Kemaleddin yeni 60-90. indd



Yüklə 6,85 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix12.10.2018
ölçüsü6,85 Mb.
#73281
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

              Hacı Mirfazil 
58
seyidlərdən olduğunu bilirdi. Ona görə  də 
Miryaqub ağanın cəddini çağırıb niyyət edir ki; 
“Əgər bu mühasirədən çıxıb sağ-salamat evə 
qayıtsam, evdəki samovar dəstini və alacağım 
ilk məvacibimi Miryaqub ağaya nəzir edəcəm”. 
Bir az sonra Sovet əsgərləri gəlib mühasirəni 
yarırlar. Vəli kişi sağ-salamat mühasirədən 
qurtarır.
Artıq müharibənin son günləri idi. So-
vet ordusu faşistlər üzərində  qələbə çaldı. 
Müharibənin ilk günlərində çağrılan  əsgərləri 
ehtiyata buraxdılar. Vəli kişi bunların arasən-
da idi. O, məvacibi alanda Miryaqub ağa onun 
yadına düşür. Vəli kişi  şinelini kəsib aldığı 
pulu ora tikir. O, üç aydan sonra evinə  gəlib 
çatır. Bir neçə gün evində qonaq qəbul etdiyi 
üçün baş qarışır, nəziri vermək bir qədər 
ləngiyir. Nəhayət, bir gün kəndin mərkəzinə 
çıxır. O, yol ilə gedərkən Miryaqub ağa ilə 
qarşılaşır. Vəli kişi ağanın yanına gəlib onunla 
görüşür, bir az söhbətdən sonra Miryaqub 
ağa Vəli kişiyə deyir: “Vəli, müharibədən 
sağ-salamat qayıdıbsan. Orada dediyin nəziri 
niyə  gətirmirsən?”. Bunu eşidən Vəli kişi çox 
təəccüblənir. Çünki, bu barədə heç kimə bir 
kəlmə də olsun deməmişdi. O, evə gedib şinelin 
paqonundakı pulu çıxarır və samovar dəstini 
götürüb ağaya gətirir. Miryaqub ağa samovar 
dəstini kənddəki çayxanaya bağışlayır. Pulu 


Sədərəyin  Seyidlər ocağı
59
isə  xırdalayıb kasıblara paylayır. Miryaqub ağa 
bax belecə xalq arasında gözəl rəftarı ilə seçildiyi 
kimi başqalarına, xüsusilə də gənc nəslə həmişə 
nümunə olmuşdur. Həzrət  Əli (ə.s.) nümunəvi 
şəxslər barədə belə buyurur: “İmanlı mömin şəxs 
özünü həmişə əzab-əziyyətə qərar verər. Camaat 
isə onun sayəsində əxlaqının nurundan asayişdə 
rahat yaşayırlar”.
Kərbəlayi Miryaqub ağa çox səxavətli 
seyidlərdən biri idi. Belə ki, kəndin mər kəzindən 
keçən çayın bir tərəfindən o bi ri tərəfinə keçməyə 
camaat çox əziyyət çəkirmiş. Miryaqub ağa öz 
şəxsi vəsaiti hesabına kənddə ilk dəfə körpü 
saldırmışdır. İnsanlar bu körpüdən istifadə edib 
ağanın ruhuna həmişə fatihə oxuyurmuşlar. 
Kör pünün  tikintisində taxta-şalbanı  İrandan 
gətirmişlər. Bu işdə işləyən fəhlələrdən bir nəfər 
gətirilən mallardan iki taxta və bir az da düyü 
oğurlamışdı. Bu hadisədən bir müddət keçəndən 
sonra həmin adam ölüm yatağına düşür və 
sayıqlamağa başlayır: “Üstümdən taxtanı götür, 
üstümdən düyünü götür” - deyir. Xəstənin 
yaxınları  təəccüblə  xəstədən soruşurlar. Xəstə 
birtəhər əhvalatı danışır. Xəstənin yaxınları gəlib 
ağaya olan hadisəni danışırlar. Onlar ağadan 
xəstəyə halallıq verməyi xahiş edirlər. Miryaqub 
ağa gələn adamlarla bir yerdə  xəstənin yanına 
gedir. Xəstənin vəziyyətini görüb başının 
üstündə bir neçə dua oxuyub ona haqqını halal 


              Hacı Mirfazil 
60
edir. Bir az keçir xəstə canını tapşırır.
Olan hadisələrdən biri də budur. 1937-ci 
ildə repressiyanın ən şiddətli vaxtları idi. Belə 
ki, o zaman Sovet quruluşu Azərbaycanın 
hər yerində olduğu kimi, Naxçıvanda da 
amansız repressiya həyata keçirirdi. Alimləri, 
din xadimlərini, xalqın başbilənlərini tutub 
Azərbaycandan sürgün edirdilər. Məscidləri 
anbara çevirir, bağlayırdılar. Haqsızlıq hər 
yerdə baş alıb gedirdi. İnsanlar gecə çölə  çıxa 
bilmir, Stalinin casusları  hər yerdə  gəzirdilər. 
Günlərin bir günü Sədərəyə  gəlirlər. Onlar 
yaxşı bilirdilər ki, Miryaqub ağa bu eldə 
nüfuzlu  şəxslərdən biridir, ona görə  də onu 
bu eldən sürgün etmək istəyirdilər. Onların 
əsas bəhanələri bu idi ki, özlərini camaata 
qurban verən bu insanların qəbirlərini məs-
cidin həyətindən çıxarıb qəbiristanlığa bas-
dırsınlar. Məmurlar birbaşa məscidə  gəlib 
Mir yaqub  ağanı ora çağırırlar. Miryaqub ağa 
səbrlə məscidə tərəf yola düşür. Ağa məscidin 
həyətinə daxil olur, hamıya salam verib 
məmurlardan soruşur: “Nə olub, məni niyə 
çağırmısınız?”  Məmurlar Miryaqub ağaya 
kinli baxışlarla baxıb deyirlər: “Bu qəbirlər 
kimin qəbirləridi? Niyə  məscidin həyətində 
basdırmısınız?” Miryaqub ağa onlara deyir: 
“Bunlar mənim babam və əmimin qəbridi, bu 
kəndə  vəba xəstəliyi gələndə özlərini kəndə 


Sədərəyin  Seyidlər ocağı
61
qurban veriblər”. Onlar Miryaqub ağaya istehza 
ilə baxıb deyirlər: “Boş-boşuna danışma”. Bu 
söz ağanın qəlbinə toxunur. Bu vaxt məscidin 
həyətinə  kənd sovetindən bir adam gəlib 
məmurlara deyir: “Sizi Naxçıvandan telefona 
çığırırlar”. Onlar telefona cavab verməyə 
gedəndə Miryaqub ağa qəbirlərin yanında oturub 
ağlayaraq Allaha yalvarır ki: “İlahi, sən özün 
kömək ol ki, bu qəbirlər burdan çıxmasınlar”. 
Məmurlar gəlib görürlər ki, Miryaqub ağa 
ağlayaraq dua edir. Məmurun biri ağaya deyir ki: 
“Sən kimdən kömək istəyirsən? Onsuz da sənə 
heç kəs kömək olmayacaq. Bizi Naxçıvandan 
çağırırlar. Mən sabah gələcəm və gəlib görəcəm 
ki, bu qəbirlər burda yoxdu, qəbiristanlıqdadı. 
Belə olmasa səni Sibirə sürgün edəcəm”. Bu sözü 
eşidən ağa onlara belə cavab verir: “İnşallah, siz 
bu kənddən sağ çıxmazsınız. Bu seyidlərin cəddi 
sizə  qənim olar”. Onlar gülümsəyərək maşına 
oturub kənddən çıxıb gedirlər. Bu söhbətlərdən 
camaat da çox narahat olur. Çünki, Miryaqub 
ağanın kəramət sahibi olduğunu bilirdilər. 
Hava yavaş-yavaş qaralırdı. Artıq ağa evinə 
gəlmişdi. Birdən səs-küy düşür. Görürlər ki
bir qərib adam həyətə daxil olur. Onun üst-başı 
qan içində idi. Bu həmin məmurların sürücüsü 
idi. Ağa evdən həyətə  çıxanda sürücü ağanın 
ayaqlarından yapışıb ağlayaraq yalvarırdı ki, 
mənim bu işdə heç bir günahım yoxdur. Mən 


Yüklə 6,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə