Hacı Mirfazil
94
necə də Allahdan qorxan, öz nəfsinə hakim
olan bir insandır. O, sadəcə Allahın bir sevimli,
layiqli bəndəsi idi. Amma Allaha müti (təslim)
olduğundan elə bir əzəmət və izzət əldə etmişdi
ki, onunla qarşılaşanlar ona həqiqi bir seyid
kimi, mömin bir insan kimi ehtiram və hörmət
edirdilər.
İmam Məhəmməd Baqir (ə.s) buyurub:
“Təqvalı mömin şəxs dağdan da möhkəm olar,
əgər istəsən bir şey qopardasan, çətin olsa da
qopara bilərsən, amma hər nə qədər çalışsan da
möminin qəlbindən, imanından, Allaha olan
eşqindən bir şey azaldıb xaric edə bilməzsən”.
Mircalal ağanın ən böyük və yaddaqalan
kəraməti Şahbuz rayonunda dağlarda baş
verib. Belə ki, o vaxt kasıbçılıq olduğu üçün
kənddən bir neçə insan Şahbuz rayonundakı
dağlara gedib, orada bitən otlardan yığıb
gətirərdilər. Həmin otları aparıb Ermənistanda
ərzaqla dəyişdirərdilər. Əvəzində isə kartof,
soğan və s. qida məhsulları alıb gətirərdilər.
O vaxt Mircalal ağanın bir motosikleti var
idi. Ağanın yoldaşları İsa və Cəlil kişi də öz
motosikletləri ilə axşamdan yola çıxardılar.
Səhər sübh açılanda dağlara çatardılar.
Səfərlərinin birində gəlib dağın ətəyinə
çatırlar. Axşamdan dağlara çoxlu yağış
yağıbmış. Mircalal ağa öz yoldaşlarına deyir ki,
sübh namazının vaxtıdı, bir az səbr edin, məni
Sədərəyin Seyidlər ocağı
95
gözləyin, mən namazımı qılım, sonra yolumuza
davam edərik. Ağa namaza başlayanda onlar öz
aralarında bir-birinə deyir ki: “Calalın namazı
çox çəkəcək, biz bunu tanıyırıq, gəl biz gedək,
o, sonra arxamızca gələr. Çünki, dağlara yağış
yağıb, burada çox gözləsək, sel-su gələ bilər,
sonra bu yeri keçə bilmərik”. İsa və Cəlil kişi
bu fıkirlə Mircalal ağanı orada qoyub yollarına
davam edirlər. Calal ağa namazı qurtarıb dualar
etdikdən sonra görür ki, yoldaşları yoxdu.
Yerindən qalxıb motosikleti işə salır və dərəni
yenib sudan o biri taya keçmək istəyir. Lakin
dərənin ortasında motosiklet birdən-birə sönür,
işləmir. Ağa elə bilir ki, motorun üstünə su
düşüb. Tez motoru işə salmaq istəyir. Ancaq nə
edirsə motor işə düşmür. Bu vaxt başını qaldırıb
görür ki, dağların ətəyindən sel-su gəlir. Özü
də elə sel ki, özü ilə böyük ağac kökləri gətirir.
Sel gəlib motosikletin altından keçir. Su o qədər
çox və güclü olur ki, ağa görür motosikleti su
aparır. Calal ağa deyirdi ki: “Bu vaxt mən özümü
motosikletin üstünə atdım ki, bəlkə mənim
ağırlığım motosikleti saxlasın. Baxdım ki, elə
mən qarışıq su ikimizi də aparır. Onda başımı
qaldırıb belə dua etdim: “İlahi, səni and verirəm
həzrəti Abbasın hörməti xatirinə, mənə kömək
ol”. Bir anın içində heç özüm də bilmədən necə
oldu gözümü açıb gördüm ki, suyun o biri
tayındayam. Mən motosikletin üstündə uzanaqlı
Hacı Mirfazil
96
halda idim. Bir də gördüm başımın üstündə
qara rəngdə gözəl bir at dayanıb. Üstündə
də üzü bağlı, gözləri qara, uca boylu, gözəl
bir oğlan dayanıb. Mən bu hadisəyə görə çox
təəccübləndim. Dilim-ağzım söz tutmadı ki, bir
söz deyib danışım. Bu an atın üstündəki oğlan
mənə belə dedi: “Mircalal, motorun üstündəki
çöpləri təmizlə, yoxsa motor işə düşməz”. Mən
dönüb motora baxdım, birdən özümə gəldim.
Qəlbimdə özümə sual verdim ki, ilahi, görən
bu Həzrəti Abbas (ə.s.) ağadır? Geri dönüb
baxdım ki, heç kəs yoxdur.
Bu hadisədən sonra Calal ağa geri – evə
qayıdır. Anam Fatimə deyir ki: Ağanız gəldi.
Həyətdə bir qara qoçumuz var idi. Onu tez
qurban kəsdi və qonşulara payladı. Bu hadisəyə
görə düz 7 gün danışmayıb. O, yalnız namaz
vaxtı durub namazını qılardı, sonra sanki
susmaq orucu kimi yerində uzanardı.
Mircalal ağa yaxşı bilirdi ki, imanı
gücləndirməyin ilkin şərti səmimi qəlbdən
istəyin güclənməsidir. Yəni bunu qəlbən
istəməkdir. Allahın vacib buyurduğu əməlləri
vaxtında və qüsursuz eşqlə əta etməkdir.
O gün Mircalal ağanın eşqlə qıldığı o iki
rükət sübh namazı onun dadına çatdı. Əziz
Peyğəmbərimiz Məhəmməd (s.ə.v.) bu haqda
belə buyurub: “Allaha diqqətlə qılınan iki
rükət namaz, Allahdan qəflətdə qılınan min
Sədərəyin Seyidlər ocağı
97
rükət namazdan üstündür”.
Mircalal ağanın heç bir elmi savadı yox idi.
Ancaq o yaxşı bilirdi ki, iman və iradə təkcə elm
və mərifət yolu ilə yaranmır. İman və iradəni
qazanmaq üçün təkrara da ehtiyac var. İnsan öz
ruhiyyəsini və mənəviyyatını gücləndirmək üçün
bir sıra təkrarları yerinə yetirmişdir. Mircalal
ağa yaxşı bilirdi ki, vacib namazın beş vaxt
təkrar təyin olunmasının fəlsəfəsi də budur. Gün
ərzində ibadətin təkrar olunması möminlərin
iradəsini qüvvətləndirir. Həzrət Əli (ə.s)-dan
soruşurlar: “İman nədir?” Həzrət onlara belə
cavab verir: “İman bunlardan ibarətdir: Allahı
qəlbən tanıyıb, dilində etiraf etmək və bütün
vücudu ilə ruhən və cismən Allahın əmrini qəbul
edib ona əməl etməkdir”.
Həqiqətən Mircalal ağa Allahı qəlbən tanıyıb,
onun varlığına iman edib ruhən və cismən Uca
Rəbbinin itaətində bacardığı, gücü çatdığı qədər
xidmət edib.
Mütəal Allah öz müqəddəs kitabı Qurani-
Kərimdə belə buyurub: “Hər kim Rəbbinin
hüzurunda durmaqdan qorxmuş və nəfs
istəklərindən qorunmuşdusa, həqiqətən onun
yurdu cənnətdir (Naziat surəsi, 40-cı ayə)”.
Mircalal ağanın Sədərək camaatı içəri-
sində böyük hörməti var idi. Hamı ona bir əsl
seyid kimi, bir mömin dindar kimi ehtiram
edərdi. Ağanın mömin dindar dostları çox idi.
Dostları ilə paylaş: |