İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


İkincisi; Əskinaslar sayılanlardan (mə`dud) hesab olunduğuna görə onların artığına ya



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə160/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   156   157   158   159   160   161   162   163   ...   168

İkincisi; Əskinaslar sayılanlardan (mə`dud) hesab olunduğuna görə onların artığına ya 
əskiyinə satılması, yaxud dəyişdirilməsi bir cinsdən olmazsa və nəqdi və nisyə olarsa 
caizdir. Lakin əgər bir cinsdən olsalar onların artığına satılması yalnız nəqd olduqda 
caizdir. Amma onların nisyə satılması yuxarıda da qeyd olunduğu kimi, işkalsız deyildir. 
 
Buna əsasən, misal üçün, on İraq dinarı borc verən şəxs öz borcunu ondan az məsələn 
doqquz nəqd dinara sata bilər. Həmçinin caizdir ki, onu öz qiymətindən az başqa pula 
məsələn doqquz İordoniya dinarına nəqd ya nisyə olaraq satsın. 
 
Üçüncüsü; Bazar tacirləri arasında geniş yayılmış səftələrin (əskinaslar kimi) mali e`tibarı 
yoxdur və sadəcə olaraq borcunu isbat etmə sənədi hesab olunur. Və bunu göstərir onda 
dərc olunan məbləğ onu imza edən şəxsin zimməsində və o kəs üçündür ki, səftə onun 
adına çıxarılmışdır. Buna əsasən müamilələr onların özləri üzərində cərəyan etmir, əksinə 
o malların üzərində cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər 
müştəri satıcıya bərat, yaxud səftə verərsə malın qiymətini də ödəmiş olur. Buna görə də 
əgər o sənəd itərsə, yaxud satıcının yanında tələf olarsa onun malından tələf olmamışdır və 
müştərinin zimməsi borcdan xilas olmamışdır. Amma əgər əskinas hər bir qiymətə verilmiş 
olsa tələf olduqda bayenin (satıcının) malından tələf olur. 
 
 
Məsələ 28 : Səftələr iki cürdür. 
 
1-Həqiqi borcları göstərən səftələr. Belə ki, onu imza eləyən şəxs səftə kimi adına 
yazılmışsa, o şəxsə borclu olur. 
 
2-Qeyri-vaqei və zahiri borcun göstəricisi. 
 
Birinci halda tələbkar borclunun zimməsində olan öz müddətli tələbini naqd olaraq ondan 
az məbələğə sata bilər. Məsələn, əgər onun alacağı yüz manat olsa və onu doxsan manata 
nəqd olaraq satsa (əlbəttə, onun müdətli satışı caiz deyildir, çünki borcun borca satışıdır) 
və bundan sonra bank, yaxud başqa şəxs borcludan (səftəni imza edəndən) almağa haqlı 
olduğu zamanda onun qiymətini tələb edə bilər. 
 
Amma ikinci halda qeyri-həqiqi olan tələbkar üçün səftəni satmaq caiz deyildir, çünki 
həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan şəxsin zimməsi də məşğul deyil, 
sadəcə olaraq tənzil üçün çıxarılmışdır. Buna görə də «dostluq səftəsi» adı ilə məhşurdur. 
 
Bununla belə, onun tənzilini də başqa şəkildə qanuni hesab etmək olar. Belə ki, səftəni imza 
eləyən şəxs istifadə edən şəxsi vəkil edir ki, səftənin miqdarını imza edənin zimməsində, 
başqa pula və onun qiymətindən ucuzuna satsın. Məsələn əgər səftə 50 İraq dinarı 
dəyərində olsa və onun həqiqi dəyəri 1100 manat olsa, istifadə edən imzalayan şəxsin 
tərəfindən vəkil olaraq əlli dinarı onun zimməsində 1000 manata satır. Bu müamilədən 
sonra səftəni imza edən şəxsin zimməsi əlli dinara məşğul olur və imza edənin mülkü olan 
min manatdan istifadə edən, onu alır. Sonra istifadə edən şəxs min manatı imza edənin 
vəkili olaraq öz boynunda olan əlli dinarın müqabilində onun özünə satır. Nəticədə onun 
zimməsi imza edən şəxs üçün, imza edənin banka borclu olduğu əlli dinar miqdarında 
borclu olur. 
 
Lakin bu yolun az faydası vardır. Çünki yalnız o hallarda faydalı olur ki, tənzil xarici pulla 
baş vermiş olsun. Amma ölkə daxilində işlənən pullara gəldikdə isə heç bir tə`siri yoxdur. 
Çünki onun bey ilə təshih olunması (sayla alverdə artığına satmanın işkalına diqqət 
yetirməklə) mümkün deyildir. 


 
Amma zahiri səftənin qiymətinin banka borc olaraq qoyulması, belə ki, borc alan və 
səftədən istifadə edən səftənin rəsmi qiymətindən az olan bir məbləği bankdan borc alsa və 
bankı səftəni imzalayana (ki, borclu deyildir), onun bütün qiymətinin hamısını köçürmək 
üçün həvalə etsə, bu haram ribadır. Çünki bankın səftənin məbləğinin bir miqdarının 
azaldılması şərti həqiqətdə artıq qazanc almadır və haramdır. Hətta, bu artıq alınan hissə 
möhlət verilməsi müqabilində olmasa, əksinə müəyyən bank əməliyyatları icrası 
müqabilində olsa, məsələn, borcun qeydə alınması və onun əldə edilməsi olsa belə. Çünki 
borc verənin haqqı yoxdur ki, borc alan şəxsə, onda onun özü üçün mali bir mənfəət olan 
şərt qoysun. 
 
Yuxarıdakı hökm xüsusi banklarla əlaqədardır. Amma dövləti, yaxud müştərək banklara 
gəldikdə isə riba müşkülündən xilas olmaq üçün belə əməl etmək olar ki istifadə edən, 
səftəni tənzil edərkən satmaq və borc etmək qəsdi olmasın, əksinə onun məqsədi məchulul 
malik olan bir malı əldə etmək olsun. Bu halda əhvət nəzərə əsasən şəriət hakiminin icazəsi 
ilə onu götürmək, sonra onda təsərrüf etmək və islah etmək üçün hakimə müraciət etmək 
olar. Hərgah müddətin axırında bank səftəni imza edənə müraciət etsə və onun qiymətini 
ödəməyə vadar etsə imza edən də ödədiyi şeylərin əvəzini almaq üçün istifadə edənə 
müraciət edə bilər. Belə ki, əgər onun istəyi ilə imza etmiş olsa. 
14-BANKDA İŞLƏMƏK 
 
Bank əməliyyatı iki cür olur: 
 
1-Haram bank əməliyyatı; bu, ribalı müamilələrlə əlaqədar olan əməliyyatdır. Məsələn, 
onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət 
verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin, ribalı müamilələri 
olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud şərab ticarəti ilə məşğul 
olanlar, onların səhmlərini satmaq, onlar üçün e`tibar açmaq haram əməliyyatlardan 
hesab olunur. 
 
Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyildir, ücrət almağa 
haqlı olmağa səbəb olmur. 
 
2-Caiz olan bank əməliyyatları; bu, yuxarıda qeyd olunan əməliyyatdan tamamilə 
fərqlənir, orada işləmək və əmək haqqı almaq caizdir. 
 
Məsələ 29: Əgər ribalı müamilədə artıq verən tərəf malı möhtərəm olmayan kafir olsa, 
istər xarici bank olsun, istər başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq hissəni almaq 
müsəlman üçün caizdir. Nəticədə belə ribalı müamilələrin icrası ilə əlaqədar bank 
əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizdir. 
 
Məsələ 30. İslam ölkələrindəki dövlət banklarında, yaxud müştərək banklarda mövcud 
olan sərmayə məchulul-malik malındandır ki, şəriət hakiminə müraciət etmədən onlarda 
təsərrüf etmək caiz deyildir. Buna əsasən, bu cür banklarda işləmək, eləcə də mallarını 
(sərmayələrini) islah etmək üçün şəriət hakiminə müraciə etməyib onlarda təsərrüf edən 
müştərilərə mal (sərmayə) vermək və ya onlardan mal almaq işkallıdır. 
 
Məsələ 31: Cüalənin, icarənin həvalənin və islam ölkələrinin dövlət banklarında mövcud 
olan sair müamilələrin səhih olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi 
olmadan bu müamilələr səhih deyildir. 
15-SIĞORTA MÜQAVİLƏSİ 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə