İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


sayılan qaydada təlaq versə, amma həmin təlaq bizim məzhəb nəzərindən batil olsa



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə163/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   160   161   162   163   164   165   166   167   168

sayılan qaydada təlaq versə, amma həmin təlaq bizim məzhəb nəzərindən batil olsa, 
imamiyyə məzhəbi ardıcılı üçün, qarşı tərəfi öz məzhəbinin hökmlərinə əməl etməyə vadar 
etmək qanununa əsasən o qadının iddəsi qurtarandan sonra onunla izdivac etməsi caizdir
əgər öz məzhəbinə əsasən iddə saxlamalı olan qadınlardan olsa. Həmçinin təlaq verilmiş 
qadın imamiyyə şiəsi olsa başqası ilə izdivac edə bilər. 
 
İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının bə`zi şərtləri aşağıdakılardan ibarətdir, 
belə ki, sair məzhəblərin nəzərindən onların heç biri, yaxud bə`zisi şərt deyil: 
 
1-Qadına, onunla yaxınlıq edilməmiş bir paklıq dövründə təlaq verilməlidir. 
 
2-Təlaq qəti olmalıdır, heç nə ilə şərtləndirilməməlidir. 
 
3-Təlaq yazılmaqla deyil, deyilməklə olmalıdır. 
 
4-Təlaq icbar üzündən deyil, ixtiyar əsasında olmalıdır. 
 
5-Təlaq iki adil şahidin hüzurunda verilməlidir. 
 
Məsələ 50: Şafei məzhəbinə əsasən bir kəs bir şeyi alsa və onu görsə rö`yət ixtiyarından 
istifadə edə bilər, hətta alınan şey zikr olunan xüsusiyyətlərə müvafiq olsa belə. Halbuki, 
imamiyyə məzhəbi nəzərindən müştəri fərz olunan halda rö`yət ixtiyarından istifadə edə 
bilməz. Deməli, əgər şafei məzhəbi imamiyyə məzhəbinə nifuzlu olsa, belə ki, müştəri şafei 
məzhəbli olsa, bu kimi hallarda imamiyyə məzhəbində olan satıcıya, bu ixtiyardan istifadə 
edə bilər, imamiyyə şiəsi olan müştəri də bunun əvəzini çıxa bilər və növ`i təqass qaydasına 
əsasən şafei məzhəbli satıcı barəsində bu qaydadan istifadə edə bilər. 
 
Məsələ 51: Əbu Hənifə və Şafei məğbun üçün ğəbn ixtiyarının olduğuna inanmırlar, 
halbuki bizim məzhəbimizdə bu ixtiyar sübuta yetmişdir. Zahirən bu ixtiyar haqqının 
sübut olub-olmaması o məğbun olmuş şəxsin qərarı qiymətə diqqətsizlik, malın hər 
qiymətə satılıb və alınması olduğu hallara şamil olmur. Fərz olunan bu halda zahirən ğəbn 
ixtiyar haqqı sübuta yetmir. Həmçinin müamilə edən iki tərəfin nəzəri artıq qiymətə deyil, 
bazar qiymətinə uyğun olaraq nəql-intiqal olmasıdır və məğbun olmuş şəxs də ğəbn edən 
şəxsin qiymətin yuxarı olmamasına dair sözünə e`tina etdiyi hallarda şamil olmur. Çünki 
zahirən hamının nəzərində bu kimi yerdə (alveri pozma) ixtiyarı satıcının aldatması 
cəhətindən sabitdir. Həmçinin bu haqq o yerlərə şamil olmur ki, xüsusi ürfün nəzərində 
zehndə olan şərt əsasında-fəsx haqqından başqa-qiymət fərqini tələb etmək kimi sair haqq 
mövcud olsun. 
 
Hər halda İmamiyyə məzhəbi nəzərindən hər yerdə ğəbn ixtiyarı sübut olsa və sünnü 
məzhəbləri onu inkar etsələr, imami məzhəbində olan şəxs üçün növ`i təqass qəbilindən 
caizdir ki, sünnünü ğəbn ixtiyarının olmamasına vadar etsin. Bu o yerdədir ki, sünnü 
məzhəbi hamıya, həmçinin İmami məzhəb olan şəxsə də nüfuzlu və cari olsun. 
 
Məsələ 52: Hənəfi məzhəblilərin nəzərində sələm əqdi satılan şeyin əqd zamanında mövcud 
olması ilə şərtlənir, halbuki İmamiyyə fiqhi nəzərindən belə bir şərt mö`təbər deyildir. 
Deməli, əgər hənəfi məzhəbi İmamiyyə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi 
məzhəbli olsa və satıcını bu əqdi batil etməyə vadar etsə İmamiyyə məzhəbli müştəri üçün 
də caizdir ki, növ`i təqass qaydasının tələbinə uyğun olaraq hənəfi satıcını bu əqdin batil 
etməyə məcbur etsin. Halbuki ondan sonra müştəri İmamiyyə məzhəbli olsa, həmin hökm 
caridir. 
 


Məsələ 53: Sünnülərin nəzərinə görə mirasçıların irs payından artıq qalanlar meyyitin 
qardaşı kimi olan əsəbəsinə verilir. Lakin İmamiyyə məzhəbi bunun əksinədir. Məsələn, 
əgər bir kişi ölsə və yalnız bir qızı və bir qardaşı olsa, İmamiyyə nəzərindən gərək irsin 
yarısı qıza irs səhmi adı ilə verilsin, digər yarısı isə ona qaytarılma adı ilə verilsin, meyyitin 
qardaşına heç bir şey düşmür. Lakin sünnülərin nəzəri budur ki, fərz olunan bu halda 
meyyitin irsinin yarısı onun qardaşına veriləcəkdir. Çünki o, meyyitin əsəbəsindən sayılır. 
Belə ki, əgər sünnü məzhəbli bir şəxs İmami məzhəbdən olan bir şəxsin varisinə nafiz 
olarsa və irs paylarından artıq qalan ona verilməzsə əgər meyyitin əsəbəsi İmami məzhəb 
olsalar, növ`i təqass qaydasına uyğun olaraq irsdən artıq qalan payları sünnü məzhəb 
varisindən ala bilərlər. 
 
Məsələ 54: Sünnülərin nəzərində qadın öz ərinin tərəkəsinin hamısından istər mənqul 
olsun istərsə torpaq və sair kimi qeyri mənqul irs aparır. Halbuki İmamiyyə məzhəbi 
nəzərindən qadın yerin əslindən, yaxud onun qiymətindən irs aparmır. Yalnız binanın və 
ağacların qiymətindən irs aparır onların əslindən yox. Buna əsasən əgər sünnü məzhəbi 
şiəyə nafiz olarsa, belə ki, sünnü məzhəbli bir qadın yerdən, binanın və ağacların əslindən 
irs aparsa, əgər başqa vərəsəsi də İmami məzhəb olsa İmami məzhəbdən olan qadın da sair 
sünnü vərəsələr kimi, torpaqdan bina və ağacların əslindən ona çatan payı ala bilər. 
18-Təşrihin (bədən yarmağın) hökmləri 
 
Məsələ 55: Ölü müsəlmanın bədənini yarmaq caiz deyildir. Əgər bir kəs bu işi görərsə, diyə 
kitablarında qeyd olunan təfsilə əsasən, ona diyə vermək vacib olur. 
 
Məsələ 56: Ölü kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, əgər sağlığında qanı 
möhtərəm deyildirsə caizdir. Lakin əgər zimmi kafir olsa ehtiyat vacib budur ki, onun 
bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər onun bədəninin yarılması öz şəriətində 
caizdirsə, istər mütləq şəkildə, istərsə sağlığında bu işə icazə vermiş olsun və ya ölümündən 
sonra onun vəlisi icazə versin, bu kimi hallarda onun bədəninin yarılmasının caiz olması 
uzaq deyildir. 
 
Əgər kafirin qanının həyatında möhtərəm olmasında şəkk edilsə və bu barədə heç bir 
nişanə olmasa onun bədənini yarmaq caizdir. 
 
Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması digər müsəlmanın bədəninin 
yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlıdırsa, mümkün olan halda qanı 
möhtərəm olmayan, yaxud şəkkli olan bir kafiri, əgər bu da mümkün olmasa ondan başqa 
(ölü) bir kafiri yarmalıdırlar. Əgər bu da mümkün olmasa müsəlman ölüsünü yarmaq 
caizdir. 
 
Təlim və başqa məqsədlə müsəlman bədənini yarmaq caiz deyildir. Amma əgər bir 
müsəlmanın hətta gələcəkdə belə canının qorunması buna bağlıdırsa, onda caizdir. 
19-Peyvəndin (üzv köçürmənin) hökmləri 
 
Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn gözünü, əlini və s. diri bir şəxsin 
bədəninə peyvənd etmək üçün kəsilməsi caiz deyildir. Əgər bir kəs bu işi görərsə ona diyə 
vermək lazım olur. Kəsilmiş üzvün dəfn edilməsi də vacibdir. Amma əgər biri peyvənd 
vurarsa və diri insanın bir üzvü sayılarsa onu yenidən kəsmək vacib deyildir. 
 
Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunması bir ölmüş müsəlmanın bədən 
üzvünün kəsilməsinə bağlıdırsa onun kəsilməsi caizdir. Lakin onu kəsən şəxsə diyə vacib 
olur. Hərgah bu üzv diri insanın bədəninə peyvənd vurulsa onun bir hissəsi sayılır və diri 
şəxsin bədənində olan hökmlər də ona aid olur. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə