İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Əgər təyyarənin sür`əti yerin fırlanma sür`ətindən iki qat artıq olsa təbiidir ki, hər on iki



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə166/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   160   161   162   163   164   165   166   167   168

 
Əgər təyyarənin sür`əti yerin fırlanma sür`ətindən iki qat artıq olsa təbiidir ki, hər on iki 
saatda bir dəfə yerin ətrafına fırlanacaqdır və iyirmi dörd saatda iki dəfə sübhün açılışını, 
iki dəfə günortanı və iki dəfə qürubu görəcəkdir. Ehtiyat vacib odur ki, hər sübh açılanda 
sübh namazını, hər günorta zamanı zöhr və əsr namazını və hər qürubdan sonra məğrib və 
işa namazını qılsın. 
 
Əgər daha yüksək sür`ətlə yerin ətrafına fırlansa və məsələn hər üç saat, yaxud daha az bir 
zamanda yerin ətrafına fırlansa hər sübh açılanda, günorta və qürubda namaz vacib deyil. 
Vacib ehtiyat odur ki, hər iyirmi dörd saatda mütləq qürbət qəsdi ilə beşlik namazları 
yerinə yetirsin. Bunu da nəzərə alsın ki, sübh namazını fəcr açılanla günəş doğan vaxt 
arasında, zöhr və əsr namazını günorta ilə qürub arasında, məğrib və işa namazını qürubla 
gecə yarısı arasında qılsın. 
 
Bu məsələdən aydın olur ki, əgər onun sür`əti yerin hərəkət sür`tinə bərabər olsa və 
məğribdən məşriğə doğru getsə gərək beşlik namazları öz vaxtlarında qılsın. Həmçinin 
əgər onun sür`əti yerin sür`ətindən az olsa da, hökm eynidir amma əgər onun sür`əti yerin 
sür`ətindən daha artıq olsa, məsələn hər üç saatda, yaxud ondan az vaxtda yerin ətrafına 
dolansa, onun məsələsi qeyd olunanlardan aydın olur. 
 
Məsələ 85: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs sübh açılandan sonra öz 
şəhərində oruc niyyəti edib hava yolu ilə səfər etsə və hələ sübh açılmadığı bir şəhərə çatsa 
sübh açılana qədər yeyib içə bilər. 
 
Məsələ 86: Əgər bir şəxs Ramazan ayında günortadan sonra öz şəhərindən səfər edib hələ 
günorta olmamış bir şəhərə çatsa vacib ehtiyata görə orucunu açmamalı və onu sona 
çatdırmalıdır. 
 
Məsələ 87: Əgər bir şəxsin vəzifəsi səfərdə oruc tutmaq olsa və öz yerində Ramazan ayının 
hilalını gördükdən sonra üfüqün fərqli olmasına görə hələ hilalın görünmədiyi bir yerə 
getsə həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayının hilalını gördüyü bir ölkədə 
bayram keçirib sonra bir yerə getsə ki, üfüqün fərqli oluğuna görə hələlik hilal orada 
görünməyib, vacib ehtiyata görə gərək o günün qalanını orucunu açmasın onun qəzasını da 
yerinə yetirsin. 
 
Məsələ 88: Əgər mükəlləf ilin altı ayının gecə, altı ayının gündüz olduğu yerdə olsa vacib 
ehtiyata görə namazında ora ən yaxın olan bir məkanı nəzərə almalıdır ki, hər iyirmi dörd 
saatda bir gecə-gündüz olur. Mütləq qürbət niyyəti ilə beşlik namazlarını həmin yerin 
üfüqünə uyğun yerinə yetirməlidir. Oruc barəsində də vacibdir ki, Ramazan ayında elə bir 
şəhərə getsin ki, orada oruc tuta bilsin, yaxud ondan sonra gedib qəzasını etsin. Əgər bunu 
edə bilməsə oruc əvəzinə fidyə verməlidir. 
 
Lakin hər iyirmi dörd saatında gecə-gündüz olan bir şəhərdə olsa hətta gündüzü iyirmi üç 
saat, gecəsi isə bir saat, ya əksinə olsa onun namazının vaxtı xüsusi vaxtlara tabedir. 
 
Amma oruca gəldikdə isə mümkün olduğu qədər Ramazan ayının orucunu tutması 
vacibdir. Mümkün olmadığı təqdirdə ondan götürülür. Əgər onun qəzasını yerinə yetirə 
bilərsə qəzası ona vacib olur, əks halda fidyə verməsi lazımdır. 
24- Bəxt yoxlama biletləri (lotoreya biletləri) 
 
Bəxt yoxlama biletləri bir vərəqədir ki, bə`zi şirkətlər onu müəyyən məbləğə satır və 
iltizam verirlər ki, bu vərəqələri alanların içərisində püşk ataraq püşk kimin adına çıxsa, 


ona müəyyən məbləğdə mükafat versin. Bu iş bir neçə vəch ilə təsəvvür olunur: 
 
 
1-Pulu həmin vərəqin müqabilində püşk atmada udmaq və mükafatı əldə etmək ehtimalı 
ilə versin. Bu halda müamilə şəksiz haram və batildir. Əgər bir kəs bu haram işə mürtəkib 
olsa və püşk atanda udsa püşk atan şirkət dövləti olsa hədiyyə ünvanı ilə aldığı məbləğ 
məchulul malikdir və onda təsərrüf etmək şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər 
o şirkət xüsusi olsa o halda təsərrüf etmək caizdir ki, sahibinin onun təsərrüf etməsinə razı 
olmasını bilsin, hətta malı olmadığını bilsə belə. 
 
2- Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək deyil, mədrəsə, məktəb, körpü 
saldırmaq kimi xeyriyyə işlərində iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı 
yoxdur. Bu halda əgər püşk bir adamın adına çıxsa, belə ki, şirkət dövləti olsa, mükafatı 
almaq vacib ehtiyata görə şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan 
istifadə etməyin işkalı yoxdur. Əgər dövlət şirkəti olmazsa, verilən hədiyyədən istifadə 
etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur. 
 
3- Pul verməkdə məqsəd şirkətə borc vermək olsun belə ki, vərəqəni alan, müəyyən 
məbləği, misal üçün, altı aylıq şirkətə borc verir, şirkətin də vəzifəsi bu olur ki, qeyd 
olunan məbləği qaytarmaqdan əlavə, püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği 
mükafat adı ilə versin. Bu müamilə haramdır. çünki ribalı borcdan hesab olunur. 
İSTİLAHLAR 
 
Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən 
mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam. 
 
Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi. 
 
Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə 
qərarına əməl edən kimsə. 
 
Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək. 
 
Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən. 
 
Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr 
baş verərkən vacib olan iki rük`ət namaz. 
 
Aybaşı – Heyz, qadının adət halı. 
 
Az su – Yerdən qaynamayan və kürr sudan az olan su. 
 
Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız. 
 
Batil – Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl. 
 
Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz 
(bax: məs. 1528). 
 
Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq. 
 
Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə