Hacı Mirfazil
102
hərəkət qeyri-adi idi. Mən Calal ağaya dedim
ki: “Ağa, sənə nə olub? Nə yadına düşüb?”
O isə mənə belə cavab verdi: “İsmayıl, mən
gedirəm, bu bizim son görüşümüzdü, geri
döndüm ki, halallaşaq”. Mən onun nə dediyini
başa düşmədim. Elə bildim ki, ağa harasa səfərə
gedir. Elə biz oradaca evin qabağında onunla
ayrıldıq. Bu hadisədən üç-dörd gün keçmişdi
ki, mən başqa bir yerdə işdə işləyirdim, ev
tikirdik. Bizə xəbər gəldi ki, Calal ağa rəhmətə
gedib. Bu xəbər mənə çox pis təsir etdi, az qala
divarın başından yerə yıxılmışdım. Əlimdəki
daş baltası yerə düşdü. İsmayıl kişinin oğlu
Fərhad deyirdi ki, atam bir il hər namazdan
sonra Calal ağa üçün ağlayıb və onun ruhuna
ölənə qədər dua oxuyurdu. Allah hər ikisinə
rəhmət eləsin. Amin!
Həzrət Məhəmməd (s.ə.v) buyurub: “Qi-
yamət günü möminin əməl tərəzisinə xoş
xasiyyətindən üstün olan bir şey qo
yul-
mayacaqdır”.
Calal ağanın dostlarından biri də Allahyar
kişidir. Anam deyir ki, ağanız evə gəlib, dedi
ki: “Uşaqlardan birini göndər gedib Səttarı
çağırsınlar”. Səttar əmimə xəbər çatan kimi o,
tez-tələsik bizə gəldi, bu xəbər seyidlər arasında
tez yayıldı. Onların hamısı bizə gəlmişdilər.
Sonra kimsə gedib Mamed həkimi də gətirmişdi.
O da ağamı müayinə edib dedi ki, elə bir şeyi
Sədərəyin Seyidlər ocağı
103
yoxdu, Şərur rayonuna xəstəxanaya aparmaq
lazımdır. Ancaq Səttar əmim çox narahat idi.
Onlara etiraz etdi ki, mütləq Calalı Naxçıvana
cərrahiyyə şöbəsinə aparmaq lazımdır. Ağam
və əmilərim deyirdilər ki, Mamed həkimdən
ayıbdı, onu elə Şərura aparaq. Belə də elədilər.
Maşının gəldiyini xəbər verdilər. Hazırlıq
gördülər, ağanın yanında rəhmətlik Narey və
Nini bibilər oturmuşdu. Ağam bir az dikəldi və
öz gödəkcəsini istədi. Rəhmətlik Narey bibim
qalxdı ki, gödəkcəni gətirsin, ağam isə dedi, heç
kəs gətirməsin, qoy gödəkcəni Fazil gətirsin.
Onda mənim 8 yaşım var idi. Mən tez qaçıb o biri
otaqdan ağamın qara rəngdə olan gödəkcəsini
taxtın üstündən götürüb gəldim. Bu anı heç vaxt
yadımdan çıxarmaram. Mən gödəkcəni gətirib
ağama vermək istədim. O isə gödəkcənin bir
tərəfindən tutdu, o biri tərəfi isə hələ də mənim
əlimdə idi. Ağam mənim gözlərimə baxırdı, mən
də onun qapqara olan gözlərinə baxdım. Bir də
gördüm ki, onun o qara gözləri yaşla dolubdur.
Elə bu an o məni qucağına bərk-bərk basdı. Mən
də onun boynunu qucaqladım. İkimiz də ata-
oğul ağladıq, sonra isə kömək etdik ki, maşına
minsin. Bu onun evdən sonuncu gedişi idi. Onu
xəstəxanaya yola saldıq. Ağam evdən çıxandan
iyirmi dörd saat sonra rəhmətə getdi.
Rəhmətlik Allahyarov Allahyar ağamın
vəfalı dostlarından idi. O, deyirdi ki, mən
Hacı Mirfazil
104
xəstəxanada Calalın yanında idim. Günortaya
yaxınlaşmışdı, saat düz birin yarısı idi. Mən
ağaya təsəlli vermək üçün ordan-burdan söz
açıb danışırdım. O isə tez-tez divardakı saata
baxırdı. Mən ona deyirdim ki: “Ağa, niyə saata
elə tez-tez baxırsan?” Ağa mənə cavab verdi ki:
“Allahyar, namaza görə narahatam. Allah-təala
imkan versin ki, mən namazımı qılım”. Mən isə
ona yenə ürək-dirək vermək məqsədilə dedim
ki, inşallah, sən hələ çox namaz qılacaqsan.
Saat birə on dəqiqə qalmışdı. Ağa mənə dedi
ki, Allahyar, dur mənə kömək elə dəstəmaz
alım. Mən də onun qolundan tutub ona kömək
etdim. Ağa da durub dəstəmaz aldı, sonra isə
canından çox sevdiyi namazını qıldı. Elə o
namaz əs nasında Allahın rəhmətinə qovuşdu.
Həzrət Məhəmməd (s.ə.v) buyurub: “Allah
öz gənc liyini Allaha itaətlə həsr edən cavanı
sevər”.
İnsanın həyatı təbii şəkildə ehtiyaclarla
müşahidə olunur. İnsanların ehtiyaclarını
ödəyə biləcək yeganə mövcud Allah-təaladır.
O, öz müqəddəs kitabında belə buyurur: “Ey
insanlar, siz Allaha möhtacsınız, Allah isə
möhtac deyildir. Və hər cür şükürə və tərifə
layiqdir” (Fatir surəsi, 15-ci ayə).
Ona görə də Allahın dostları daim onun
dərgahına əl açmış vəziyyətdədirlər. Onlar
Allahın sonsuz qüdrətindən faydalanmaqla öz
Sədərəyin Seyidlər ocağı
105
istəklərinə çatırlar. Belə insanlar axirət görüşünə
qədər Allahın zikri ilə məşğul olur və qəlbini bu
zikr vasitəsilə işıqlandıraraq öz ruhunu Rəbbinin
dərgahına pərvaz edirlər. Məhz Calal ağa belə
mömin bəndələrdəndi ki, o, həyatının son
anlarında belə öz Yaradanının zikri ilə məşğul
olub. Belə mübarək ölüm Allahın hər bəndəsinə
nəsib olmur.
Mircalal ağanın altı övladı Seyidlər ocağına
yadigardır. Onun övladları Cəmilə, Mirkazım,
Səmilə, Mirfazil, Miryaqub və Mürsəl. Ağanın
oğlan nəvələrindən Mircalal, Mircamal,
Mirkamal, Fatimə, Yaqut, Günay, Murad,
Erol, Elvin və Malik. İnşallah, bu balalar da
öz babaları kimi şərəfli ömür yaşayar və öz
ocaqlarına layiqli övlad olarlar.
Bu kitabın tərtibatında oğlum Mircamalın
xüsusi əməyi var. Allah-təala ondan da razı
olsun. Allah bizim qəlbimizi hidayət nuru ilə
daha da nurlandırsın. Amin!
Hacı Mirfazil
106
* * *
M
M
irağa ağanın 3-cü övladı Mirsəc cad
ağadır. O, 1889-cu ildə Sə dərək kən-
dində anadan olmuşdur. Bu uşağın dünyaya
gəlməsi Mirağa ağanı çox sevindirmişdi. Elə
ona görə də onun adını cəddi İmam Səccad (ə.s)
adından qoymuşdur. Mirağa ağa bu övladına
çox maraq edir, onun sağ lam böyüməsinə
fikir verirdi. Mirsəccad bö yüdükcə atasından
tərbiyə alır, ondan ədəb-ərkanı, əxlaq və dini
məsələlərin incəliklərini öyrənirdi. Mirsəccad
ağa mömin ailədə bö yüyürdü. Çünki bu ailənin
danışığı, qəzəbi, məhəbbəti Allaha görə idi.
Mirsəccad ağa yaxşı bilirdi ki, dünyada özünü
Allah-təalanın əmirləri qarşısında təslim edən
şəxs izzət və şərafət tapar. İzzəti və şərafəti
olan şəxs də heç vaxt zalim qarşısında əyilməz.
O, hələ lap gənc yaşlarında atası Mirağa ilə
birlikdə ibadət edir, dini məsələləri dərindən
öyrənirdi. Mirsəccad ağa şücayət, səbr, dözüm,
ürəyi açıqlıq, xoşxasiyyətlik və güzəştə getmə
xüsusiyyətlərini öz ata babalarından irs al-
mışdı. Mirsəccad ağa öz qardaşları Mir yaqub
və Qəzənfər ağa ilə bir likdə tə sər rüfat işlərində
atalarına kömək edir, boş vaxtlarında isə dini
məsələlər öy
rənirdilər. Hz.Əli (ə.s) necə də
gözəl buyurub: “Bu dünya bir əkin sahəsinə
Dostları ilə paylaş: |