Burulğanlı elektrik sahəsi Təmrazlı Şamil Alican p L an



Yüklə 85,27 Kb.
tarix14.09.2023
ölçüsü85,27 Kb.
#121900
Burulğanlı elektrik sahəsi


Burulğanlı elektrik sahəsi

Təmrazlı Şamil Alican


P L AN
1.İnduksiya cərəyanının istiqaməti
2.Elektrik sahəsi.Elektrik sahəsinin intensivliyi

İnduksiya cərəyanın istiqaməti
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir:
a) elektrostatik sahəni sükunətdəki elektrik yükü, burulğanlı elektrik sahəsini isə dəyişən maqnit sahəsi yaradır;
b) elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır. Burulğanlı elektrik sahəsinin intensivlik xətlərinin nə başlanğıcı, nə də sonu var, o, maqnit induksiya xətləri kimi qapalıdır.
Buradan belə görünür ki, maqnitdən itələnir, əksinə, maqniti halqadan çıxarıb uzaqlaşdırdıqda isə halqa maqnitə cəzb olunur. Eyni effekt maqnitin hər iki qütbündə təkrarlanır. Lakin maqniti halqa daxilində sükunətdə saxladıqda isə maqnitlə halqa arasında heç bir qarşılıqlı təsir yaranmır. Maqniti kəsik halqaya daxil edib çıxardıqda da heç bir hadisə baş vermir. Bu onunla izah edilir ki, qapalı konturu kəsən maqnit sahəsinin ixtiyari dəyişməsi nəticəsində bu konturda induksiya cərəyanı yaranır. Deməli, induksiya cərəyanı yalnız qapalı konturda yaranır.
Maqniti halqaya daxil etdikdə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin güclənməsinə əks-təsir göstərsin. Maqniti halqadan çıxardıqda isə yaranan induksiya cərəyanı elə istiqamətə yönəlir ki, bu cərəyanın yaratdığı maqnit sahəsi sabit maqnitin maqnit sahəsinin zəifləməsinə əks-təsir göstərsin.
Bu hadisələri araşdıran rus fiziki Emil Lens 1833-cü ildə induksiya cərəyanının istiqamətini təyin edən ümumi qaydanı – Lens qaydasını müəyyənləşdirdi:
İnduksiya cərəyanı elə istiqamətə yönəlir ki, onun yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit sahəsinin ixtiyari dəyişməsinə əks-təsir göstərir.
Bu, o deməkdir ki, əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının maqnit sahəsi onu “zəiflətməyə çalışacaqdır”. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının əksinə yönəlir (c). Əgər xarici maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi onu “gücləndirməyə çalışacaqdır”. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının istiqamətinə yönəlir (d).


Elektrik sahəsi.Elektrik sahəsinin intensivliyi
Elektriklənmiş cisimlər yerləşdikləri mühitdə müəyyən fiziki dəyişiklik yaradır. Bu dəyişiklik nəticəsində həmin mühitə daxil edilmiş hər hansı yükə təsir göstərilir.
Elektrik yükünün təsiri hiss olunan belə bir mühitə elektrik sahəsi deyilir.
Elektrik sahəsi maddi varlığın bir formasıdır. Elektrik sahəsinin tətqiqi üçün sınaq yükündən istifadə edilir. Sınaq yükünün sahəyə daxil edilməsi , onun çox kiçik olduğundan, sahədə heç bir dəyişiklik etmir. Sınaq yükü olaraq çox kiçik müsbət (nöqtəvi) yük götürülür.
Elektrik sahəsindəki müsbət vahid yükə təsir edən qüvvə ilə ölçülən kəmiyyətə sahə intensivliyi deyilir:
(1)
Deməli intensivli sahənin hər hansı nöqtəsində yerləşən q yükünə qüvvəsi təsir edir. q>0 olduqda , q<0 olduqda olur.
Nöqtəvi q yükünün məsafədə yaratdığı sahənin intensivliyinin qiyməti:
(2)
Bir neçə q1,q2,.....,qn nöqtəvi yüklərin yaratdığı elektrik sahəsinin intensivliyi, hər bir yükün ayrılıqda yaratdığı sahələrin intensivliklərinin vektorial cəminə bərabərdir:
(3)
Qrafik olaraq elektrik sahəsini intensivlik xətləri ilə göstərirlər. Elektrik sahəsində ətaləti olmayan müsbət yükün hərəkət etdiyi trayektoriyaya (istiqamətə) intensivlik xətləri deyilir.
Intensivlik xətləri müsbət yüklərdə başlayır və mənfi yüklərdə qurtarırlar, heç yerdə kəsişmirlər və qapanmırlar. İntensivlik xətlərinə perpendikulyar istiqamətdə olan vahid sahədən keçən intensivlik xətlərinin sayı intensivliyin verilmiş nöqtədəki qiymətinə bərabər olur.

Ədəbiyyat

  1. Ağayev Q.Ü., Cəfərov M.B. Fizika kursu. Bakı, 2016.

  2. Hüseynov Ə.H., Cəfərov M.B. Ümumi fizika kursu.Bakı, 2015.

  3. Qocayev N. M. Ümumi fizika kursu. Mexanika. Bakı,2007.

  4. Qocayev N. M. Ümumi fizika kursu. Molekulyar fizika. Bakı,2008.

Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə