İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə2/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   2   3   4   5   6   7   8   9   ...   168

 
Məsələ 11:
 Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o 
müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. 
Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o 
şəxsin şər’i vəzifəsinə əksinə əməl etməsinə səbəb olarsa lazım ehtiyata əsasən imkan 
daxilində o səhvi aradan qaldırmalıdır. 
 
Məsələ 12:
 Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri 
vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun 
olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı 
olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. 
 
Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan 
bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, 
olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, 
«Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir 
müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə 
hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır. 
 
TƏHARƏTİN HÖKMLƏRİ 
Mütləq və muzaf su 
 
Məsələ 13:
 Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su bir şeydən alınan suya 
deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək 
şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan 
sular mütləq sudur. Mütləq su beş qismə ayrılır: 
 
1. Kürr su 
 
2. Az su 
 
3. Axar su 
 
4. Yağış suyu 
 
5. Quyu suyu 
1-Kürr su 
 
Məsələ 14:
 Kürr su 36 qarış[1] olan bir qabı dolduracaq miqdardakı sudur. Və təqribən 
384 kq-dır. 
 
Məsələ 15:
 Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir 
şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da dadı nəcasatın tə’sirindən 
dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz. 
 
Məsələ 16:
 Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, 
nəcis olmaz. 
 
Məsələ 17:
 Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin qoxusu, rəngi və ya 
dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az 
olsa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha 
artıq olsa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır. 


 
Məsələ 18:
 Fəvvarənin suyu, kürr suya bağlı (müttəsil) olsa, nəcis bir suyu pak edər. Ancaq 
nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir 
şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma 
lazımdır ki, fəvvarə suyu nəcis su ilə qarışsın. 
 
Məsələ 19:
 Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər 
kürr suya birləşmiş olsa və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın 
özü də onda olmazsa, pakdır. 
 
Məsələ 20:
 Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında 
olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir. 
 
Məsələ 21:
 Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk 
edilirsə, kürr su hökmündədir. Yə’ni nəcasatı pak edər və ona nəcasat dəydiyi vaxt (rəngi, 
dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr 
miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır. 
 
Məsələ 22:
 Suyun kürr olması iki yolla sübut olunur: 
 
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola. 
 
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud e'timadlı şəxs və 
ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə 
e'tibar etmək məhəlli işkaldır. 
2- Az su 
 
Məsələ 23:
 Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir. 
 
Məsələ 24:
 Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. 
Amma əgər sıçrayışla (təzyiqlə) nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi 
nəcis, qalan hissəsi isə pakdır. 
 
Məsələ 25:
 Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək 
ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin lazım 
ehtiyata görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün 
onun üzərinə tökülərək ayrılan su da nəcisdir. 
 
Məsələ 26:
 Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis 
etməz: 
 
1. Nəcasatın qoxusu, rəng və ya dadını almasın. 
 
2. Kənardan başqa bir nəcis ona çatmasın. 
 
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasat gəlməsin. 
 
4. Suyun içərisində ğait zərrələri olmasın. 
 
5. Nəcasat məxrəc yerinin ətrafına normadan artıq yayılmamış olsun. 
3- Axar su 
 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə