bu
xəyanətindən öz yanında olan sərdar valatəbar qəzəbnak olub. Nebolsin yanaral bir
para Rusiya qoşunu ilə Səlim xanın üstünə göndərir. Səlim xan bir az dava eləyib,
bacarmaz, çıxıb Qızılbaş tərəfinə qaçar. Nebolsin yanaral bu vilayətin ixtiyarın
genə Fətəli xana verir. Amma xoylu Cəfərqulu xan Şəki vilayətin padşahi-aləm
pənahdan istəyib, padşah da ona veribdirmiş. Sonra tarixi islamiyyə min iki yüz
iyirmi birdə olanda Cəfərqulu xan padşahın əmri ilə Şəki vilayətində xan oldu.
Mən də Cəfərqulu xan əyyamı Şəkiyə gəldim. Təhrirən fi 20 (zil) qə'dətü-l-həram
1244 (24-Y-1829).
Hacı Çələbinin nəsli bu tərz ilə
Hacı Çələbi xan
Həsən ağa
Ağakişi bəy
Hüseyn xan
Bala Hacı xan
Mahmud ağa
Məhəmmədhəsən xan, Fətəli xan, Səlim xan
Kərim xan
Abdulla ağa,
Əbdülrəhim ağa,
Haşım ağa
Hüseyn ağa,
Hacı xan,
Səlim xan
17
HACI SEYĠD ƏBDÜLHƏMĠD
ġƏKĠ XANLARI VƏ ONLARIN NƏSĠLLƏRĠ
Piran-i kühənsal
11
sələflərin rəvayət və ixbaratlarından mənqul
12
olunubdur ki, 848 sənəyi islamiyyədən müqəddəmdə
13
Şəki vilayətində
müstəqillən hakim və xan olmayıb, ancaq kəndxuda və riş-i səfid
14
səlah və
tədbirlərilə ümüratların
15
dolandırıblar. Haman tarixdə Candar Qara Keşiş oğlu
müsəlman olub, adını Əlican qoyubdur. O vaxtlarda İran vilayətlərinin əmirlərinin
əskərləri Şəkidə xan və hakim olmadığından şəbxun
16
gətirib, qarət və çox əsir
aparırlarmış. Əlican çox aqil, kardan, şəci
17
şəxs imiş. Noxunun və Şəkinin
camaatları ittifaq edib, İran qarətgərlərinin şərrlərindən əmin olmaqdan ötrü
Əlicanı Noxuda hakimi-zümdə
18
edib, xan təyin edibdirlər ki, Şəki vilayətini
mühafizə edib, ümuratlarını dolandırsın. Bu da əhsan surətdə dolandırıb. 861
(1456-57)-ci sənədə vəfat edib. Oğlu Qotul nam (adlı) onun məqamında
19
xan
olub, vasitələrlə İran şahından xanlıq fərmanı da alıb, Şəki vilayətində xanlıq
edibdir....
20
sənədə vəfat edib, oğlu Zəki xan adlı xan olubdur. Bu da... sənədə vəfat
edib, oğlu Həsən Sultan onun məqamında xan olubdur. Sonra Tiflis valisi Əlvənd
xan
21
ilə Həsən Sultanın mabeynlərində
22
ədavət peyda olub, neçə illər Əlvənd xan
qoşun gətirib, Həsən Sultan ilə cəngə gəlib, İran şahı Şah İsmayıl Həsən Sultana
ianə edib, Əlvənd xan Həsən Sultana qalib ola bilməyib, müraciət edib. Şah
İsmayılın vəfatından sonra Əlvənd xan külli qoşun götürüb, Həsən Sultan ilə cəngə
gələn vaxtda Həsən Sultan da Şəki vilayətinin qoşunlarını cəm edib, Əlvənd xanın
qarşısına gedib. Car vilayətindən Padar kəndinin pişgahında
23
cəngləri vaqe olub,
Həsən Sultan məqtul olub
24
, qoşunları da məğlub olubdur. Əlvənd xan da müraciət
edib, Tiflisə gedibdir. Həsən Sultanın nəşin gətirib, Daşüzlə mövsüm yerdə dəfn
edibdirlər. Oğlu Dərviş Məhəmməd xan atasının məqamında 914 (1508-09)-cü
sənədə xan olub, İran şahı Şah Təhmasib Şah İsmayıl oğluna itaət etməyib,
11
.
Qocaman.
12
. Nəql.
13
.Qabaq.
14
. Ağsaqqal.
15
.İşlərin.
16
. Gecə basqını.
17
.Şücaətli.
18
.Seçilmiş.
19
.Yerində.
20
.Əlyazmasında burada və bir çox başqa yerlərdə tarix göstərilməmişdir.
21
. Levond xan olmalıdır.
22
.Aralarında.
23
.Qabağında.
24
. Öldürülüb.