İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
Günəş  şüası  birbaşa  düşdükdə  texnikanın  səthi  qızır  və  üzərindəki rəng  quruyur,  çatlar 
əmələ gəlir və bozarır. Atmosferin təsirindən metal və qeyri metal hissələr əyilir və formasını 
dəyişərək deformasiyaya uğrayır.  
Odur ki, bütün hissələr nəmdən, rütubətdən və günəş şüasından qorunmalıdır. 
 
 
4.5.1.
 
Nəmlikdən  və  rütubətdən  texnikanın 
hissələri korroziyaya uğrayır 
 
Unutmayın!
  Maşın,  texnika  və  ya aqreqat 
istifadədən 
sonra 
saxlanıldıqda 
rütubətdən 
qorunmalıdır. 
Texnikanın  rütubətdən  qorunması  onun  işlək 
mexanizmlərinin  korroziyaya  uğramaması  məqsədi 
ilə yerinə yetirilir. 
 
Unutmayın! 
Korroziya  işçi  orqanları  tez 
sıradan  çıxardır  və  texnikanın  tez  xarab  olmasına 
zəmin olur. (Şəkil 4.26). 
 
Diqqət! 
Aqreqat istifadədən sonra intensiv 
günəş  şüalarından  xüsusi  üstü  örtülü  sahələrdə 
saxlanılmaqla qorunmalıdır. 
 
 
 
Şəkil 4.26. Texnikanın mexanizmləri  yaxşı 
qorunmadıqda korroziya nəticəsində tez 
sıradan çıxır. 
 
4.6.
 
Şaxtalı iqlimdə kənd təsərrüfatı maşınlarının  saxlanılmasının təşkili  
Burada  müxtəlif  iqlim  şəraitinə  malik  olan  regionlarda  kənd  təsərrüfatı  maşınlarının 
istifadədən sonra uzunmüddətli saxlanılması haqqında təlimatlanma qaydalarından bəhs edilir. 
Qeyd olunur ki, bu tip iqlimli regionlarda mühərrikin işlək hissələrinin, maye və yağla dolu işçi 
orqanların  soyuq  şəraitdə  saxlanılmasının  fərqli cəhətləri  vardır.  O  cümlədən,  soyuq  iqlimə 
malik regionlarda mühərrikin işə salınması zamanı təlimatlanma qeyd edilir. 
 
Unutmayın! 
Maşın, texnika və ya aqreqatlar saxlanıldıqda şaxtadan qorunmalıdır. 
Şaxtalı  havada  saxlanma mühərrikin  daxilindəki  yağın  və  soyuducu  mayenin  donması 
nəticəsində  gövdəsinin  çatlamasına  və  mayenin  donması  soyutma  və  yağlama  sistemi 
hissələrinin sıradan çıxmasına səbəb olur. 
 
Soyuq iqlimli
 regionlarda “Qış paketi” dəstindən istifadə edilir. Dəstə daxildir: 

 
Yüksək şaxtaya dözümlü yağ şlanqları; 

 
Yanacaq süzgəci qızdırıcısı və s.  
82 
 


 
4.6.1.
 
Mühərriklərin  xüsusi  soyuq  buraxmayan 
örtüklə örtülməsi 
 
Diqqət! 
Şaxtalı  hava  şəraitində  mühərrik 
xüsusi soyuq buraxmayan örtüklə örtülür. 
Mühərrikin  şaxtadan  qorunması  onun  işləmə 
ömrünü artırır, qış dövründə tez işə düşməsini təmin 
edir və boş vaxt itkisinə şərait yaratmır (Şəkil 4.27). 
 
Şəkil 4.27. Mühərrikin şaxtadan qorunması 
üçün xüsusi örtükdən istifadə edilməsi. 
 
4.6.2.
 
Soyuq 
iqlimdə 
mühərrikin 
işə 
salınmasının asanlaşdırılması 
Soyuq iqlimdə  mühərrik  işə  salınan  zaman 
xüsusi qurğudan istifadə olunur (Şəkil 4.28). 
 
 
Şəkil 4.28. Şaxtada  mühərrikin işə salınması 
zamanı istifadə edilən xüsusi qurğu. 
 
4.6.3.
 
Şaxtalı  havada  mühərrikin  işə  salınması 
üsulları 
Şaxtalı havada mühərrik işə düşmədikdə onun 
işə salınması üçün müxtəlif üsullardan istifadə edilir 
(Şəkil 4.29): 

 
Xüsusi qurğularla işə salma; 

 
Digər mühərrikdən istifadə etmə

 
Mühərrikin  qısa  müddətdə  qızmasını  təmin 
edə bilən qurğulardan istifadə etmək. 
 
 
Şəkil 4.29. Mühərrikin şaxtalı havada işə 
salınması. 
 
4.6.4.
 
Akumlatorun şaxtadan qorunması 
 
Unutmayın! 
Aqreqatın  tez  işə  salınmasına 
kömək məqsədi ilə  onun  akumlatoru isti yerdə 
saxlanır (Şəkil 4.30). 
 
Şəkil 4.30.   Akumlatorun tez işə salınması 
üçün isti yerdə saxlanılması. 
83 
 


 
4.6.5.
 
İşəsalma zamanı starterin qorunması 
 
Yadda saxlayın! 
Mühərrik starterin köməyi ilə 
işə salındıqda starter 15-20 saniyədən çox fırladılmır 
(Şəkil 4.31). 
Əks  halda  starterin  sıradan  çıxması  ilə 
nəticələnə bilər. 
İstifadədən  sonra  elektrik  avadanlıqlarının 
söndürülməsi 
 
Diqqət! 
Maşın,  texnika  və  aqreqatlar 
istifadədən  sonra  bütün  elektrik  avadanlıqları 
söndürülməlidir (Şəkil 4.32). 
 
 
4.6.6.
 
Yanacağın səviyyəsinə nəzarət 
Unutmayın!
 
Aqreqatın 
keyfiyyətli və 
məhsuldar  işinin  təmin edilməsi  texnikada 
yanacağın  səviyyəsinin  düzgün  tənzimlənməsindən 
asılıdır.  Bu  məqsədlə  işə  başlamazdan  əvvəl 
yanacağın  səviyyəsinin  normada  olması  aqreqatın 
məhsuldar  işini  təmin  edir.  Yanacağın  səviyyəsinə 
kabinada  cihazlar lövhəsində  qoyulmuş  səviyyə 
göstəricisi vasitəsi ilə nəzarət edilir  (Şəkil 4.33). 
 
Yadda  saxlayın! 
Soyuq iqlimdə  mühərrik  işə 
çətin düşdükdə onun uzaq işıq faraları yandırılır. 
 
Yadda  saxlayın! 
Mühərrik  işə  salındıqda 
starter 15-20 saniyədən çox fırladılmır. 
Əks  halda  starterin  sıradan  çıxması  ilə 
nəticələnə bilər. 
Şəkil 4.31.  Starterin işə salınması.
 
 
 
 
Şəkil 4.32. İstifadədən sonra elektrik 
avadanlıqlarının söndürülməsi vacibdir. 
 
 
 
Şəkil 4.33.  Yanacaq səviyyəsini göstərən 
cihaz.
 
 
84 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə