Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

              Hacı Mirfazil 
78
qərarına gəldim ki, daha çox insana kömək 
edim. Həzrəti Peyğəmbər (s.ə.v) buyurur: 
“Elmin fəziləti ibadətin fəzilətindən çoxdur”.
Mirabbas müəllim 50 ildən artıq bu yolda 
çalışmışdır. Yetişdirdiyi yüzlərlə 
həkim, 
müəllim, aqronom, mühəndis, müxtəlif peşə 
sahibləri bu gün də o fədakar insanın ruhuna 
dualar oxuyur və onu xoş xatirələrlə yad 
edirlər. 
İmam Sadiq (ə.s) necə gözəl buyurub: 
“Böyüklərimizə ehtiram göstərməyən, kiçik-
lərimizə isə rəhm etməyən kəs bizdən deyildir”. 
Mirabbas ağa yaxşı müəllim kimi işlədiyi 
dövrdə  məktəbin ictimai işlərində  də  fəal 
iştirak edir və praktiki konfranslarda qabaqcıl 
təcrübədən öz metodikasında istifadə edərdi. 
O, həm də alovlu vətənpərvər və gözəl şair idi. 
O, asudə vaxtlarında vətənə, xalqa aid şeirlər 
yazmaqla məşğul olardı. Mirabbas müəllimin 
ən böyük xidmətlərindən biri bu idi ki, kimya 
üzrə testdə min suala min cavab yazmışdır. Bu 
Naxçıvan Muxtar Respublikası müəllimləri 
arasında böyük rəğbətlə qarşılanmışdı. 
Həzrət Əli (ə.s) buyurmuşdur: “Elm və bilik 
var – dövlətdən üstündür. Elm səni saxlayar, 
var-dövləti isə sən saxlayarsan”.
Mirabbas ağa Seyidlər ocağının fəxri idi. 
Onu hamı sevər və hörmətini saxlayardılar. 
Mirabbas ağa ömrünün 79-cu ilində  Sədərək 
kəndində 2008-ci ilin noyabr ayının 20-də cümə 


Sədərəyin  Seyidlər ocağı
79
günü gözünü əbədi yumdu. Allah əmimə rəhmət 
eləsin. Amin!
Mirabbas  əmimin 7 övladı olub - Yəhya, 
Sitarə, Gülarə, Asəf, Südabə, Qəndab və Yusif. 
Ağanın oğlan nəvələrindən Ceyhun, Elnur, 
Tural, Nicat, Kənan. Nəticələrindən Mirabbas və 
Miryəhya.
* * *
Kərbəlayi Miryaqub ağanın 4-cü övladı 
Sultaniyə, 5-ci övladı Mirsəttar ağadır. 


              Hacı Mirfazil 
80
Seyid Səttar Ağa


Sədərəyin  Seyidlər ocağı
81
* * *
M
M
irsəttar ağa 1931-ci ildə  Sədərək kən-
dində müqəddəs Seyidlər ocağında 
dünyaya gəlmişdir. Mirsəttar ağa Miryaqub 
Ağanın 5-ci övladıdır. Bu uşağın anadan olması 
Miryaqub ağanı çox sevindirmişdi. Ağa bu 
uşağın adını uca Yaradanın adından olan Səttar 
qoyur. Səttar ağa zahirən ağbəniz olduğu üçün 
Miryaqub ağa bu övladına çox maraq edir
onun böyüməsinə xüsusi fikir verirdi. Səttar 
ağa böyüdükcə atasından tərbiyə alır, ondan 
ədəb-ərkanı,  əxlaqı  və dini vəzifələrini öyrənir. 
Səttar ağa atasından aldığı  dərslərdə öyrənir 
ki, Allah-təala insanın mənəvi ruhi kamilliyə 
çatmasını istəyir. Kamilliyin və kamil insanın 
əlamətlərindən biri də budur ki, insan nemətlərin 
olub-olmamasından narahat olmamalıdır. 
Allah üçün heç bir iş  çətin deyil. Bütün varlıq 
aləmi onun hüzurundadır. Bütün mövcudlar 
və hadisələr Allah üçün aşikardır. Ona görə  də 
nemət  əta olunmuş insan qürrələnməməlidir. 
Əksinə, uca yaradanın qarşısında daim şükür 
etmək lazımdır. Onun verdiyi sonsuz nemətlərə 
görə uca rəbbimizi daim yad edib, onun 
buyurduqlarına eşqinən itaət etmək lazımdır. 
Səttar ağa atası Miryaqub ağadan öyrənib 
ki, cəddimiz Peyğəmbər (s.ə.v) və onun pak 


              Hacı Mirfazil 
82
nurundan dünyaya gələn məsum imamlar və 
onların sülfündən gələn həqq seyidlər daim 
Allahın zikrindən ayrılmaz. Necə ki, mütəal 
Allah öz müqəddəs kitabı Qurani-Kərimdə 
belə buyurur: “Allahın nuru ucaldılmasına və 
öz adını zikr edilməsinə icazə verdiyi o evlərdir 
ki, səhər-axşam onu təsdiq edib şəninə təriflər 
deyərdilər” (Nur surəsi, 36-cı ayə).
Həmd olsun o Allaha ki, Qara Seyidin 
ocağı belə evlərdəndir ki, uca rəbbimizə daim 
şükürlər edir və onun şəninə təltiflər deyirdilər. 
Məhz Səttar ağa o evin övladlarındandır ki, 
bu  ənənəni öz dövründə layiqincə yerinə 
yetirmişdir. Səttar ağa öz dövründə istər dini, 
istərsə  də ictimai vəzifəsini layiqincə yerinə 
yetirib. Onun qəlbində olan Allaha imanı 
onun  əməllərində açıq-aydın görünürdü. 
İslam Peyğəmbəri Hz.Məhəmməd (s.ə.v) 
mübarək kəlamlarından birində belə buyurub: 
“Əməllərinizi Allah üçün xalisliklə yerinə 
yetirin. Həqiqətən Allah yalnız onun üçün 
xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir”.
O, bir mömin kimi, həm də gözəl bir həkim 
kimi Sədərək camaatına misilsiz xidmətlər 
göstərib, onların dərdlərinə şərik olub. Elə bir 
ev, elə bir ailə yoxdur ki, Səttar ağanın o evdə bir 
əməyi olmasın. İstər gecə, istər gündüz, günün 
bütün saatlarında onu nə vaxt çağırsaydılar, 
insanların xidmətində onların şəfa tapmasında 


Sədərəyin  Seyidlər ocağı
83
cani-dildən gedərdi, özü də bu işini Allahın rizası 
üçün edərdi. Neçə-neçə insanların qoca, cavan, 
uşaq Səttar ağanın apardığı düzgün müalicə 
nəticəsində şəfa tapmışdı. Onun həkim dostları 
deyərdilər ki, “Səttar ağanın  əlində sanki şəfa 
var. Kimi müalicə edirdisə o, mütləq müsbət 
nəticə alardı”. 
Səttar ağanın  ən böyük fəaliyyəti məhz 
ermənilərin doğma torpağımıza hücum etdiyi 
vaxtlarda daha geniş şəkildə özünü göstərdi. Belə 
ki, hər yerdə olduğu kimi Sədərək camaatı demək 
olar ki, hamı qoca, cavan, uşaq, hətta qadınlar da 
kəndimizin müdafıəsinə qalxmışdılar. Cavanlar 
könüllü dəstələrdə vuruşur, qadınlar onlar üçün 
ərzaq tədarük edir, qocalar və  uşaqlar isə onu 
müdafləçilərimizə çatdırırdılar. Bu, Sədərək 
camaatının qəhrəmanlıq dövrü idi. Elə buna görə 
də öz müqəddəs torpağımızı yadelli işğalçılardan 
qoruya bildik. Allaha şükürlər olsun ki, bu 
mərdliyi və qəhrəmanlığı bu kəndə nəsib etmişdi. 
Səttar ağa vətənimizin bu ağır günlərində bir 
həkim kimi öz vəzifəsini layiqincə yerinə yetirib 
insanlara hər cür tibbi yardım göstərib. Ağa istər 
dağda, səngərdə, istərsə də arxada, xəstəxanada 
yaralılara xidmət edib, onlara hər cür tibbi 
yardım göstərirdi. Əziz peyğəmbərimiz Həzrəti 
Məhəmməd (s.ə.v.) buyurub: “İslamın zirvəsi 
Allah yolunda cihaddır ki, yalnız  ən üstün 
müsəlmanlar bu zirvəyə yetişər”.


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə