İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
4.3.5.
 
Pambıqyığan 
kombaynın 
bitki 
qalıqlarından təmizlənməsi 
Pambıqyığan kombaynın işindən sonra pambıq 
lifləri  yüngül  olduğu  üçün  havada  oynayır  və 
kombaynın işçi hissələrinin üzərinə oturur. Ona görə 
qızmış hissənin üzərinə düşdükdə tez alışa bilər. 
İşdən  sonra  bütün  işçi  hissələrə  ilişən pambıq 
lifləri təmizlənməlidir. 
 
Unutmayın!  JOHN  DEERE
  7760  pambıqyığan 
kombayn istifadədən  sonra  saxlandıqda  şpindellər, 
pambıq sorucu boru və digər işçi orqanları liflərdən, 
quru ot, toz və digər materiallardan təmizlənir (Şəkil 
4.10). 
 
 
Şəkil 4.10. John Deere 7760 pambıqyığan 
kombaynın işçi orqanlarının təmizlənməsi.
 
4.3.6.
 
Pambıqyığan  kombaynın  işdən  sonra 
saxlanması 
 
Yadda  saxlayın!  JOHN  DEERE
  7760 
pambıqyığan  kombayn  işdən sonra təmizlənir və 
xüsusi meydançalara qoyulur (Şəkil 4.11). 
Vacib  şərtlərdən  biri  pambıqyığan  kombaynın 
işçi  orqanlarının  nəmdən,  günəş  şüasından  və  s. 
qorunmasıdır.  Bu,  onun  iş  ömrünü  artırır,  işçi 
hissələrin  xidmət ömrünün və  məhsuldarlığının 
yüksəlməsini  təmin edir. 
 
 
Şəkil 4.11. John Deere 7760 pambıqyığan 
kombaynın saxlanılması.
 
4.3.7.
 
Pambıqyığan  kombaynın  mövsümdən 
sonra saxlanması 
Pambıqyığan  kombaynlar  pambıq  yığımı 
mövsümü 
qurtardıqdan 
sonra 
saxlanmaya 
qoyulmalıdır. 
Bu məqsədlə  kombaynın  işçi  orqanları  bitki 
qalıqlarından,  torpaqdan  təmizlənir və  saxlanmaya 
qoyulur. 
 
Yadda saxlayın! 
JOHN DEERE 
7760
 kombaynı 
mövsümdən sonra saxlanıldıqda işçi orqanlar torpaq 
səthindən  yuxarı  qaldırılmalı,  təkərlər  dayağa 
qaldırılmalı, təkərlərin içərisindəki hava 70 faizədək 
çıxarılmalıdır (Şəkil 3.28). 
 
Şəkil 3.28. Pambıqyığan kombaynın 
saxlanılması.
 
76 
 


 
4.3.8.
 
Pambıqyığan  kombaynın  uzun  müddətli 
saxlanmaya qoyulması 
 
Yadda  saxlayın! 
JOHN DEERE 7760 
pambıqyığan  kombaynın  işdən  sonra  bütün  işlək 
mexanizmləri təmizləndikdən sonra uzun müddətli 
saxlanmaya  qoyularkən torpaq səthindən müəyyən 
hündürlükdə saxlanılır (Şəkil 4.12). 
Saxlanılma  şərtləri  texnikanın  istismarından 
sonra saxlanma tələblərinə cavab verməlidir. 
 
 
 
Şəkil 4.12. John Deere 7760 pambıqyığan 
kombaynın torpaq səthindən müəyyən 
hündürlükdə saxlanılması.
 
4.3.9.
 
Kombaynın korroziyadan qorunması 
Texnika nəm şəraitdə, açıq havada saxlandıqda 
nəmliyin təsirindən,  atmosfer  çöküntülərinin 
təsirindən  aşınma  gedir  və  metal hissələr 
korroziyaya uğrayır. 
 
Unutmayın!  JOHN  DEERE
  7760  pambıqyığan 
kombayn istifadədən  sonra  saxlandıqda  işçi 
orqanların  (şpindelin  rezinləri,  şpindeldən  pambıq 
ayıran  şotkalar,  pambıq  sorma  kamerasının  sorucu 
qurğusu  və  s.)  korroziyaya  uğramasına  və 
aşınmasına yol verilməməlidir (Şəkil 4.13).  
Hərəkətli  işçi  hissələr  xüsusi  konsistent  yağla 
yağlanaraq təsirdən və korroziyadan qorunmalıdır. 
 
 
 
Şəkil 4.13. John Deere 7760 pambıqyığan 
kombaynın işçi orqanlarının korroziyadan 
qorunması. 
 
 
4.3.10.
 
Torpaq  becərən  maşınların  bitki  və 
torpaq qalıqlarından təmizlənməsi 
Torpaqla  işlədikdə  torpaq nəm  olduğu  üçün 
texnikanın işçi orqanlarına yapışır (Şək 4.14). 
İşdən  sonra  işçi  orqanlar  torpaqdan 
təmizlənməlidir. 
 
Şəkil 4.14. Texnikanın işçi orqanlarına 
torpağın yapışması. 
77 
 


 
4.3.11.
 
Kotanın torpaqdan təmizlənməsi 
 
Diqqət!
 Şumlama aparan aqreqatda istifadədən 
sonra kotanın gövdələri, gavahınlar və çərçivə otdan, 
samandan təmizlənir (Şəkil 4.15). 
Bu təmizləmədə məqsəd işçi orqanın şumlama 
zamanı lazımi dərinlikdə şumlama apara bilməsinin 
təmin edilməsidir. 
 
Şəkil 4.15. Kotan gövdəsinin korroziyadan 
qorunması və təmizlənməsi. 
4.3.12.
 
Kultivator  və  malaların  işçi  orqanlarının 
işdən sonra təmizlənməsi 
Kultivator və  malaların  işçi  orqanlarının  işdən 
sonra  təmizlənməsi  vacibdir. Nəm torpaq 
kultivatorun  işçi  orqanlarının  üzərində  qaldıqda 
onun paslanmasını sürətləndirir. 
Təmizlənmiş  texnika  keyfiyyətli  işini  təmin 
etməlidir (Şəkil 4.16). 
 
Şəkil 4.16. Kultivator və malaların işçi 
orqanlarının işdən sonra təmizlənməsi. 
4.3.13.
 
Toxum  səpən  maşının  qalıqlardan 
təmizlənməsi 
Yadda  saxlayın!  Gaspardo  Directa  300 
 
taxılsəpən  maşının  işdən  sonra  işçi  orqanlarının  ot, 
çöp,  saman,  torpaq  və  s.  –dən  təmizlənməsi mütləq 
tələb edilən səviyyədə aparılmalıdır (Şəkil 4.17). Əks 
halda  yaxşı  təmizlənmə  aparılmadıqda  səpinin 
keyfiyyətlə aparılması təmin edilmir. 
 
 
Şəkil 4.17. Gaspardo Directa 300 taxılsəpən 
maşının işçi orqanlarının işdən sonra 
təmizlənməsi. 
4.4.
 
Nasazlıqlara nəzarət 
Burada kənd təsərrüfatı  maşınlarının  istifadədən sonra  bütün elektrik  xətlərinin
kabellərin zədələnmə və qırılmaya yoxlanılması haqqında təlimatlanma verilir. Aqreqatların işçi 
orqanlarında,  o  cümlədən  qayış  ötürməsi olan hissələrdə  tarımlığa  yoxlanma  haqqında 
təlimatlanma verilir. 
Maşınların saz vəziyyətdə saxlanması  məqsədi ilə onların şinlərinin yararlılığı və təkərlərin 
təzyiqinin normal olmasının gözlənilməsi vurğulanır. 
78 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə