İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs iltizam verir ki, aylıq, illik



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə161/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   157   158   159   160   161   162   163   164   ...   168

Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs iltizam verir ki, aylıq, illik, 
yaxud birdəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin və onun müqabilində 
sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta 
müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə olduğu üçüncü bir şəxs 
müəyyən məbləğdə pulu, yaxud sabit bir ödənci və yaxud hər hansı başqa bir şeyi həmin 
müqavilədə aşkar şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, 
yaxud zərər yetişdikdə ödəsin. 
 
Məsələ 32: Sığortanın bir neçə növü vardır, o cümlədən: 
 
1-Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində sığortası. 
 
2-Mal–dövlətin, o cümlədən, avtomobil, təyyarə, gəmi kimi şeylərin yanğın, qərq olma, 
oğurlanma və sair kimi işlər müqabilində sığortası. 
 
Sığortanın digər növləri də vardır ki, onun şər`i hökmləri qeyd olunan hallarla heç də 
fərqlənmir buna görə onların qeyd olunmasına ehtiyac duyulmur. 
 
Məsələ 33: Sığorta müqaviləsinin bir neçə rüknü vardır: 
 
1 və 2 –Sığorta edən və sığorta olunan şəxslərin icab və qəbulu demələri belə ki, orada 
danışıqları, yazıları, yaxud onlara dəlalət edən hər hansı bir şey kifayətdir. 
 
3-Sığorta hansı barədə olsa, istər şəxs, istərsə də mal-dövlət barəsində növü təyin 
edilməlidir. 
 
4-Sığorta müqaviləsinin əvvəli və sona çatma dövrünün qeyd olunması. 
 
Məsələ 34: Sığorta müqaviləsində xətər və ziyanın amili məsələn, yanğın, oğurluq, suda 
qərq olmaq, xəstəlik, ölüm və sair kimi şeylər; eləcə də əgər hissə-hissə ödəniləcəksə 
sığortanın illik, yaxud aylıq ödəniş miqdarı tə`yin edilməlidir. 
 
Məsələ 35: Sığorta müqaviləsindəki tərəflər həddi-büluğa çatmış, ağıllı olmalı qəsd və 
ixtiyar üzərindən bu müqaviləni bağlamalı, onların səfehlik, yaxud müflisləşmə nəticəsində 
məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum edilməmələri) şərtdir. 
Əgər hər iki tərəf, yaxud onlardan biri həddi-büluğa çatmayan, dəli, bu işə məcbur edilmiş, 
yaxud mal-dövlətində təsərrüfdən qadağan edilmiş olsalar, yaxud ciddi məqsədləri olmasa, 
müqavilə səhih deyil. 
 
Məsələ 36: Sığorta müqaviləsi lazım əqdlərdən sayılır və iki tərəfin razılığı olmadan pozula 
bilməz. 
 
Əlbəttə, əgər müqavilədə şərt edilsə ki, sığorta edən və sığorta olunan, yaxud hər ikisinin 
müqaviləni pozma hüquqları vardır, bu şərtə əsasən sığorta müqaviləsini pozmaları 
caizdir. 
 
Məsələ 37: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta olunan şəxs şəriət 
hakiminə və, yaxud ondan başqasına müraciət etməklə onu öz vəzifəsini yerinə yetirməyə 
vadar edə bilər. Həmçinin müqaviləni poza da bilər və sığorta haqqı adı ilə verdiyi 
məbləğin geri qaytarılmasını tələb edə bilər. 
 


Məsələ 38: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan şəxs müəyyən bir 
məbləği sığorta haqqı adı altında hissə-hissə ödəsin və, bu razılaşmanın icrasında istər 
miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından və`dəsinə xilaf çıxsa, sığorta 
edənə vacib deyildir ki, müəyyən hadisə və ya zərər büruz etdikdə müəyyən məbləği 
ödəməklə əlaqədar verdiyi iltizama əməl etsin və sığorta olunan da ödənmiş sığorta 
haqqının qaytarılmasını tələb edə bilməz. 
 
Məsələ 39: Sığortada xüsusi bir müddətin tə`yin edilməsi şərt deyildir, əksinə müqavilədəki 
tərəflərin yə`ni sığorta edən və sığorta olunanın razılığına tabedir. 
 
Məsələ 40: Əgər bir neçə nəfər öz müştərək mallarından əldə etdikləri sərmayə ilə bir 
şirkət tə`sis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqaviləsi əsnasında başqasına 
şərt etsə ki, onun özünə, yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi təqdirdə 
(onun növünü də şərtin əsnasında müəyyən etsələr) şirkət vəzifəlidir ki, şirkətin 
sərmayəsindən, yaxud qazancından istifadə edərək dəymiş xəsarətləri aradan qaldırsın; bu 
halda müqavilənin qüvvədə qaldığı dövrdə bu şərtə əməl edilməsi vacibdir. 
16-Sərqüfli 
 
Tacir və bazar işçiləri arasında geniş yayılmış müamilələrdən biri də sərqüfli, yaxud irəli 
olmaq haqqı adlı müqavilədir. Məqsəd budur ki, icarə edən şəxs özünün icarə etdiyi və 
ixtiyarında olduğu məhəlli iki tərəfin razılığı əsasında alınmış məbləğ müqabilində 
başqasına həvalə edir, yaxud malik aldığı müəyyən məbləğ müqabilində icarə müddəti 
sona çatdıqdan sonra icarəçini, icarə etdiyi yerdən çıxarmaqdan, yaxud icarə haqqını 
artırmaqdan çəkinsin. 
 
Məsələ 41: Kəsb-ticarət yeri (sadəcə) kimi bir yerin icarə edilməsi icarəçi üçün orada heç 
bir haqq gətirmir və o, icarə müddəti qurtardıqdan sonra oranın malikinin öz mülkündə 
təsərrüf etməsinə, oranı boşaltmasına, yaxud əvvəlki icarə məbləğinin artırılmasına mane 
ola bilməz. Həmçinin icarəçinin müəyyən bir məhəldə uzun müddətli olması, həmin 
məhəllin müəyyən dəyər və, yaxşı ticarət mövqeyi qazanması və sair kimi şeylər onun üçün 
həmin yerdə qalmağa heç bir haqq gətirmir. İcarə müddəti qurtardıqdan sonra həmin yeri 
boşaldaraq malikinə təhvil verməsi vacibdir. 
 
Əgər icarəçi dövlət qanunundan (belə ki, bu qanun malikin icarəçini zorla icarə etdiyi yeri 
boşaltmağa vadar etməsinin və yaxud icarə miqdarını artırmasının qarşısını alır) istifadə 
etsə və həmin yeri boşaltmaqda, yaxud icarə haqqının artırılmasından imtina etsə bunun 
işi haramdır və onun həmin yerdə malikinin razılığı olmadan təsərrüf etməsi qəsb sayılır. 
Əgər həmin yeri boşaltmaq işi müqabilində müəyyən məbləğ alsa haramdır. 
 
Məsələ 42: Əgər malik bir yeri məsələn bir il müddətində on min manata icarəyə versə, 
bundan əlavə, əlli min manat məbləğində ondan alsa və müqavilə əsnasında şərt etsə ki, hər 
il həmin məbləği artırmadan onun icarə müddətini uzatsın, yaxud həmin məbləğə, amma 
icarəçinin o məhəlli həvalə etdiyi şəxs (ikinci icarəçiyə) icarəyə versin, həmçinin, ikinci 
şəkildə üçüncü icarəçiyə və sair... belə olan halda caizdir ki, icarəçi malikə verdiyi məbləğ 
qədər və ya ondan çox, yaxud ondan az məbləğ alaraq belə bir şərtdən əldə olunan 
razılaşma əsasında həmin yeri başqasına həvalə etsin. 
 
Məsələ 43: Əgər malik bir yeri müəyyən bir şəxsə müəyyən müddət ərzində icarəyə versə 
və icarə əqdinin əsnasında özünə şərt etsə ki, müəyyən bir məbləğ almaqla, yaxud 
almamaq, müqabilində müddət sona çatdıqdan sonra onun icarəsini birinci ildə 
razılaşdıqları həmin surətdə və ya hər il adi qayda olan şəkildə uzatsın və təsadüfən digər 
bir şəxs icarəçiyə müəyyən məbləğ versə ki, o təkcə icarə yerini boşaltsın, belə ki, daha 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə