İyun 2016 “Azərxalça”ya rəhbər təyin olunub



Yüklə 346,58 Kb.
səhifə4/6
tarix15.03.2018
ölçüsü346,58 Kb.
#31497
1   2   3   4   5   6

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, 1 dollar 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il Dövlət Neft Fondu və Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün hərraclarda üst-üstə 2 milyard 842,8 milyon dollar satıblar.

Vergi ödəyicilərinə xidmət hesabatı

17.06.2016



vn 1
Vergilər Nazirliyi vergi ödəyicilərinə 2016-cı ilin may ayında göstərilmiş xidmətlər haqqında hesabat yayıb. Hesabata görə, ay ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları canlı əlaqə zamanı 20077 sualı cavablandırıb.

Müraciətlərin 21,1%-i qeydiyyat, 16,4%-i elektron xidmətlər, 14,5%-i vergilərin növləri, 11,6%-i vergi qanunvericiliyi, 6,56%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4522 zəng daxil olub, 2609 zəng zamanı vergi borcu, 1913 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 8844 SMS göndərilib.

Xidmət strukturları 34905 nəfərə 52134 xidmət göstərib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 408472 daxilolma qeydə alınıb, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,2% çoxdur.

Ötən ay sərhəddə nə qədər pozuntu qeydə alınıb?

17.06.2016

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi xəbər verir ki, 2016-cı ilin may ayında dövlət sərhədini pozan 28 nəfər saxlanıb. Onların 19 nəfəri Azərbaycan, 3 nəfəri İran, 3 nəfəri Nigeriya, 2 nəfəri Özbəkistan, 1 nəfəri Gürcüstan vətəndaşıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 nəfər, Xəzər dənizində 52 nəfər, sərhəd nəzarət məntəqələrində 704 nəfər saxlanıb, Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 406 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

9 halda 4 kiloqram 251 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 99 halda ümumi dəyəri təqribən 509 min 347 manat olan qaçaqmal saxlanıb.

Azərbaycanın xarici ticarəti 31,78% düşüb

17.06.2016



dgk 12016-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 381,4 milyon dollar olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 31,78% azalma deməkdir.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2015-ci ilin ilk 5 ayı ilə müqayisədə idxal əməliyyatlarında 18,19%, ixrac əməliyyatlarında 42,26% geriləmə var (5 aylıq hesabat).

2016-cı ilin ilk 5 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 850 milyon 585,35 min manat daxil olub.

Hesabata əsasən, 155 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 7506-dır. Bunun 3909-u fiziki şəxslər, 3597-si hüquqi şəxslərdir.

177 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 3420-si özəl sektoru təmsil edib.

5 aylıq idxal-ixrac göstəriciləri

17.06.2016

import-exportBu ilin ilk beş ayında Azərbaycanın ixracının (Rəsmi hesabat) 75,91 faizini xam neft, 5,12 faizini neft məhsulları, 3,74 faizini təbii qaz təşkil edib. Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-may aylarında ixracın 3,73 faizi meyvə-tərəvəz məhsulları olub.

Yanvar-may aylarında Azərbaycandan xam neft ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 42,62 faiz azalıb. Hesabata görə, 2016-cı ilin birinci beş ayı ərzində neft məhsullarının ixracı üzrə 58,73 faiz, təbii qaz ixracı üzrə 10,5 faiz azalma var.

Meyvə-tərəvəz üzrə ixracda 2015-ci ilin ilk beş ayı ilə müqayisədə 58,01 faiz artım qeydə alınıb, çay ixracı isə 65,17 faiz düşüb.

Ötən illə müqayisədə ixracda pambıq iplik məhsulu üzrə 82,6 faiz artım olub. Qara metallar və onlardan hazırlanan məmulatların ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 309,86 faiz artıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, yeyinti məhsullarının idxalı (5 ayda idxal) 2015-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,28 faiz artıb. Meyvə-tərəvəz idxalı 106,52 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 128,91 faiz çoxalıb.

Çay idxalında 155,88 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 54,92 faiz artım var. Ət idxalı 9,47 faiz, şəkər idxalı 12,56 faiz artıb.

Tütün və tütün məmulatlarının idxalı bu ilin ilk beş ayında 59,08 faiz azalıb. Əczaçılıq məhsullarının idxalında 29,14 faiz azalma qeydə alınıb.

Nəqliyyat vasitələri və onların hissələrinin idxalında 46,29 faiz azalma var.

Xarici ticarətdə əsas tərəfdaşlar: Rusiya önə keçmək üzrədir

17.06.2016



import-export 1Dövlət Gömrük Komitəsi Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələrin siyahısını açıqlayıb. Transparency.az-ın məlumatına görə, 2016-сı ilin ilk beş ayında Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr İtaliya və Rusiya olub. İtaliya ilə ticarət dövriyyəsinin həcmi ümumi dövriyyənin 11,86 faizini, Rusiya ilə 11,59 faizini təşkil edir (Hesabat).

Türkiyə 8,38%-lə üçüncü, Almaniya 6,51%-lə dördüncü, Fransa 5,68%-lə beşincidir.

İlin ilk beş ayında Azərbaycanın ixracında ən böyük pay İtaliyaya düşür. Bu ölkəyə ixrac ümumi ixracın 19,78%-dir.

İdxalda əsas ölkələrin siyahısına Rusiya başçılıq edir (18,30%).

Bu ilin yanvar-may aylarında MDB ölkələri üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,62% artıb. Avropa İttifaqı üzrə ixracda 50,12%, digər ölkələr üzrə ixracda 35,26% azalma olub.

2016-cı ilin ilk 5 ayında MDB ölkələrindən idxal 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,98% azalıb. Avropa İttifaqı ölkələri üzrə idxalda 20,93% azalma var. Digər ölkələrdən idxal isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,77% aşağı düşüb.

Gömrük hüquqpozmalarının statistikası

17.06.2016



gomruk-22016-cı ilin ilk beş ayı üzrə gömrük hüquqpozmalarının statistikası bəlli olub. Transparency.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir ki, yanvar-may aylarında gömrük orqanları cinayət xarakterli 207 fakt aşkarlayıb. Bunun 120-si qaçaqmalçılıq faktı, 43-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 4-ü gömrük ödənişlərindən yayınma, 40-ı aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 47-si digər cinayət xarakterli faktlardır.

Beş ayda gömrük hüquqpozmalarında 234 şəxs təqsirləndirilib.

Hesabat dövrü ərzində Dövlət Gömrük Komitəsi 3740 inzibati xəta faktı ortaya çıxarıb.

Şahin Mustafayev Moskvada müzakirələr aparıb

17.06.2016

shahin_mustafayev_11İqtisadiyyat naziri Şahin Mustafayev iyunun 15-i Moskvada Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrini müzakirə edib. Economy.gov.az-ın məlumatına görə, görüşdə Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğu, iki ölkə arasında 50-dən çoxu iqtisadi sahəyə aid 170-dən çox sənədin imzalandığı nəzərə çatdırılıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiyadan Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dolları, Azərbaycandan isə Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox birbaşa investisiya qoyulub.

Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib.

Putin parlament seçkisi təyin etdi

17.06.2016

putin 1
Rusiya prezidenti Vladimir Putin parlamentin aşağı palatası olan Dövlət Dumasına seçkini sentyabrın 18-nə təyin edib.

Novator.az xəbər verir ki, seçki qarışıq sistemlə keçiriləcək: 225 deputat  proporsional, bir o qədəri də majoritar sistem üzrə seçiləcək. Dövlət Dumasında 450 deputat yeri var.

Parlamentə proporsional sistem üzrə düşmək üçün partiyalar beş faizlik baryeri aşmalıdır. Dairələrdə isə namizədlərə daha çox seçici səsi qazanmaq kifayət edir.

Hazırda Dövlət Dumasında dörd partiya – Vahid Rusiya, Rusiya Kommunist Partiyası, Ədalətli Rusiya Partiyası, Liberal Demokrat Partiyası təmsil olunur.

İsveçdə ödənişlərin yalnız iki faizi nağd aparılır

17.06.2016



odeme 1
İsveç Mərkəzi Bankının yeni hesabatına görə, ölkədə bütün ödənişlərin yalnız iki faizi nağd əsginaz və sikkələrdən istifadə edilməklə aparılır. Hesablaşmaların əksəriyyəti elektron vasitələrlə: xüsusi ödəniş proqramları, onlayn köçürmələr və plastik kartlar vasitəsilə həyata keçirilir.

AZƏRTAC-ın məlumatına əsasən, İsveçdə hər bir vətəndaş il ərzində orta hesabla 207 ödənişi plastik kartlarla icra edir. Krallıq əhli bu göstərici üzrə digər Avropa ölkələrinin vətəndaşlarını üç dəfə qabaqlayır.

Yaşayış minimumu minimumdan aşağı düşüb

17.06.2016



rovshan agayevİqtisadçı ekspert Rövşən Ağayev ölkədə qiymət artımının yaşayış minimumunun dəyərində öz əksini tapmadığını bildirir. Transparency.az-ın məlumatına görə, ekspert minimum qida rasionu ilə mövcud yaşayış minimumunun dəyəri arasında müqayisə apararaq yazır: “Azərbaycan qanunvericiliyinə görə, hər bir əmək qabiliyyətli yaşında olan insan il ərzində ən azı 630,5 kiloqram müxtəlif qida məhsulu və 150 ədəd yumurta istehlak etməlidir. Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida rasionunda 35,4% süd və süd məmulatının, 24,1% tərəvəz və kartofun, 21,7% çörək və çörək məmulatının, 6,5% ət və ət məmulatının (balıq və balıq məmulatı daxil), 6% meyvənin, 2,8% yağın (bitki və kərə), 2,7% şəkər və şirniyyatın payına düşür. Əmək qabiliyyətli insanın öz fizioloji mövcudluğunu qoruması, iş qüvvəsini bərpa etməsi üçün tələb olunan minimum qida rasionunun 99,2%-i qeyd olunan bu 7 qida qrupuna daxil olan ərzaq məhsullarıdır.

Son 1 ildə bu qida qrupundan 6-sı üzrə məhsulların, həmçinin yumurtanın qiymətində xeyli artım olub. Rəsmi statistikaya görə, son 1 ildə süd və süd məmulatlarının qiyməti 11,2%, çörək və çörək məmulatlarının qiyməti 16,2%, ət, ət məmulatları, balıq və balıq məmulatlarının qiyməti 10%-ə yaxın, meyvə 6,2%, yağlar 25%-dən çox, şəkər və şirniyyatlar 16,5% bahalaşıb. Amma əmək qabiliyyətli işçi üçün 2016-cı ilin yaşayış minimumunun dəyəri 2015-ci ilə nisbətən cəmi 3% və ya 5 manat artıb: ötən il 141 manat idi, bu il 146 manat olub”.

Ekspert bildirir ki, hökumət maaşları artıra bilməsə də, ən azından yaşayış minimumunun dəyərini qiymət artımına uyğun müəyyən etməlidir: “Bu, “Yaşayış minimumu haqqında” qanunun tələbidir. Həmin qanunun 2-ci maddəsinə görə, yaşayış minimumu göstəricisi yoxsullar üçün ünvanlı sosial yardım sisteminin formalaşdırılması, yoxsulluq səviyyəsinin ölçülməsi, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin müəyyənləşdirilməsi üçün əsas göstəricidir. Ona görə real qiymət artımı mütləq yaşayış minimumunun dəyərində öz əksini tapmalıdır.
Nəzərə alaq ki, həmin 146 manatla təkcə ərzaq yox, kommunal və sosial xidmətlər (təhsil və səhiyyə) üçün haqlar da ödənməli, geyim və ev əşyaları, azyaşlı uşaqlar üçün məktəb ləvazimatları da alınmalıdır. Bu il əhali üçün su tarifləri də 35%-ə yaxın artırıldı. Göründüyü kimi, ən az qiymət artımı 6 faiz, ən yüksək qiymət artımı 30-35 faizdir. Yaşayış minimumunun dəyərində cəmi 3 faiz artım var”.

Silahlı Qüvvələr 25 min nəfərədək şəxsi heyətlə təlim keçirəcək

17.06.2016

mn 1Silahlı Qüvvələr iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçirəcək. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Təlimlərin keçirilmə ərazisi olaraq cəbhə boyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru müəyyən edilib.

Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir.

Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir.

Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanacaq.

Təlimin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.

Hesablama Palatası nazirlik, idarə və icra hakimiyyətində yoxlamaların nəticələrini təsdiqləyib

17.06.2016

hesablama_palatasi 1
Hesablama Palatasının kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və tabeliyində olan qurumlara (seçmə üsulla) ayrılan vəsaitlərin istifadəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və onun strukturuna daxil olan qurumlara ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası, dövlət büdcəsindən Sabunçu Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

“Azadlıq” radiosu niyə Vergilər Nazirliyi ilə məhkəmədə üz-üzə gəlir?

17.06.2016



azadliq - radio“Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi Vergilər Nazirliyini məhkəməyə verib. İddiaya iyunun 23-ü 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq. Radio vergi orqanının 2015-ci ilin yanvarından 2016-cı ilin martınadək aparılan yoxlama nəticəsində tərtib etdiyi aktın ləğvini və həmin akt əsasındakı qərarın etibarsız sayılmasını istəyir. Məhkəmədə “Azadlıq” radiosunun hüquqlarını qoruyan vəkil Adil İsmayılov məsələnin mahiyyətini Azadliq.org-a açıqlayıb:

– Vergilər Nazirliyi “Azadlıq” radiosuna mənfəət vergisi hesablayıb. Halbuki “Azadlıq” radiosu qeyri-kommersiya təşkilatıdır, heç bir mənfəətdən söhbət gedə bilməz. Üstəlik, mənfəət vergisini hesablamaq üçün ümumiyyətlə “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinə daxil olan bütün məbləğləri götürüb, ondan 20 faizlik rentabelliklə vergi hesablayıblar. Faktiki “Azadlıq” radiosu heç bir gəlir əldə etməyib, nə reklamı, nə də başqa yerdən qazancı var, daxil olan bütün məbləğlər də radionun baş ofisindən gələn pullardır, heç bir mənfəətdən söhbət gedə bilməz. “Azadlıq” radiosu mənfəət vergisinin ödəyicisi olmadığına görə bu akt qanunsuz və əsassızdır.

Bu azmış kimi daxil olan bütün pullara mənfəət hesablayıblar. Özləri də bilir və bunu təsdiqləyən sənədlər də təqdim olunub ki, daxil olan məbləğin əsas hissəsi əmək haqlarına gedib, müəyyən hissəsi avadanlıq alınmasına, ofis icarəsinə xərclənib. Heç olmasa bunları çıxıb qalanına mənfəət vergisi hesablasaydılar, yenə anlamaq olardı. “Bəzi xərclənən mənbələr məlum deyil” yazıb məbləğin hamısına mənfəət vergisi hesablamaq gülüncdür.

Yeri gəlmişkən, “Azadlıq” radiosunda daha əvvəl də yoxlama keçirilib və 2010-cu il iyunun 7-də də akt tərtib olunub. O vaxt Vergilər Nazirliyinin nümayəndəsi aktda yazıb ki, “Azadlıq” radiosu mənfəət vergisinin ödəyicisi deyil. Yəni radio Bakıda fəaliyyət göstərdiyi dövrdə – 2010-cu ilədək və ondan sonra da mənfəət vergisi ödəməyib. Azərbaycanla ABŞ arasındakı sazişə görə, bu vergini ödəməkdən azaddır. Həmin sazişi də vergi orqanına təqdim etmişdik. Təəssüf ki, onlar bunu nəzərə almadılar.

– Aktda həm də qeyd olunur ki, “Azadlıq” radiosu 2008-ci il yanvarın 1-dən 2009-cu il yanvarın 1-nədək lisenziyasız yayımlanıb. Həmin dövr 2010-cu il yoxlamasından əvvəlki dövrə təsadüf edir. O aktda bu barədə nəsə olub?

– Bu məsələ 2010-cu ildə tərtib olunmuş aktda öz əksini tapmayıb, çünki radionun lisenziyasız fəaliyyətindən söhbət gedə bilməzdi. Biz yoxlamanın gedişində sənədlər də təqdim etdik və həmin sənədlərdən görünür ki, lisenziyanın müddəti 2008-ci il sentyabrın 7-də başa çatıb. Amma bundan sonra “Azadlıq” radiosu ilə Teleradio Şurası arasında danışıqlar gedib və nəticədə razılıq əsasında radio yayımını davam etdirib. Lisenziyanın müddəti bitəndən sonra icazə olmasa, “Azadlıq” radiosu heç cür dalğaya çıxa bilməzdi. Bundan ötrü Teleradio Şurasının razılığı bir yana, həm də o tezliyə çıxışı təmin edən qurumların da icazəsi olmalıdır. Lisenziyanın ləğvi barədə qərar 2008-ci il dekabrın 30-da verilib. Orada da göstərilib ki, dekabrın 31-dən sonra lisenziyanın müddəti uzadılmasın. O səbəbdən lisenziyasız fəaliyyət barədə yazılanlar absurddur. Bununla əlaqədar başqa məqamlar da var ki, iddia ərizəsində göstərmişik.

Aktdakı başqa bir məqam işçilərlə bağlanmış müqavilələrlə əlaqədardır. Guya radio işçilərlə əmək müqaviləsi bağlamalıydı, amma mülki – xidməti müqavilə bağlayıb. Bu hissə ilə də razı deyilik. Bu, həm radionun, həm də əməkdaşlıq edən şəxslərin özünün istək və seçiminə bağlı məsələdir. Yeri gəlmişkən, həmin məsələ ilə əlaqədar “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olmuş, sonra radioyla xidməti mülki müqaviləylə əməkdaşlıq edən Xədicə İsmayıla da ittiham verilmişdi. Ona bu ittihamı vermək üçün 2015-ci il yanvarın 19-da aralıq aktı tərtib olunmuşdu. O aktda mülki müqavilə əsasında çalışan 9 nəfərin adı vardı və onların hər birinə nə qədər pul verildiyi də öz əksini tapmışdı. Aralıq aktında göstərilən bu məsələni sonradan əsas vergi aktına da daxil ediblər. Məlum olub ki, aralıq aktında göstərilən ad və məbləğlərlə əsas aktda göstərilənlər arasında fərq var. Bununla bağlı öz iradlarımızı bildirdik, şikayətimizdən sonra akt ləğv olundu. Ardından – bir ay ötəndən sonra yeni akt tərtib edildi. Bu dəfə həm adamların sayında, həm adlarında, həm də aldıqları məbləğlərdə fərqlər vardı. Maraqlısı budur ki, adlar və say dəyişilsə də, onlara verilən məbləğlər sabit qalmışdı. Bu, vergi əməkdaşlarının qeyri-peşəkarlığından xəbər verir, həm də onu göstərirdi ki, əvvəlcədən aralıq aktında çıxardıqları və Xədicə İsmayıla ittiham verilən ümumi məbləği dəyişmək istəmirdilər.

Aktda bir bənd də akkreditasiya ilə bağlı idi ki, xarici KİV-in əməkdaşı burada akkreditasiyadan keçməlidir. Bu da Xədicə İsmayıla verilən ittihamlardan biri idi. Bunun özü də qanunsuzdur. Çünki bu vergi aktı tərtib olunan zaman və yoxlamanın əhatə etdiyi dövrdə akkreditasiya qaydaları müəyyən olunmamışdı. Qaydaları 2015-ci ilin aprelində Xarici İşlər Nazirliyi müəyyənləşdirib. Qaydalar olmadığı halda necə akkreditasiya oluna bilərdi? Digər tərəfdən akkreditasiya özü-özlüyündə məsuliyyət yaratmır. Sadəcə hansısa KİV nümayəndəsinin haradasa qeydiyyata alınmasından söhbət gedə bilər, məsuliyyətdən yox.

– 131 min 540 manat vergi cəriməsi hesablanıb. Ödənilib?

– Ödənilməyib və bunun bir neçə səbəbi var. Səbəblərdən biri budur ki, “Azadlıq” radiosunun ofisini istintaq orqanı qanunsuz möhürləmişdi, nələrin götürüldüyü ayrı-ayrılıqda sənədləşdirilmədən bir protokolla bütün sənədləri yığıb aparmışdılar. Sənədlərlə yanaşı “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyinin möhürünü, ştampını da götürmüşdülər. Faktiki radionun işini iflic etmişdilər və bu gün də “Azadlıq” radiosunun Azərbaycan nümayəndəliyi fəaliyyət göstərə bilmir. Nə möhürü var, nə ştampı. Ofisin qapısını 2014-cü ilin dekabrından 2015-ci ilin mayınadək möhürləyib bağlı saxladılar, açandan sonra da icarədar təşkilatdan tələb etdilər ki, «Azadlıq” radiosunu oradan çıxarsınlar. “Azadlıq” radiosunun nəinki öz hesabları, hətta əməkdaşlıq edən şəxslərin hesabları da dondurulub. Bu gün cəriməni ödəmək istəsək belə, buna imkan yoxdur. Möhür yox, ştamp yox, hesablar dondurulub. Əgər 131 min 540 manatlıq cərimə ödənilsə, bunların məntiqiylə belə çıxır ki, daxil olan bu məbləğə görə də mənfəət vergisi verməliyik.

– “Azadlıq” radiosu ilə bağlı istintaq nə yerdədir?

– Bildiyimə görə, Xədicə İsmayıl barəsində cinayət işi ümumi işdən ayrılıb göndərilmişdi. O cinayət işi də təkcə “Azadlıq” radiosunun yox, ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərin xaricdən aldığı maliyyənin guya qanuniliyini araşdırmaq məqsədilə başlanmış iş idi. Həmin iş qalır hələ də. Dəfələrlə prokurorluqla əlaqə saxlayıb istintaqın yekunlaşıb-yekunlaşmadığını soruşmuşuq. Hər dəfə də bu gün-sabah deyirlər. Bu günlərdə bir daha baş prokurora müraciət olundu. Bildirdik ki, “Azadlıq” radiosu bu məsələnin sülhlə, danışıqlarla həll olunmasını istəyir. Yəni “Azadlıq” radiosu nun Azərbaycan dövlətiylə heç bir problemi yoxdusr. Eyni zamanda dövlətin də “Azadlıq” radiosu ilə hər hansı probleminin olmadığını düşünürük. Əgər məhkəmə obyektiv, qanuni olacaqsa, vergi aktı ləğv ediləcək və onun əsasında çıxarılmış qərar da etibarsız sayılacaq. Əgər olmasa, “Azadlıq” radiosu öz haqlarını beynəlxalq müstəvidə qorumaq məcburiyyətində qalacaq.

Nazirlik əlilliyi olan 284 şəxsi işlə təmin edib

17.06.2016



emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin yanvar-may aylarında əlilliyi olan 284 nəfəri münasib işlərlə təmin edib. Rəsmi məlumata əsasən, onlardan 128 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulan kvota çərçivəsində vakant iş yerlərinə təyin olunublar. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi göstəricilərinə görə Abşeron, Aran və Naxçıvan iqtisadi rayonları üstündür.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün nəzərdə tutulmuş kvota üzrə 665 müəssisə üzrə 2 minə yaxın boş iş yeri müəyyən edib. Həmin vakansiyaların yarısı əlilliyi olan şəxslər üçündür.

“Məşğulluq haqqında” qanuna əsasən, əlilliyi olan şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilirlər. Onların güzəştli şərtlərlə işlə təminatı qanunun əsas tələblərindən biridir. Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na görə, idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın 50 faizə yaxını əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.

Dövlət komitəsi 10 manatlıq yeni elektron xidmət istifadəyə verib


Yüklə 346,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə