Kənd təsərrüfatı texnikası bilavasitə torpaqla və bitki ilə işlədiyindən
torpaq və bitki
qalıqları maşının işçi orqanlarında toplanır. Torpağın nəmliyi yüksək olduqda torpaq maşının
təkərlərinə, kotanın gövdəsinə, kultivatorun pəncələrinə yapışır onların ağırlığı artır,
becərmənin keyfiyyəti dəyişir. Səpən və əkən maşınlarda toxum və gübrə qalıqları
təmizlənməlidir. Zəhərli kimyəvi maddələri çiləyən texnikada işçi orqanlar təmizlənməlidir.
Taxılyığan, yemyığan, pambıqyığan, çuğundur və kartof yığan kombaynlar yığdığı bitkinin
qalıqları işçi orqanların çıxıntılarına ilişib qalır. İstifadədən sonra işin sonunda texnika bitki
qalıqlarından təmizlənməlidir.
Diqqət!
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatların istifadəsindən sonra
saxlanılması haqqında məlumat verilir.
4.2.1.
Texnikanın saxlanması üçün talvarlardan
istifadə
Unutmayın!
Maşın, texnika və ya aqreqatlar
istifadə edildikdən sonra qısa (10 gündən 2 aya
kimi) və uzun müddətə (2 aydan çox) saxlanılır
(Şəkil 4.2).
Bu məqsədlə texnikanın saxlanılması üçün
müəyyənləşdirilmiş xüsusi yerlərdə saxlanma
şərtlərinə riayət edilməklə saxlanılmanın təşkil
edilməsi vacibdir.
Şəkil 4.2. Aqreqatların saxlanılması üçün üstü
örtülü talvar.
4.2.2.
Texnikanın açıq meydançada saxlanması
Örtülü saxlanma şəraiti olmadıqda texnikanı
açıq meydançada saxlamalı olurlar. Bu zaman isə
saxlanmaya daha ciddi tələblər qoyulur.
Diqqət!
Yeni maşın, texnika və ya aqreqatlar
açıq meydançada saxlanıldıqda (suyun axması üçün
2-3
0
maillik) ehtiyac olan işçi orqanlar çıxarılaraq
orada saxlanılır (Şəkil 4.3).
Cərgəarası məsafə (8-10 metrdən az olmamalı)
və texnikanın növündən asılı olaraq onların
arasındakı məsafə (0,6-3 metr hüdudunda) mütləq
gözlənilməlidir.
Şəkil 4.3. Kənd təsərrüfatı maşınlarının
meydançada saxlanılması.
Yadda saxlayın!
Texnikanın uzun müddətə saxlanılması tam örtülü (anbar) və ya üstü
örtülmüş ərazidə olmalıdır.
Üstü örtülü ərazidə saxlanıldıqda maşınların tez sıradan çıxan hissələri texnikanın
üzərindən açılaraq müəyyənləşdirilmiş xüsusi örtülü yerlərdə saxlanılır.
73
4.3.
Mühərrikli maşınların qızmış hissələrindən yanma qabiliyyətli materialların
təmizlənməsi
Kənd təsərrüfatı bitkiləri yığılarkən, xüsusi ilə taxıl, qarğıdalı, pambıq və başqa bitkiləri
yığarkən qurumuş bitki qalıqları maşınların qızmış işçi hissələrinə yığıla bilir. Bu
isə oddan
təhlükəlidir. Odur ki, mühərrikli maşınlardan istifadə etdikdən sonra işin sonunda maşının
hissələri bitki qalıqlarından təmizlənir.
Burada müxtəlif növ maşınları istifadə etdikdən sonra işçi orqanların təmizlənməsi
qaydaları haqqında təlimatlanma işləri haqqında məlumat verilir. Eləcə də John Deere taxıl və
pambıqyığan, Class Meqa tipli taxılyığan kombaynların və digər maşınların istifadədən sonra işçi
orqanlarının təmizlənməsi haqda məlumatlar qeyd edilir.
4.3.1.
Mühərrikli, özüyeriyən kombaynların işçi
orqanlarının təmizlənməsi
Taxılyığan kombaynların mühərrikləri yanğın
təhlükəsizliyini
təmin etmək məqsədi ilə kombaynın
üst hissəsində yerləşir. Lakin nə qədər olsa da taxıl
biçini zamanı yüngül saman hissəcikləri, püfə havada
oynayaraq kombaynın bütün hissələrinə tökülür
(Şəkil 4.4). O cümlədən qızmış hissələrin
üzərinə də
düşür. Şnekdə, biçən aparatda, maili kameranın
zəncirlərində, döyən aparatda, saman-küləş
silkələyəndə, xırdalayıcıda küləş və saman qalıqları
qalır.
Gün ərzində qızmış hissələrə ilişib qalan
qalıqlar təmizlənməli, işdən
sonra kombayn tam
təmizlənməlidir.
Unutmayın!
İstifadədən sonra taxılyığan
kombaynların işçi orqanları təmizlənir.
Şəkil 4.4. Taxılyığan kombaynın işi zamanı
toz, püfə, saman hissəciklərinin ətrafa
yayılması.
4.3.2.
Kombaynın
işçi
hissələrinin
bitki
qalıqlarından təmizlənməsi
Kombaynın işi qurtardıqdan sonra işçi
hissələrin üzərində olan qalıqlar təmizlənir. Biçən
hissə və şnekdə saman, dən, sünbül, küləş qalıqları
yanğın üçün təhlükəlidir. Odur ki, təmizlənməlidir
(Şəkil 4.5).
Şəkil 4.5. Taxılyığan kombaynın işçi
orqanlarının təmizlənməsi.
74
Diqqət!
Mühərrikli maşınların isti
hissələrində
yüksək temperatur olduğundan yanma qabiliyyətli
materiallar quru ot, saman, püfə və s. mütləq
təmizlənməlidir (Şəkil 4.6).
Unutmayın!
Taxılyığan (qarğıdalıyığan və s.)
kombaynların qızmış hissələri otdan, samandan
təmizlənməlidir. Əks halda
yanğın təhlükəsi yarana
bilər (Şəkil 4.7).
4.3.3.
Kombaynın təmizlənməsi
Yadda saxlayın!
Almaniya istehsalı
CLASS
MEGA 350
taxılyığan kombaynın kəsici aparatının
barmaqlı brusları, saxlayıcı, tənzimləyici
dəstək və
kəsici bıçağın intiqalı toz, saman, ot və s. qalıqlardan
təmizlənir (Şəkil 4.8).
4.3.4.
Döyən aparatın bitki qalıqlarından
təmizlənməsi
Taxıl hissəcikləri oda çox hərisdir.
Unutmayın!
İşdən sonra əsas işçi orqanların
qəbul kamerası, döyücü aparat və ötürücü biter
təmizlənməlidir.
JOHN DEERE
taxılyığan kombaynların
taxıldöyən aparatı təmizləndikdən sonra (işdən
sonra) itkiyə yol verilməməsi məqsədi
ilə döyücü
kameranın ara məsafəsinin düzgün qoyulması vacib
şərtdir (Şəkil 4.9).
Şəkil 4.6. Mühərrikli maşınların isti
hissələrinin yanğından qorunması.
Şəkil 4.7. Taxılyığan kombaynlarda yanğın
təhlükəsi.
Şəkil 4.8. Class Meqa 350 taxılyığan
kombaynın istifadədən sonra təmizlənməsi.
Şəkil 4.9. Taxılyığan kombaynın döyən
aparatının təmizlənməsi.
75